8/10
·224 syf.··
Beğendi
·
2026 7. kitabı
Sonya Makvaninin - Sufinin 365 günü kitabını oxuyub bitirdim. Kitabın müəllifi hindistanlı müəllif, ekstrasens və intuisiya kanalı mütəxəssisidir. Fəaliyyəti meditadiya, sufi fəlsəfəsi, alternativ şəfa üsulları və daxili transformasiya mövzularını əhatə edir. Kitab çox sadə lakin dərin mənəvi təlimlərlə zəngin gündəlik meditasiyadır.İnsanların daxili dünyasına nüfuz edir, daxili aydınlıq , qəbul və bağışlama yolunda güclü bələdçidir. Dünyanın sevgi, arzular və azadlıq üçün oyun meydanı olduğunu bilən içinizdəki səsə. Azadlıq böyüyən dostluqdur, sevgi hədiyyələrimizin əkilməsidir və xəyal bunun şirəsini dünya ilə paylaşmaqdır… Mənim qədəhim boşdur… Gəl onu doldur… Meru kiçik bir şəhərdə yaşayan yetim qızdır. O, sari toxucusudur. İllər sonra uşaqlıq rəfiqəsi Zeytunla görüşür və onunla yaşamağa başlayır. Rəfiqələr Merunun sufi babası İbn -Ər-Rəşiddən miras qalab evdə müəmmalı gündəlik tapırlar. Bundan sonra həyatları dəyişir. Əsərin ötürdüyü mesaj ən çox özünə qayıdış, özünü tanımaq, özünükəşf, özünü sevmək, özünə yolculuq, daxili rahatlıq, huzur tapmaq, alilik, yaşamın anlamı , izahı , sakitliyə çatmaq və sonda bu yolda özünü tapmaqdır… Həyatımız boyunca yaşadığımız məyusluğa görə çox zaman üsyan edirik.Amma hər məyusluq təcrübəsi, əslində, həyatımızda dönüş nöqtəsidir, ya xəyallarımızı yaşamağa başlamağı , ya da bizə yaşamağa davam etməyi xatırlatmaq üçündür əslində. Çox vaxt getməyi seçdiyimiz yerlər nə isə alacağımızı bildiyimiz yerlərdir…Biz hər zaman müqəddəs saydığımız yerlərə gedirik, çünki orada eşidiləcəyimizə inanırıq.İnanırıq ki, axtardığımızı tapacağıq. Əslində , əldə etdiyimiz şey çıxdığımız həyat yoluna davam etmək üçün cəsarət və inamdır. Çıxdığınız yola inanmasanız nəticəsi də yaxşı olmayacaq. Həyatın özü müqəddəs bir vəzifədir.
Edebiyat
Sufinin 365 GünüSonia Mackwani · Qanun Nəşriyyatı · 20261 okunma
Puan vermedi·232 syf.··
2026 14. kitabı
Şəfa Abdulla - “Firuzə” Çox böyük maraqla siyahıma əlavə etdiyim və dostum Turalın hədiyyə etdiyi bir kitab haqqında danışacam. Dediyim kimi, kitaba böyük həvəslə başlamışdım. Çünki mənim nə qədər gənc və yerli yazar oxuduğumu, onlara dəstək olduğumu bilməyən demək olar ki, yoxdur. Və yenə də dəstək olmaq istəyirdim, lakin… Əslində kitabı yarıda saxlamağı sevmirəm. Lakin bəzən elə bir həddə çatırsan ki, məcbur qalırsan. Çox böyük maraqla başladığım bu kitabı 120-ci səhifədə “məndən bu qədər, yoxam artıq” deyərək yarımçıq qoydum. Bu da mütaliə etdiyim gündən bəri yarımçıq saxladığım ikinci kitab oldu. Səbəb? Mənə görə bu kitabı anlamaq üçün yazıçı ilə yan-yana oturmalısan. Oxuduqca hər səhnədə sual vermək istəyirsən: “Burada nə oldu?”, “Bu obraz kim idi?”, “Bu adam niyə belə edir?”, “Bu səhnə ümumiyyətlə niyə var?” və s. Bir sözlə, kitab nə danışır – açığı anlamadım. Elə buna görə də yarıda saxladıqdan sonra kitabı bitirən bir oxucudan soruşdum. Sağ olsun, mənə hekayəni danışdı. Bəlkə də hekayə maraqlı idi, amma yazılma tərzi mənə aydın olmadı. Düzü, hekayənin özü də məndə “vau” dedizdirmədi. Amma bu artıq zövq məsələsidir, bəlkə də başqaları bəyənər.. Buna səbəb olan əsas məqamlardan biri də bildiyimə görə kitabın redaktə olunmadan çapa verilməsidir. Düzəlişlər edilməyib, sanki ilk yazıldığı kimi qalıb. Səhnələr elə bil ilk dəfə necə təsəvvür olunubsa, o formada yazılıb və bu da məndə çoxlu qırılmalar - anlaşılmazlıqlar yaratdı. Yenə də oxumaq istəyən oxuya bilər. Bu qədər...
