10/10
·288 syf.··
2026 1. kitabı
7 sentyabr başladığım kitaba müəyyən məsələlərdən dolayı yarıda buraxa-buraxa bugün bitirə bildim. Onu deyə bilərəm ki, sujet xətti məni ən çox sarsıdan əsərlərindən biri oldu. Elatlının əsərlərini daim oxuduqca reallıq ilə yanaşı qoymaq çox düşündürür adamı və cavabı tapılmayan suallar çox olur. Hər zaman özümə, ətrafıma məsləhət gördüyüm bir mövzu var. Nüfuzun, maddi imkanın, psixologiyan tam hazır deyilsə ailə həyatı qurmaq düzgün deyil. Sənin məntiqsiz arzu istəyivin cəzasını övladların çəkməli deyil. Çalışmaq lazımdır ki, ( xüsusilədə qız uşaqları böyüdən valideynlər) övladınızla yaxın olun, onların yanlışlarında, sevincində yanında olun. Hər bir sirrlərini biləcək qədər yanında olun. Ps:Bilmirəm bir də nə zaman kitablara qayıdacam, bu il phd həfədi qoymuşam və ona nail olmalıyam, amma qayıtdığım zaman burda olacam. Sağlıqla qalın.
Niyə Susursan, Polkovnik?Elhan Elatlı · Elgün · 2014578 okunma
7/10
·80 syf.··
Beğendi
·
2025 16. kitabı
·
4 günde okudu
·
Okunma: 13 Mart 2025 11:41
Başlıq: Kızıl Kahkaha Yazar : Leonid Andreyev Səhifə: 75 Janr: Müasir klassiklər Nəşr: T.İ.B İnstagram- Vusalkitabblog Hərkəsə salam Müharibə barədə yazılmış ən yaxşı əsərlərdən biri adlandırmaq olarmı əmin deyiləm,ancaq, əminliklə ən təsirli cümlələrin yazıldığını söyləmək olar. Əsərdə konkret bir hekayədən və ya sırf həmin müharibənin gedişatından bəhs etməsə də,yazar müharibənin insanlar üzərindəki psixoloji və fiziki  təsirini gözlər önünə sərir.Həm qısa olması,həm də oxunaqlı olduğuna görə,bəyəndiyimi söyləməliyəm. Qeyd: 9 Fevral 1904–5 sentyabr 1905– Rusiya və Yaponiya arasında Koreya və Mancuriya üzərində hökmranlıq üçün baş vermişdir.Nəticədə, ABŞ prezidenti Teodor Ruzveltin səyləriylə 9 avqust-5 sentyabr arasında ABŞ-nin Nyu-Hempşir ştatının Portsmut şəhərində sülh müqaviləsi bağlandı. #leonidandreyev #kızılkahkaha #müasirklassika #türkcə #mancuriya #oxudumbitdi #türkiyeişbankasıkültüryayınları
Psikoloji
Kızıl KahkahaLeonid Andreyev · Türkiye İş Bankası Kültür Yayınları · 20257,8bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi·304 syf.·
2026 20. kitabı
Ah, "Leyla", mən indi sənin üçün nə yazım bura…? Müharibə-uşaq vaxtından həmişə qaçdığım, haqqında heç bir şey eşitmək istəmədiyim o mövzu. Bilmirəm niyə amma həmişə "hüzn günləri"nin olmasını istəmirdim. Məktəb illərində bizə bununla bağlı dəhşətli, real hadisələri danışanda bilə-bilə fikrimi dağıdırdım. Daim qaçırdım. Amma qaçmaqla iş düzəlmirdi. Qorxulu yuxular da həmin günlərdə məndən əl çəkmirdi. Ta ki 2020-ci il 27 sentyabr tarixi gələnə kimi. Axır məni yaxaladı. Mən artıq onunla üzləşməli idim... Vətən müharibəsində nə qədər vidalasmamış ayrılıqlarımız oldu... Xalqımızın hər bir vətəndaşı kimi məni də sarsıtdı onlanlar. Mən də artıq dinləməli idim. Nə vaxta qədər yan otaqda gizlənəcəkdim ki, bu xəbər bitsin, elə çıxım...? Müharibələr, müharibə zamanı yaşananlar, müharibədən sonrakı həyat... Maraqlanmağa başladığım gündən bu günə kimi oxuduğum kitablar, izlədiyim filmlər,videoroliklər məndə həqiqətən oxuyub, ruhuma yaxın olan bir janrı tapmağıma səbəb oldu. Başa düşdüm ki, bu janrı sən demə oxuya bilirəmmiş. Bu mövzu o qədər dərindir ki, bir hissəsi haqqında müəyyən fikirlər səsləndirə bilərəm yalnız... Oxuduğum kitabların əksəriyyəti bu janrdadır. Hər dəfəsində müharibələr haqqında nələr, nələr öyrənirəm. Təbii ki, bu dərindən incidir. ...Reyslər üzərinə uzanmış adam, Çərpələng uçuran, Mənim payım, Min möhtəşəm günəş, Tunel, Leyla... Bu adlarınını çəkdiyim hər bir kitab sadəcə möhtəşəmliyi ilə bərabər dəhşətdir. Çünki mövzu eynidir. Fərqli olan ölkələr, dillər və müsibətlər yaşamış insanlardır. Bunlar yəqin ki, o insanlardan sadəcə çox kiçik bir hissəsinin həyat hekayələridir. Çox təəssüflə qeyd etməliyəm ki, müharibənin öz qaydaları kənarda qalır. Niyə mülki əhali min bir əziyyət çəkir? Niyə qadınlar, uşaqlar, yaşlılar böyük faciələrlə
