Həqiqətin "qəddarlığı" və onun ilkin dəyişimi.
Puan vermedi·88 syf.·
2026 42. kitabı
Həqiqətin paradoksundan çıxış ederək onun həll yoluna qarşı yaranmış vəziyyətlər silsiləsi. Yazıçı bu kitabında “qəddarlığı” sadist bir hərəkət kimi deyil, reallığın ən çılpaq və dəyişməz forması kimi müəyyən edir. Həyatın ən adi həqiqətləri belə, insanın rahatlıq zonasını pozduğu üçün bu prinsip altında qəbul edilir. İnsanın elə bir zaman dönümü olur ki, bəzən həmin "qəddarlıq" stiuasiyasından kənara çıxmadan həyatın mənasını dərk edir və ondan nəticə çıxarır. Bəzən isə belə bir nəticəni əldə etməyən insanlar vardır. Bu araşdırmada Clement Rosset, insanların həqiqətə göz yummağını və onunla üzləşməkdənsə, təsəlliverici yalanlara əl atmağı üstün tutduqlarını tənqid edir. Baxın, həmin o "qəddarlıq" stiuasiyasını özünə bəraət qazandıranların paradoksu tam şəkildə elə budur. Kitabın ilk girişində həmin bu mövzuya uyğun belə bir sitat verilmişdir; "Hakikatin zalimliğini, ger­çeğin pürüzlerini gidermeyi amaçlayan her şeyin kaçınıl­maz sonu; nedenlerin en muhteremi olarak girişimlerin en dâhiyane olanının saygınlığını yitirmesidir." səh.7 Bu fəlsəfi kitabı mən, Sigmund Freud-in Uygarlığın Huzursuzluğu əsərinə çox bənzətdim. Orada isə əksinə olaraq, ümitsizliyin paradoksu öz əksini tapır. Bir çox filozoflardan sitatlar gətirilən bu kitabda ən çox Paul Valery -nin sitatını bəyəndim, deyir ki; "Ruhumdan bir idol yarattığımı itiraf edi­yorum, lâkin başka bir idole hiç rastlamadım.” səh.40 Qısa amma dərin fəlsəfi mahiyyətini qoruyan bir kitabdır. Oxumanızı tövsiyyə edirəm.
Düşünce
Zalimlik İlkesiClement Rosset · Pinhan Yayıncılık · 201235 okunma
9/10
·200 syf.··
2026 9. kitabı
·
8 günde okudu
·
Okunma: 20 Ocak 2026 13:16
Bu kitab kişi-qadin ,ana-ogul,ana-qiz munasibetlerini,eril ve dişil energiler ( anima ve animus ) bu enerjilerin insan davranişinda ve heyatinda evezilmez rolu ,evlilikde rolu ,eş seçmekde rolu ve bu enerjlerin rollari deyisikdikle qadinlarda eril kisilerde feminen enerji coxaldiqdaki rollar ve bu enerji deyişimimin usaqliqdan gelen qaynaqlari hetta sizin daxili travmalarinizin ananinizin usaqligi ile elaqe olmasi i,evlilikde cinsellik ,homoseksualliq ve bu kimi heyatimizda hec ferqinde bele olmadan ama her kese aid olan suallari ve problemleri insan psixikasina ve šúuraltina dayanaraq cavablandirir. Jung üçün feminen – zəiflik deyil, insan ruhunun tamlanması üçün zəruri olan daxili prinsipdir. Onu tanımaq insanı daha bütöv, şüurlu və balanslı edir. Jung-un feminen anlayışı əsasən Anima arxetipi ilə bağlıdır. Bu, kişinin şüuraltısındakı qadınsı psixoloji prinsipdir. Jung-a görə feminenlik təkcə bioloji qadınlıq deyil, ruhi keyfiyyətlər toplusudur və hər insanda mövcuddur. Əsas məzmun və ideyalar: Anima – kişinin daxilindəki feminen tərəf (intuisiya, empatiya, hiss, yaradıcılıq). Animus – qadının daxilindəki maskulin prinsip (məntiq, iradə, struktur). Feminen prinsip şüuraltı ilə əlaqə, yuxular, simvollar və miflər vasitəsilə özünü göstərir. Bastırılmış feminen enerji psixoloji pozuntulara, münasibət problemlərinə səbəb ola bilər. Feminenin qəbul edilməsi individuasiya (özünü tamamlama) prosesinin əsas mərhələsidir. Feminenlik Jung-da xaos yox, daxili hikmət, dərinlik və çevrilmə gücüdür
FeminenCarl Gustav Jung · Pinhan · 2016633 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
10/10
·192 syf.··
Beğendi
·
2026 28. kitabı
·
30 saatte okudu
·
Okunma: 28 Şubat 2026 11:44
