Dəmir Daban=Dəmir Yumruq
7/10
·301 syf.··
2026 5. kitabı
·
42 günde okudu
·
Okunma: 28 Mayıs 2026 20:07
Bizim Balaca Dünyamız ​Səmimi olaq: çoxumuz elə bilirik ki, həyatda tamamilə azadıq, istədiyimizi edirik. Amma Jack London " Dəmir Daban "da elə bil üzümüzə soyuq su töküb oyadır bizi. Kitabdakı o " Dəmir Daban " dediyi şey əslində sistemin, oliqarxiyanın, pulu və gücü əlində saxlayan o qudurğan elitanın ta özüdür. London deyir ki, sən fərd olaraq nə qədər güclü olmaq istəyirsən ol, əgər sistem səni əzmək istəsə, o ağır dabanı ilə üstündən keçər. İnsan oxuduqca fikirləşir: görəsən biz həqiqətən öz həyatımızı yaşayırıq, yoxsa sadəcə kimlərinsə qurduğu böyük oyunun oyuncaqlarıyıq? ​ Ernest yoxsa Ernesto Che Guevara ? Ernesti oxuduqca gözümün qabağına birbaşa Ernesto Che Guevara gəlir! Elə bil Cek London illər əvvəldən Ernesto Che Guevara gələcəyini görüb onu kitaba yazıb. Ernest də eynilə Çe kimi güzəştsizdir, dikbaşdır, haqsızlığa dözə bilmir. Çe Gevara o məşhur baretini taxıb dağlarda, meşələrdə necə canını qoyurdusa, Ernest də burjuaziyanın o dəbdəbəli salonlarında, intellektual debatlarında eyni cəsarətlə vuruşur. Hər ikisində o "həyatı baha-baha satmaq" instinkti var. Ernest sadəcə kitab personajı deyil, o, haqsızlığa qarşı sıxılan o yumruğun, o üsyankar ruhun rəsmidir. Ernest elə Çe-dir, sadəcə əlində silah yox, fəlsəfə var. ​Gələcəkdən Gələn Qorxulu Pıçıltı ​Bu kitab niyə adamın canına üşütmə salır bilirsiniz? Çünki yazılmasından bir əsr keçib, amma bu gün baxırsan ki, hər şey nöqtə-vergülünə qədər düz çıxır. Medianın bizi manipulyasiya etməsi, böyük şirkətlərin dünyanı idarə eləməsi, alqoritmlərin beynimizi yuması... London elə bil 100 il əvvəldən bu günün dünyasını görüb "Dəmir Daban" adlandırıb. Kitabı vərəqlədikcə anlayırsan ki, o daban hələ də başımızın üstündə fırlanır, sadəcə indi adı "modern dünya" olub. ​ ☆☆☆○○ ​ Kitab niyə mənim üçün 10-dan 10 deyil, təmiz bir 7-likdir? Çünki Cek London bəzən
1000Kitap
Dəmir DabanJack London · Qanun Nəşriyyatı · 201419,4bin okunma
“Səni sevirəm, çünki sənə ehtiyacım var”
8/10
·218 syf.·
2026 9. kitabı
“Səni sevirəm, çünki sənə ehtiyacım var. Sənə ehtiyacım var, çünki səni sevirəm.” (Erich Fromm) Bu kitaba rəy yazmağı çox istəyirdim, amma kitab özü deyiləcək hər şeyi o qədər aydın ifadə etmişdi ki, nə obrazları tədqiq etmək, nə də hekayəsindən bəhs etmək marağımı çəkmədi. Amma sırf hekayəsini “özümküləşdirmək” üçün qısa da olsa, fikirlərimi yazmaq istəyirəm. Skandinav ölkələrinin soyuq iqliminin sakinlərinin münasibətlərinə də əks olunduğunu bilirik. Azərbaycan modelindəki ailədə böyümüş insanlar üçün başqa mədəniyyətin ailə strukturu qəribə gəlir. Bunu bilirsiniz nəyə oxşadıram, məsələn, ilk dəfə dostunuzun evinə getmisiniz, ailəsiylə vaxt keçirirsiniz. Görürsünüz ki, ailə modelləri bir-birindən nə qədər fərqlidir. Həqiqətən də, Tolstoyun dediyi kimi “bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.” Çoxumuzun ailəsi elə bir cür bədbəxt olduğu üçün başqasının xoşbəxtliyinin özü də zidd gəlir adama. Fərqlidir, “normal” deyil, qəribsəyirsən, amma əsas onu görürsən ki, mövcuddur, belələri də var imiş. Başqa mədəniyyətlərin ailə daxili