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,9bin okunma
9/10
·304 syf.··
Beğendi
·
2024 8. kitabı
·
18 günde okudu
·
Okunma: 22 Ekim 2024 21:34
Heather Morrisin- Auşvitz döyməçisi əsərini oxudum. Bəlkə də , “Auşvitz döyməçisi” əsərini hamı oxumalıdır. Uşaqdan -böyüyə kimi. Niyə? Çünki hər bir insanın həyatında çətin, dözülməz saydığı dönəmlər olur. Bu , qaçılmazdır. Məhz , belə dönəmdə bu əsərin gerçək qəhrəmanları hər kəsə gözəl nümunə ola bilər. Auşvitz ilk olaraq 1940- cı ilin may ayında polyak siyasi məhbusların saxlanması məqsədilə inşa olunmuşdur. Burada kütləvi məhvetmə prosesinə 1941- ci ilin sentyabr ayında başlanılmışdır. 1942- ci ilin əvvəlindən 1944- cü ilin sonlarına qədər almanlar tərəfindən işğal olunmuş Avropanın hər yerindən qatarlar vasitəsilə yəhudilər buradakı qaz kameralarına gətirilir və zəhərli qaz vasitəsilə kütləvi öldürülürdü. Əsərin baş qəhrəmanı Lale də Skovakiya yəhudisidir. O Auşvitz - Birkenau toplama düşərgəsinə 1942-ci ilin aprelində gətirilib. Ona, Almanlar tərəfindən digər bütün əsirlərin qollarına onların nömrələrini döymə etmək tapşırılır. İki il yarım əsirlikdə sağ qalmağa çalışan Lale həyat ilə ölüm - dirim mübarizəsi verir. Evindən çıxan an özünə söz verir. Nəyin bahasına olursa olsun sağ qalacaq. Sözünə inanır və əməl edir. Lale çox cəsur, çox ağıllı və digər əsirlərin həyatlarını xilas edən ürəkli biridir. O həyatı ilə risk edərək tikintidə işləyən insanlarla ölən yəhudilərdən qalan daş- qaşları dəyişərək yemək, ərzaq, dərman alıb gizlin yollarla əsirlərə verir. 1942- ci ilin iyul ayının bir günü , 32407 nömrəli Lale qoluna 4562 nömrəsinin döyməsini etdirmək üçün titrəyərək növbədə gözləyən bir gənc qadınla tanış olur. Gitaya vurulur və sağ qalacağına, Gitanın da buradan sağ çıxacağına və onların evlənəcəyinə and içir. Lalenin həyatı , ümidin, sevginin və insanlığın ən pis və qaranlıq şəraitdə belə yaşaya biləcəyinin güclü bir dəlilidir. Lale gücün, məqsədin
Auşvitz DöyməçisiHeather Morris · Qanun Nəşriyyatı · 01,604 okunma
Olay: İnsanlığın sahilə vurduğu an
6/10
·48 syf.··
2024 11. kitabı
Həcmi kiçik olsa da, acısı böyük idi.. Kitabı oxumağa başlamağımla bitirməyim bir oldu. Başlarda rəngli rəsmlərinə görə kitabın uşaqlar üçün nəzərdə tutulduğunu düşünsəm də, sonlara doğru rəsmlərin rənglərinin solması ilə, yanıldığımı anladım:( Suriyalı atanın qeyri-müəyyən bir səyahətə çıxmazdan əvvəl oğluna yazdığı məktub şəklində hazırlanan mətn müharibədən və zülmdən qaçarkən dənizdə itkin düşən minlərlə qaçqına həsr olunub. Khaled Hosseini bu kitabı gərçək hadisələr əsasında yazıb. 2015-ci il sentyabr ayında Avropada təhlükəsiz bir yerə çatmağa çalışarkən Aralıq dənizində boğulan və cansız bədəni sahilə çıxan üç yaşlı suriyalı qaçqın Aylan Kurdinin hekayəsindən ilham alaraq yazdığı Deniz Duası qaçqın probleminə son dərəcə heyrətamiz və yeni baxış qazandırdı.
İnceleme
Deniz DuasıKhaled Hosseini · Everest Yayınları · 20185bin okunma
Puan vermedi·408 syf.··
2024 4. kitabı
Necə təsirlidir.Oxuduqca 2020-ci il 27 sentyabr tarixindən sonrakı həyat gözümdə canlandı."Müharibə tamam başqadır,dəhşətlidir".Allah bütün şəhidlərimizə rəhmət etsin.
Qazinin ÖlümüElhan Elatlı · Xan Nəşriyyatı · 2022127 okunma