1000Kitap
FiruzəŞəfa Abdulla · Qanun Nəşriyyat · 20247 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
7/10
·159 syf.··
2025 41. kitabı
·
26 saatte okudu
·
Okunma: 13 Aralık 2025 10:02
Uzun müddətdir ki, tövsiyə edilməsinə baxmayaraq başlamaqda tərəddüd edirdim. Ancaq oxuduqda bunun boşuna olduğunu anladım. Gözlədiyimdən daha maraqlı bir əsər imiş. Sadə, axıcı dili var, qısa müddətdə oxuyub bitirmək mümkündür. Tək çətinliyi digər Rus ədəbiyyatı əsərlərində olduğu kimi obrazların adlarının uzun və bəzən bənzər olmasıdır. Kitabda bir gəncin səfa içində rahat keçən günlərinin orduya başlaması ilə sona çatması və həyatının dönüş nöqtəsi olmasıdır. 18-ci əsr Rusiyasının vəziyyəti, Pugaçov üsyanı və bunların fonunda 2 gəncin sevgi hekayəsi qələmə alınıb.
1000Kitap
Yüzbaşının KızıAleksandr Puşkin · Cumhuriyet Kitapları · 199836,9bin okunma
Puan vermedi
"Süd və Bal" Rupi Kaurun sizi dərin və emosional səyahətə aparan təsirli poeziya toplusudur. Kitab dörd ayrı bölmədə toplanmış şeirlərdən ibarətdir və hər bölmə fərqli bir emosional mövzuya diqqət yetirir. Rupi Kaurun möhkəm və təsirli dili oxuculara dərindən təsir edir və insanın emosional assosiasiyalarına müraciət edir. Hissləri və təcrübələri saf və səmimi şəkildə ifadə edərkən güclü emosional bağ yaradır. Kitab sevgi, itki, ağrı və şəfa kimi mövzuları cəsarətlə həll edir. Kaur qadın təcrübələrinin xüsusi mənasını vurğulayaraq, qadın bədəni, münasibətləri və şəxsi gücü haqqında təsirli şəkildə yazmışdır. Kaurun şeirləri bəzən dərin hüznlə, bəzən də cəsur bir güc ifadəsi ilə oxucuya çatır. Onun saf və səmimi ifadəsi oxucuya emosional dərinliyi kəşf etməyə imkan verir. "Süd və Bal" oxucuya güclü emosional təcrübə təqdim edən cəsarətli və təsirli bir əsərdir. Kaurun açıq və dərin sözləri ilə desək, kitab kəşf və ümidin emosional səyahətidir. Əgər daxili təcrübələr, qadın təcrübəsi və emosional kəşflərlə maraqlanırsınızsa, Rupi Kaurun "Süd və Bal" kitabı sizin üçün ilhamverici ola bilər.