Heyvanıstan ilk baxışda sadə bir hekayə kimi görünür: fermadakı heyvanlar üsyan edib sahiblərindən qurtulurlar. Əslində bu sadə hekayənin altında XX əsrin ən böyük siyasi dramlarından biri gizlənir. Heyvanıstana rəhbərlik edən donuz Napoleon təsadüfi obraz deyil. Onun simasında Joseph Stalin ümumiləşdirilmiş şəkildə canlandırılır. Hakimiyyətə münasibəti sadə və sərtdir: qorxu yaratmaq, gücü əlində toplamaq və həqiqəti dəyişdirmək. Əsərdə Napoleonun əsas rəqibi digər lider donuz Snoubolldur və o, Leon Trotsky obrazının alleqoriyasıdır. Üsyan zamanı Snouboll daha fəaldır, daha enerjilidir. Gözəl natiqdir, intellektualdır və Napoleondan fərqli olaraq daha ziyalı, daha demokrat təsiri bağışlayır. İnqilabın gələcəyi haqqında təsəvvürü də fərqlidir. Lakin tarixdə tez-tez gördüyümüz bir qanun burada da işləyir: ideyalar çox vaxt güc qarşısında məğlub olur. Necə ki, Joseph Stalin Trotskini Sovet İttifaqından qovmuşdu, Napoleon da Snoubollu fermadan - Heyvanıstandan didərgin salır. Bundan sonra bütün repressiyalar onun tərəfdarlarına qarşı yönəlir. Napoleonun hakimiyyətini qoruyan əsas mexanizm isə təbliğatdır. Bu təbliğatın siması Çığırğandır. Bu obraz həm Vyacheslav Molotov fiqurunu, həm də sovet təbliğatının əsas ruporu olan Pravda qəzetini təcəssüm etdirir. Çığırğan həqiqəti dəyişdirmir, sadəcə yenidən izah edir. O, dili elə manipulyasiya edir ki, prinsiplərin dəyişməsini heyvanlar hiss etmir. Beləcə onların düşüncəsini idarə edir. Bir tərəfdən də qoyunlara baxsaq, onların öz düşüncələrinin olmaması bir qırağa dursun, həm də onlara təlqin olunan şüarları təkrarlamaqla düşünə bilən heyvanları da susdururlar. Bu da kütlə psixologiyasının təhlükəsini göstərir. Göstərir ki, avtoritar rejimlərin hakimiyyətini qoruyub saxlamasında ən əsas istifadə etdikləri düşünməyən
1000Kitap
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018296,7bin okunma
“Cahil məktəb müəllimi” haqqında
9/10
·144 syf.··
Beğendi
·
2026 4. kitabı
·
19 günde okudu
·
Okunma: 16 Şubat 2026 09:10
4 mart 1770-ci ildə Dijonda anadan olan Jan Jozef Jakotot fransız müəllimi və təhsil filosofu, “intellektual azadlıq” metodunun yaradıcısı idi. O, Dijon Universitetində təhsil alıb və on doqquz yaşında latın dili professoru olub, sonra hüquq təhsili alıb, vəkil olub və eyni zamanda fəaliyyətinin böyük bir hissəsini riyaziyyata həsr edib. Brüsseldə məskunlaşdıqdan sonra – 1818-ci ildə Jakotot Luven Universitetində fransız dili müəllimi vəzifəsinə təyin edilib və orada artıq Fransada uğurla tətbiq etdiyi təhsil prinsiplərini sistemləşdirib. Onun metodu Belçika ilə yanaşı, həm də Fransa, İngiltərə, Almaniya və Rusiyada müəyyən dərəcədə bəyənilib. Jakatot göstərirdi ki, insan bilmədiyi şeyi belə öyrədə bilər: bilənlə bilməyən, müəllimlə öyrənən, fiziki işçi ilə intellektual işçinin bərabərliyi, bir sözlə, zəkaların bərabərliyi əsasdır. Bu metod üç prinsipə söykənirdi: • bütün insanlar bərabər zəkaya malikdirlər; • hər bir insan Tanrıdan özünü öyrətmək qabiliyyətini alıb; • hər şey hər şeydədir. Jakototun karyerası və prinsipləri Jak Ransier tərəfindən “Cahil məktəb müəllimi: intellektual azadlığın beş dərsliyi” kitabında təsvir edilmişdir. “Azad etmədən təhsil vermək insanı axmaq edir”, – deyən “Cahil məktəb müəllimi” təkcə müəllimlər və təhsil sistemi haqqında düşünənlər üçün deyil, həm də siyasi fəlsəfə ilə maraqlananlar üçün göz açan bir kitabdır. Kitabın ilk hissəsi axıcıdır. Sonlara doğru oxuma sürətim zəiflədi. Bu sadəcə mənlə də əlaqədar ola bilər. Düşünürəm ki, pedaqoji sahədə təhsil alan və çalışan hər kəs oxumalıdır.
