Öncə kitabın mövzusundan yazım, zatən kitab nəşr edilən kimi çox oxunmağa, hər kəs tərəfindən analiz edilməyə haqqında danışılmağa başlandı.
Kitabın baş obrazının adı Juniperdi. Juniperin düşündüyü kimi desək,çox da yaxın olmayan bir dostu var-Athena Lui. İkisinin də xəyalı çox yaxşı yazar olmaq, hətta yeri gəlsə klassikləşmiş əsər yazmaqdı. Əslində Juniper bütün mövzuları ən yaxşı Athena ilə danışa bilər. Amma onun çox şanslı olduğunu düşünür və içdən-içə çox qısqanır. Bir gün Athenanın yazarlıqla bağlı bir uğurunu qeyd etmək üçün bir yerə gedirlər, orda çox içdikdən sonra Athenanın evinə keçirlər. Və bu Juniperin onun evinə ilk dəfə gəlişidi. Çox danışırlar, dərdləşirlər, gülürlər. Və arada niyə bunu tez-tez etmədiklərini düşünürlər. Birinci dəfə idi ki ikisi də nələrisə kəsmədən danışırmışlar. Athena bunu xoşuna gələn şəkildə desə də Juniper bunu fərqində olur ancaq qəbul etmək istəmir. Sonra bunlar krep yeyirlər. Və birdən Athena boğulur. Juniper ağlında olan, videolardan gördüyü qədərilə onu xilas etməyə çalışır. (Sonralar əslində daha çox çalışa biləcəyini düşünür ölməməsi üçün.) Amma Athena ölür.
Bu arada Athena daha çox uğur qazanmış, səs gətirmiş yazardı, amma Juniper tam tərsidi. Anası da hətta ona deyir ki, sən yazarlıq etməməlisən (sonlara yaxın bunu onun yaxşılığı üçün etdiyini deyir) Amma Juniper yazmağı nələrdənsə xilas olmağın yolu kimi görür, bir tür sehir gözündə baxır ona.(məncə də elədi) Və yazmadan durmaq istəmir, kitablarının çox satmasını falan istəyir, ancaq elə olmur.
Athena kitablarını daktiloda yazırmış (ilk hallarını bu şəkildə yazıb, saxlayırmış, daktiloda yazarkən ciddən yazdığını sözlərin var olduğunu hiss edirmiş. Bu arada Mark Twain ilk dəfə daktiloda Tom Sawyerin Maceraları kitabını yazıb, bilirdiniz?) Juniper, Athenın son yazdığı,