münasibətləri barədə oxuyanda və ya nəyəsə baxanda eynilə o hissi keçirirəm. Bu kitab da məndə kiminsə evinə gizlincə girib qapının arasından içəri boylanırmış hissiyyatı vermişdi. Ən bəyəndiyim şeylərdən biri Yana obrazının özü idi. Harrietlə Oskarın münasibətindəki çatların uşağa yansıdılmasının onun gələcəkdəki xarakterinə, şəxsi münasibətlərinə, hətta görünüşünə və sağlamlıq problemlərinə əks olunmasının təsvir edilməsi əsəri emosional intellekt cəhətdən güclü edir. Həmçinin, hər obrazın perspektivindən müəyyən qədər oxuyub görmək imkanı olduğu üçün daha yaxşı empatiya qura bilir, onları qınamaqda çətinlik çəkirdim. Təkcə Oskar barədə daha çox oxumaq istəyərdim. Kitabda Harrietin ciddi
Malma StansiyasıAlex Schulman · Fabula Kitab · 20255,4bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·63 syf.··
2026 1. kitabı
·
2 saatte okudu
·
Okunma: 03 Haziran 2026 21:58
Əslində sıradan bir hekayə kimi görünür. Cavan, anasından qorxan oğlan və yaşadığı fantastika. Qoca kişi, qoyun adam, dilsiz qız. Bir də qaranlıq zirzəmi. Kitabı oxuyanda öz ürəyim sıxıldı qapalı məkanda. Hər şey bir qırağa kitab bizə mesajlar da verir. Hər şeyin bir bədəli olduğunu. Çoxlu kitab oxuyub bilikli olursan amma qoca beynini yeyəcək. Kitabxanadan qaçıb azad olursan, bir müddət sonra anan ölür və tənhalıq səni tapır. Yəni maraqlı, "çerezlik" kitab idi
Tuhaf KütüphaneHaruki Murakami · Doğan Kitap · 20173,556 okunma
Qəlb şairi Əli Kərim
Puan vermedi·336 syf.··
Beğendi
·
2026 21. kitabı
·
44 günde okudu
·
Okunma: 01 Haziran 2026 22:19
Qəribsədim uzaqlarda, Könlüm-gözüm səni andı. Ayrıldığım nə müddətdi, Bir əsrdi, yoxsa andı?.. PDF oxumağa səbri olmayan mən, Əli Kərimin şeirlərini oxumaq üçün bu çətinliyə də qatlandım. Məktəb və gənclik illərimin ən sevdiyim şairlərindən biri olub o. Şeirlərinin çoxunu oxuyanda elə bilirdim ki, misralar birbaşa mənə ünvanlanıb. Kitabxanaya hər gedişimdə onun şeirlərinin çap olunduğu jurnal, qəzet və ya kitab axtarır, tapdığımı böyük həvəslə oxuyurdum. Ürəyim sən deyən çox cavan deyil, Nə qədər dərdini daşıyıbdır o. O qədər sürətlə vurub ki, sənsiz, Bəlkə də lap yüz il yaşayıbdır o! Aradan iyirmi ildən çox vaxt keçsə də, Əli Kərimin şeirlərini yenidən eyni həyəcan və eyni duyğularla oxudum. Bəzi misralar insanın yaddaşında elə iz qoyur ki, illər keçsə də öz təsirini itirmir. Sənin baxışını yığdım gözümə, O xoş ətrini də səpdim evimə. Sözün də qapımın ağzında durdu, O bir hasar oldu hər gələn qəmə. Əli Kərimin şeirlərindən incəlik, zəriflik və səmimiyyət axır. O, özünəməxsus üslubu və təkrarsız poetik dünyası ilə Azərbaycan ədəbiyyatında seçilən şairlərdəndir. Kədər başdan-başa sinəmi tutmuş, Nəfəs almağa da yer saxlamamış. Fəsillər astaca üstündən keçər, Əriməz orada boranlı bir qış. Onun şeirlərini oxumaq sanki insanı başqa bir aləmə aparır. Hər misrada sevgi, həsrət, kədər və ümid bir-birinə qarışır. Qəlb və könül şairi olan Əli Kərim oxucusuna səmimi duyğular bəxş edir. Buna görə də illər keçsə belə, onun şeirləri köhnəlmir, əksinə, hər oxunuşda yeni mənalar qazanır. Şeir oxumaq sərin bulaqdan su içməyə bənzər. Qəlbinizi, ruhunuzu sərinləndirən misraların heç vaxt əskik olmaması diləyilə...
