Kitab Finlandiyanın Rusiyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolundan bəhs edir. Atatürk kitabı çox bəyənmiş, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi liseylərdə dərs vəsaiti kimi öyrədilməsi barədə əmr vermişdi. Skandinaviya ölkələri də, keçmişdə geridə qalmış iqtisadiyyata, təhsilə və həyat şəraitinə malik olublar. Əsər Skandinaviya ölkələrindən biri olan Finlandiyanın “bataqlıqlar ölkəsi”ndən necə “xoşbəxtlər ölkəsi”nə çevrildiyindən bəhs edir.Mənə çox zövq verdi. Adı çəkilən məkanları canlı şəkildə görmək istədim.Sadəliyin və mədəniyyətin vəhdətdə olduğu bir yer məncə hərkəsin diqqətini cəlb edər.
Hayatı boyunca bir kez bile olsa hata yapmış biri ömür boyu gözümüzden düşer,kendisine karşı güvenimizi yitiririz.Bu da kalıcı karaktere inandığımızın kanıtıdır.
Salam.
The Little Life-Türkcə tərcüməsində kitabın adı “Değersiz bir hayat” dır.
İlk öncə qeyd etmək istəyirəm ki,kitab çox tez-tez instagram,you tube və tik-tokda qarşıma çıxırdı.Hər kəs çox bəyənərək paylaşır və mütləq oxumağı tövsiyyə edirdi.Mən də məhz buna görə kitabı aldım.Ancaq paylaşılanların tam əksi olaraq bu kitabın bu qədər tərifə layiq olduğunu düşünmürəm. Məni kitaba bağlayan ən böyük səbəb hadisələrin New Yorkda cərəyan etməsi idi.
Kitabın mövzusu nədir?
-Kitab 857 səhifədən ibarətdir.
Kitab universitetdən tanış olan 4 dost-Willem,JB,Malcolm və Jude’un dostluqları haqqındadır. Jude əsas xarakter olaraq 857 səhifəlik kitabın 800 səhifəsin zəpt edib Əsas mövzu Jude’un bədənsəl və ruhsal acılarından ibarətdir.Digər 3 dost da bütün həyatlarını (əsasən Willem) bu adamın travmalarına sərf edir.
Kitabı niyə sevmədim?
-İlk dəfədir ki,bir kitab haqqında bu qədər mənfi düşüncələrdəyəm.Bəlkə də məni qıcıqlandıran kitab yox kitabın layiq olmadığı qədər böyüdülüb məni də təsiri altına salmasıdır.
Bəlkə də 2-3 il əvvəl oxusaydım kitab haqqında indiki düşüncələrimin ziddində olardım.Ancaq artıq travmalarına görə həyatı hər kəsə zindan edən insanlar məni qıcıqlandırır.
Jude uşaqlıqdan istismara məruz qalır və həqiqətən bütün bədənsəl və ruhsal acıları çəkir.Əlbəttə ki,bunlar ağır travmalardır və şəfalanması uzun illər ala bilər.Amma bu kitabda yazar sanki travmanı bir bayraq edib hər sətirdə oxucuya xatırladır ki,mən burdayam.Jude’un hər dəfə şəfalanmaq əvəzinə daha da dibə batmağı seçməsi,həyatın ona verdiyi şansları əlinin tərsi ilə geri çevirməsi məni bezdirirdi.Hər dəfə düşünürdüm ki,artıq bu dəfə onun üçün yaxşı olanı seçəcək ancaq hər dəfəsində də xəyal qırıqlığına uğrayırdım.
Kitabda 4 dostun həyatı qələmə alınıb,amma hər şey və hər kəs Jude’un ətrafında
Dənizçi,təhsilsiz və kasıb Martin Eden zəngin bir ailənin qızına aşiq olur.Aradakı sosial sinif fərqi onun sərhədsiz sevgisinə maneə olmur.Aşiq olduqdan sonra,zəkası və əzmiylə onu xor görən cəmiyyətdə hərkəsin təqdir etdiyi məşhur yazara çevrilir.Aşiq olduğu qadın (Ruth)sayəsində özündəki qabiliyyətləri üzə çıxardır,ancaq əslində əsas motivasiyası da elə məhz Ruth’ın onu üzməsi idi.
Not: Martin Eden Jack Londonun yarı avtobioqrafik əsəridir.Ruth da Jack Londonun məktəb illərindən aşiq olduğu qızdır.
Ruth ilə aralarında olan təbəqə fərqini aradan qaldırmaq üçün daima oxuyan Martin həmin sinifə daxil olduqca,əslində onların göründükləri qədər intellektual ,zəki olmadıqları gerçəyinin fərqinə varır.
Nedense,hayatta bir müddet beraber yürüdüğümüz insanların başına bir felaket geldiğini,herhangi bir sıkıntıya düştüklerini görünce bu belaları kendi başınızdan savmış gibi ferahlık duyar ve o zavallılara,sanki bize de gelebilecek belaları kendi üstlerine çektikleri için,alaka ve merhamet göstermek isteriz.