Alıntı
Süt ve BalRupi Kaur · Pegasus Yayınları · 20179,7bin okunma
Gizli Baxça
Puan vermedi
“Gizli bahçe” kitabı məşhur ingilis yazıçısı Frensis Hodgson Burnettin yazdığı romandır və ölməz uşaq klassikasıdır. Bu roman təbiət, dostluq, şəfa və ümid kimi mövzularla məşğul olarkən oxucuları sehrli bir dünyaya çəkir. "Gizli bahçe" baş qəhrəmanı Meri Lennoksun hekayəsini izləyir. Meri Hindistanda doğulub böyüyərkən bir epidemiyaucbatından ailəsini itirir və İngiltərəyə göndərilir. Bu faciəli vəziyyətdən sonra Meri əmisinin sehrli və böyük malikanəsinə gəlir. Malikanədə melanxolik əhval-ruhiyyəyə qərq olan Meri, müəmmalı şəkildə qıfıllanmış və baxımsız bir bağ kəşf edir. Meri bağçanı kəşf edəndə həm özündə, həm də digər uşaqlarla münasibətlərində böyük dəyişikliklər yaşayır. "Gizli bahçe" təbiət və bağçılıq mövzuları ilə yanaşı, ümid, müalicə və özünü kəşf mövzularından bəhs edir. Romanda təbiətin insanlara müalicəvi təsiri vurğulanır. Bağda vaxt keçirən Meri emosional olaraq özünü sağaldır və təbiətin gücü ilə canlanır, eyni zamanda ətrafındakı digər personajların həyatına da müsbət təsir göstərir. Frances Hodgson Burnett kitab boyu personajların daxili aləmini və emosional inkişafını təsirli şəkildə təsvir edir. Başlanğıcda introvert və təkəbbürlü bir xarakter olan Meryem, bağça ilə əlaqəsi sayəsində böyük bir çevrilmə keçir. Bundan əlavə, digər personajlar Kolinlə görüşəndə ​​həm fiziki, həm də emosional inkişaf yaşayırlar. "Gizli bahçe" təbiətin gözəlliyi və yaradıcılıqla canlandırılan bağ hekayələri ilə vizual cəhətdən zəngin bir roman kimi seçilir. Bağın canlı rəngləri, qoxuları və təbiətin ecazkar xüsusiyyətləri oxucuları valeh edir. Bu, gənc oxucuları təbiətin gözəlliyini qiymətləndirməyə və özlərini kəşf etməyə təşviq edir. Kitabda həm də dostluğun və bağlılığın əhəmiyyəti vurğulanır. Bağban Ben ilə dostluğu sayəsində Məri həm öz həyatında, həm də
Duygu ve Düşünce
Gizli BahçeFrances Hodgson Burnett · Türkiye İş Bankası Kültür Yayınları · 202111,7bin okunma
9/10
·408 syf.··
Beğendi
·
2025 1. kitabı
Kitabı oxumadım, səsli olaraq dinlədim, amma yenə də zövq aldım kitabdan... Həmişəki kimi, Elxan Elatlının əsəri olduğu üçün heç sıxılmır insan oxuduqca, axıcılıq yaranır oxuduqca, həm də sözlərdə xüsusi bir axıcılıq var deyə insan heç yorulmur. Əsərə gəldikdə isə, bəyənməmək heç mümkün deyil. Əsərdə "xəyanət" də var, "qisas" da var, obrazların " mənfi və müsbət" cəhətləri də... ƏN ƏSAS DA 2 Cİ QARABAĞ MUHARİBƏSİNDƏN VƏ O HƏMİN İLDƏ BAŞ VERƏN HADİSƏLƏRLƏ, YAZIÇININ BUNLARLA BƏRABƏR, ÖZÜNÜN DƏ QATDIĞI MARAQLI SƏHNƏLƏR DƏ YER ALIR... Qambay Qasımlıdan sonra, Elxan Elatlının digər müsbət xarakterli obrazı olan, "vaşaq" ləqəbli Gültən Dəmirli də öz bacarıqları və mərdliyi ilə, əsərə xüsüsi bir rəng qatır... "Axilles" ləqəbli killerin obrazı da bəyənilən idi. Onun da obrazını yazıçının digər əsərlərində görmək çox xoş olardı... Bəlkə də var.. amma mən hələ oxumamışam digər əsərləri. ALLAH ŞƏHİDLƏRİMİZƏ DƏ RƏHMƏT ELƏSİN, QAZİLƏRƏ DƏ ALLAHDAN ŞƏFA, ŞƏHİD AİLƏLƏRİNƏ İSƏ SƏBR DİLƏYİRƏM. ONLARIN SAYƏSİNDƏ BİZ RAHATİQ, ONLARİN SAYƏSİNDƏ BU GÜN XOŞBƏXT ŞƏKİLDƏ YAŞAYA, RAHAT ŞƏKİLDƏ NƏFƏS ALA BİLİRİK...ALLAH VƏTƏNİN KEŞİYİNDƏ DURAN HƏRBÇİLƏRİMİZİ, ƏSGƏRLƏRİMİZİ DAİM QORUSUN İNŞALLAH... (AMİNN) Kitabı da oxumağınızı tövsiyə edirəm, peşman olmayacaqsız həmişəki kimi. Xoş seyirlər:)
Vatan Sevgisi
Alternativ ƏməliyyatElhan Elatlı · Teas Press · 0237 okunma