Seçilmiş ƏsərləriƏli Kərim · Lider Nəşriyyat · 200427 okunma
10/10
·64 syf.··
2026 16. kitabı
·
7 saatte okudu
·
Okunma: 01 Haziran 2026 21:20
Ah Annie.. Nə yazım, necə yazım heç bilmirəm hisslərimi. Kiçicik bir kitabla məni yenə çox uzaqlara, unutmaqda olduğum uşaqlığıma, nənəmə, onun bir daha görməyəcəyim cənnət simasına və toxuna bilməyəcəyim isti əllərinə, qucağına apardın. Dünyanın bütün bu çirkli xaosunun içində mənə yenidən özümü hiss etdirdin. Qadın olmaq çətindir, düzdür, amma anasına, ana xəttinə bağlı bir qadın olmaq - bu bambaşqa hekayədir, hələ əgər o xəttin qırılması sənlə başlayırsa.
Bir KadınAnnie Ernaux · Can Yayınları · 20233,869 okunma
9/10
·160 syf.··
2026 125. kitabı
Bu kitabı açanda bilirdim ki, özümü rahat hiss etməyəcəyəm. Amma Cioran həmişə belədir – o, sənin qollarını, sonra ayaqlarını, sonra düşüncələrini bir-bir qoparır. Adı da elə deyilmi? “Parçalanma”. Orta əsr işgəncəsi: atlar sənin bədənini dörd tərəfə çəkib parçalayır. Cioran isə ruhunu elə edir. Mən bu kitabı oxuyanda heç vaxt “bəli, həqiqət budur!” demədim. Əksinə, hər səhifədə “niyə bunu yazırsan?” deyə soruşdum. Amma elə bu sualın özü Cioranın oyunudur. O, cavab vermir. O, yalnız səni daha da dibə çəkir. Mən nihilist deyiləm. Amma Cioranı oxuyanda özümü tuta bilmirəm: o haqlıdır. O deyir ki, biz parçalanmışıq – bir tərəfimiz yaşamaq istəyir, o biri tərəfimiz ölümü arzulayır. Bir tərəfimiz sevgidən danışır, o biri tərəfimiz bilir ki, sevgi də iyrənclikdir. Bir tərəfimiz səhər qalxıb işə gedir, o biri tərəfimiz isə yataqda qalıb tavana baxıb deyir: “Nə üçün?”. Və ən qorxulusu odur ki, hər iki tərəf də haqlıdır. O, ümidsizliyi elə bir zərifliklə yazır ki, sən ümidsizliyin özünə aşiq olursan. Məsələn, bir yerdə deyir: “Mən yalnız yuxusuzluğa borcluyam hər şeyi”. Yuxusuz qalan adam bilir ki, gecə saat üçdə beynin bir boşluqdur: nə keçmiş, nə gələcək, nə məna – yalnız boşluq. Və o boşluğun özü bir məna kəsb edir. Mənim baxış bucağım belədir: Parçalanma oxumaq üçün yox, içində yaşamaq üçün kitabdır. Onu bitirəndə sən dəyişmirsən. Sən daha da dərinləşirsən – öz əzabının dibinə. Amma qəribədir ki, bu dibdə bir növ rahatlıq var. Necə ki, Cioran özü deyir: “Hər şeyin mənasız olduğunu qəbul etdikdən sonra hər şey mümkün olur”. Mən onun bütün fikirləri ilə razı deyiləm. Məsələn, o, tarixə nifrət edir. O deyir ki, tarix fəlakətdir, uyqarlıq çürümədir. Bəlkə də haqlıdır. Amma mən yenə də insanların bir şey qurmağa çalışmasını sevirəm – nə qədər boş olsa da. Cioran mənə “sən
ParçalanmaEmil Michel Cioran · Metis Yayınları · 2020879 okunma