• 352 syf.
    ·8/10
    Toni Morrison müasir afro-amerikalılar arasında ən çox tanınan, 1933-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı, "Sevimli qadın" əsəri üzrə (Beloved, 1987) Pulitser mükafatı almış istedadlı yazıçıdır. Morrison cəmiyyətdə irqçiliyin inkişafı və onun insan taleyinə təsirini araşdırmaqdan usanmayan qələm ustasıdır. Köləlik mövzusu romanlarında üstünlük təşkil edir. Onun demək olar ki, hər romanında real hadisələrin ibrətli hekayələrlə birləşməsində oxucuya ötürülən dərin psixoloji və fəlsəfi mətnaltı sətirləri görmək mümkündür. "Sevimli qadın" - "cinayət və cəza" romanı yazıçının sayca beşinci kitabıdır. Romanın qəhrəmanı Seti köləlikdən qaçarkən ad qoymağa belə yetişmədiyi 2 yaşlı qızını öldürür. Beləliklə, məzar daşının üstündə ölmüş qızının adı Sevimli qadın (Beloved) olur.
    Romandakı hadisələr 1861—1865-ci illər ABŞ Vətəndaş müharibəsindən sonrakı dövrü əhatə edir. Roman real baş vermiş hadisələrə əsaslanır. "Qara kitab" (17-ci əsr Avropa tacirlərinin gözlərindən Afrika) üçün materialların yığılması zamanı yazıçı Toni Morrison ona təsir edən bir əhvalatla qarşılaşır. Bu 1856-cı ildə Kentukkidən Ohayo ştatına həyat yoldaşı və dörd uşağıyla birlikdə qaçan kölə Marqaret Qarnerin hadisəsi idi. Axtarış dəstəsi tədqiqatlar zamanı aşkar edir ki, Marqaret öz kiçik qızını qətlə yetirib. Səbəb onun da özü kimi köləyə çevrilməsini istəməməsi olub. Ananı həbs edib mühakimə etdiklərində məhkəmə prosesi əhalini şoka salıb. Məhkəmə zamanı qətli törətmiş ana təmamilə sakitmiş və Morrisona görə Marqaret "Paris icmalı" qəzetinə "Mən bunu yenə edərəm", demişdi.
    Beləlilklə, Morrison Marqaretin bu hadisəsindən olduqca təsirlənib və romanı yazmaq üçün ideya yaranmış olub.
    Kitab zənci köləliyindən bəhs etsə də, əslində tarix boyu zülm edilmiş "altmış milyondan çox" bütün kölələrə həsr olunub.
    Lap qədim tarixlərdən bəri müharibədə əsir düşənlər, ağır günah işlədənlər, borcunu ödəməyənlər, dəniz quldurları tərəfindən qaçırılanlar kölə kimi kölə bazarlarında satılıb. Mesopotamiyada, qədim Misirdə, Yunanıstanda, Romada İslamdan öncə İranda, orta Asiyada və Anadoluda köləlik son dərəcə sosial problem olaraq qəbul edilib. Köləlik Qərb toplumunun iqtisadi və sosial sahəsinin ayrılmaz hissəsi olub. Amerikanın kəşfi kölə ticarətini daha da inkişaf etdirib.
    "Sevimli qadın" romanında da yazıçı məhz bu problemi qabartmağa çalışıb. Problemi qabartmaqla kifayətlənməyib, onun alt qatlarına da enib. Köləliyin afroamerikalıların şüuruna, psixologiyasına təsiri, şəxsi keyfiyyətlərində iz buraxmasını, acınacaqlı vəziyyətə salmasını özünə məxsus üslubda çatdırmağa çalışıb. Necə ola bilər ki, bir ana öz uşaqlarının canına qıysın, əvvəlcə hamısını öldürməyə cəhd etsin, vaxt azlığından təkcə kiçik 2 yaşlı qızını öldürsün? Bu davranışına onu vadar edən nə idi? Aşırı analıq ehtirası, analıq sevgisimi, yoxsa köləliyin verdiyi dəhşətli qorxumu? Və bütün bu dəhşətləri sonrakı illərdə hansı ruh halı ilə yaşayırlar? Romanı oxumaqla öyrənəcəksiniz.
    Roman əsasında məşhur teleaparıcı və aktrisa Opra Uinfrinin iştirakı ilə 1998-ci ildə eyni adlı film çəkilib.
    https://www.ceylanmumoglu.com/...evimli-qadin-beloved
  • Günaydın