Bir kəndli kiçik küpəyə bal töküb hər gün satmağa çıxarmış. Bütün günü uca səslə "Bal!Bal!", -deyə qışqırsa da,bir qaşıq belə satmadan axşam evə qayıdarmış. Arvadı narahat olmağa başlayır: "Axı o niyə balını sata bilmir?"
Bir gün ərinin arxasınca düşüb onu güdür. Görür ki, kişi üz-gözündən zəhrimar yağa-yağa "Bal! Bal!",- deyə qışqırır.
Kişi həmin gün yenə də balını satmadan evə dönəndə arvadı deyir:
-Mən bilirəm,sən niyə balını sata bilmirsən; sənin dilin bal satır,üzün isə sirkə...
- Bəs səni itirsək, necə tapaq, ay vicdan?
Vicdan köksünü ötürüb üfüqlərə baxdı və titrək səslə dilləndi:
- Amanın günüdür, məni itirməyin, itirsəniz, bir də tapa bilməzsiniz.
Kağız hələ də əlimdə idi. Masaya qoyub özüm də gözləmədiyim halda çox sakit bir səslə sual verdim:
- Siz bilirsiniz ailə, sevgi nə deməkdir?
Hərbçi qaşlarını çatdı. Mən sözümə davam etdim:
Ailə bütün birliklərdən fərqli olaraq, mənəvi bağlarla birləşir. Ailənin bir üzvü boğularkən onu orda qoyub getmək yerinə, hamı o kəsi xilas etmək üçün çapalayır. Nə baş verirsə versin, ailə birlikdə olmalıdı. Bəlkə də, bunu imzalayandan sonra məni kameraya basıb, boşanma kağızını Cavada göstərəcəksiniz. Bu da onu mənim əlimlə öldürmək olacaq. İstəyirsiniz məni öldürün, bu kağızı imzalamayacam. Biz düşmən deyilik, bizi də, özünüzü də buna inandırmaq istəyirsiniz. Yox, əgər biz, doğrudan da, düşməniksə, düşmənin ailəsi ilə niyə əməkdaşlığa edilsin ki?..