Nicat Shukurlu, Küçük Kara Balık'ı inceledi.
 28 Mar 00:14 · Kitabı okudu · 1 günde · Puan vermedi

Balıqların bütün iş gücü arxda - bir qarış yerdə o yan – bu yana üzməkdir. Ömürlərini yaşadıqları ərazidən uzaqlaşmadan başa vururlar. Onların düşüncələrinə görə yaşadıqları dünyadan başqa dünya yoxdur. “Balaca Qara Balıq”- da anası ilə o yan – bu yana üzməklə günləri bir – birinin ardınca yola verir. Ancaq son zamanlar bikef görünür. Çünki o artıq digər balıqlardan fərqli düşüncədədir. İlk öncə düşüncəsini - “ uzaq yerlərə getmək arzusunda olduğunu” anasına söyləyir. Onların söhbətini duyub ətrafına toplaşan digər balıqlar “Balaca Qara Balıq”-a düşüncələrinə görə düşmən münasibəti bəsləyirlər. Fərqli olmağının bədəlini ödətmək istəyirlər. “Balaca Qara Balıq”-ı öldürmək istəyəndə anası qabağa durub övladını müdafiə edir və bir neçə dostu onu arxın gölməçəyə töküldüyü yerə qədər ötürürlər.

“Balaca Qara Balıq”-ın səyahəti çox təhlükəlidir. Bu səyahətdə Saqqa quşu, nərə balıqları, balıqudanların ovu ola bilər. Saqqa quşları içlərində ən təhlükəlisidir. Tox olanda balıqları kisəsində ehtiyat saxlayır. Saqqa quşu hakimiyyəti təmsil edir. O hakimiyyəti ki, talançılıqla məşğul olur: Yediyini yeyir yemədiyini kisəsində ( xəzinəsində ) saxlayır. Digər balıqlar Saqqa quşundan – talançı hakimiyyətdən qorxurlar. Ancaq “Balaca Qara Balıq” inqilab etmək əzmindədir. Heç kəsdən çəkinəcəyi yoxdur. “Balaca Qara Balıq”-ın arxasınca ötürməyə arxın gölməçəyə tökülən yerinə gələn dostları bildirmişdilər ki, “sayəndə gözümüz açıldı”. Bu ilk inqilab idi sonra ona balaca rizə balıqlarıda qoşulur. Bu da sizə ikinci inqilab. Özü balaca olsada ruhu, mücadilə gücü böyükdü “Balaca Qara Balıq”-ın. Başqa bir dünyanın olduğunu söyləyir “Balaca Qara Balıq”. Kitab savaşmaq ruhu aşılayır. Heç bir şeylə barışmamağa səsləyir. Bu kimi səbəblərə görə əsər Türkiyədə 12 sentyabr çevrilişi prosesində yasaqlanır. Yazıçının ölkəsi İranda hələdə yasaqdır. İran Şahı Məhəmməd Rza Səməd Behrənginin nağıllarındakı pis obrazların özü olduğunu düşünür. Bu da Səməd Behrənginin 1968 – ci il avqustun 30 – da Muğanda indiki İslam Respublikasının Xumarlı kəndi yaxınlığında Araz çayında boğulub ölməsində Məhəmməd Rzanın əlinin olmasına şübhə yaradır.

Fatima Abbasova, Sevgili John'u inceledi.
21 Haz 2017 · Kitabı okudu · Puan vermedi

(Spoiler)
Savanna… əvvəlcə sahildə sarışın qızın yanındakı qarabuğdayı qız idi, Con üçün. Çantasını dənizdən çıxardığı adi bir qız… Lakin Savanna ilə vaxt keçirdikdən sonra o, adi bir qızdan Conun əbədi sevgisinə çevrildi. Oxumağın daşını atıb orduya yazılmış Conla Savannanın tanışlığı məzuniyyət vaxtı baş tutmuşdu. Məzuniyyət bitdikdən sonra onlar bir-biri ilə məktub vasitəsilə əlaqə saxlayır, zəngləşirdilər. Bir neçə müddət bu belə də davam edir… Ta ki 11 sentyabr hadisələrinə qədər… Bu hadisələrdən sonra Con iki il daha müqavilənin vaxtını uzadır. Yəni qısaca, ölkəsinə xidməti üstün tutub şəxsi həyatını qurban verir. Savannadan gələn məktubların sayı gün-gündən azalır...və bir gün “Sevgili Con” başlıqlı “Bağışla məni, Con” sonluqlu son məktubu əldə edir.

Yusif Yusifzadə, bir alıntı ekledi.
07 May 2016 · Kitabı okudu · Beğendi · 10/10 puan

#sentyabr
sən axı bilmirsən
üzünnən irağ –
it kimi darıxmağ nə təhər olur...
sən axı bilmirsən
sənin yoxluğun
hamıdan, hər şeydən
beş-betər olur.
sən axı bilmirsən
əlim qurusun –
sənə açmadığım zəng zəhər olur...
günəş zəhər olur
gün zəhər olur,
yağış zəhər olur
yol zəhər olur,
bir qurtum araqla
bir siqaretlə
uzanır gecələr
taa... səhər olur...
sən axı bilmirsən
hardan biləsən
üzünnən irağ –
it kimi darıxmağ nə təhər olur...

Darıxmağın Adı, Şəhriyar Del Gerani (Sayfa 127 - "yazıçı" nəşriyyatı, Bakı 2015)Darıxmağın Adı, Şəhriyar Del Gerani (Sayfa 127 - "yazıçı" nəşriyyatı, Bakı 2015)