Cahil HocaJacques Ranciere · Metis Yayıncılık · 20233,100 okunma
İqtisadiyyatın 10 prinsipi
Puan vermedi·
Bir anarşist olaraq Gregory Mankiwin fikirlərində bəzi çatışmazlıqlar gördüm. Bunlardan biri rəqabətin sadəcə faydalarına fokuslanmaq və eyni zamanda, iqtisadi bərabərsizliyi bir siyasi baxış adı altında kiçildərək sanki, belə bir real problem yoxmuş kimi vurğulaması. Yenə də kitabın birinci hissəsi olan: İqtisadiyyatın prinsiplərini çox qısa şəkildə izah etmək istəyirəm 1. Və 2. Prinsip. Biz seçim edərkən əslində bəzən sadəcə nə əldə elədiyimizə fokuslanırıq. Amma Gregory Mankiwə görə iqtisadiyyatın birinci prinsipi opportunity costları Yəni bir şeyi əldə edərkən əlimizi üzdüyümüz, vaz geçtiyimiz şeylərə fikir verməkdir. Misal olaraq bir şagird dərs oxuyarkən sadəcə saatını dərsə xərcləmir eyni zamanda, həmin saatı çöldə əylənməyə, televizora baxmağa, və dostları ilə söhbətə ayırmağa sərf etməkdən əl çəkir. 3. Prinsip. Marginal change dediyi, yəni əlavə dəyişikliklərdir. Ortalama xərclərdən və ortalama gəlirdən çox əlavə gəlir və əlavə xərcə fokuslanmaq lazımdır. Misal siz kitab satırsınız, artıq kitabı çap etmiş və bir çox nüsxəsini çıxartmısınız orta qiymətdən ucuza satsanız birinə bu sizə əlavə gəlir deməkdir, çünki sizin əlavə xərciniz çox aşağıdır. 4. Mankiwə görə iqtisadiyyatın ən əsas qanunu: "insanlar stimullara reaksiya verir"dir Qiymət artanda insanlar az alır 5. Rəqabət düşmən yox, dost qazandırır, çünkü hər tərəf nələrsə qazanır rəqabət sayəsində (rəqabətə tab gətirməyib işindən olanlar, onlar nə qazanır? Hələ psixoloji və sosial təzyiqi demirəm) 6. Marketin invisible hand deyilən bir təsiri var və bu dövlətin təsirindən daha effektivdir 7. Dövlət təsiri də bəzən vacibdir: 1. Mülkiyyət hüququnun qorunması 2. Səmərəliyin(efficency) və bərabərliyin(equality) təmin edilməsi 8. Yaşam standartları məhsuldarlıqdan asılıdır. Dövlətlər arasında bərabərsizliyi
Principles of MicroeconomicsKolektif · XanEdu Publishing Inc · 20141 okunma
İnsanları qılıncla yox inancla idarə etmək daha asandır.
8/10
·510 syf.··
Beğendi
·
2025 12. kitabı
·
10 saatte okudu
·
Okunma: 05 Kasım 2025 11:09
Vladimir Bartol Fedailerin Kalesi Alamut Vladimir Bartolun “Alamut” romanı mənim üçün sadəcə bir tarixi əsər deyil, insan düşüncəsinin, inancın və azadlığın necə asanlıqla idarə oluna biləcəyini göstərən dərin bir fəlsəfi dərs idi. Kitabı oxuduqca bir tərəfdən orta əsr Şərqinin qaranlıq, sirli atmosferinə düşür, digər tərəfdən özümə suallar verirdim: insan nəyə inanmalıdır? Həqiqət varmı, yoxsa o da yaradılmış bir illüziyadır? Əsərin mərkəzində dayanan şəxs — Hasan Sabbah — mənim üçün həm bir dahidir, həm də ən təhlükəli zalım. O, Alamut qalasında silahla yox, sözlə, inancla, aldatma ilə imperiya qurur. Onun məqsədi insanın bədəninə deyil, zehni azadlığına sahib olmaqdır. Hasan Sabbah anlayır ki, bir insanın ağlına girdinsə, onun üzərində əbədi hakim ola bilərsən. İdeologiyanın gücü və azadlığın illüziyası Romanı oxuyarkən məni ən çox düşündürən cəhət Hasan Sabbahın qurduğu ideoloji sistem idi. O, insanın əlindən azadlığını alır, sonra ona “həqiqət” adı altında saxta azadlıq qaytarır. İnsan artıq düşünmür, sadəcə inanır. Bu, insanı itaətkar, amma xoşbəxt edir. Hasan Sabbah deyirdi: “Heç nə həqiqət deyil, hər şey icazəlidir.” Bu cümlə kitabın ürəyidir. Mənim üçün bu sözlər həm azadlığın, həm də məhvin simvoludur. Çünki əgər heç nə həqiqət deyilsə, deməli, yalan da həqiqət ola bilər. İnsan artıq öz vicdanına deyil, onu inandırana inanır. Bu prinsip üzərində qurulan hər ideologiya güclüdür, amma qorxuludur. Hasan Sabbah insanı azad etmir, əksinə, onun beynini elə idarə edir ki, o, əsarətini azadlıq sanır. Qadın və şərab – inancın silahları Bartol əsərdə qadın və şərabı təsadüfi seçmir. Hasan Sabbah bu iki gücü insanın ən dərin instinktlərinə toxunmaq üçün istifadə edir. O, gənc fidailəri qadınların qucağına, şərabın sərxoşluğuna salır, sonra onlara deyir ki, “bu cənnət idi — şəhid olsanız, yenidən
Fedailerin Kalesi AlamutVladimir Bartol · Koridor Yayıncılık · 201250bin okunma