Başımı daşlara vurdum nə oldu?
Ürəyim dağıldı, yurdum nə oldu?
Gecələr xəyallar qurdum nə oldu?
Dünyadan nə umdum, içimdə qaldı..
Yedilər ömrümü yas günümdə də,
Doğum günümdə də, yaş günümdə də.
Qəbrimin gəldiyi daş günümdə də,
Ağlım uzaqlarda — üçümdə qaldı.
Bu təklik xətrimə dəyir, diləndim,
Gəzdim qapı-qapı şeir diləndim.
Gecədən səhərə xeyir diləndim,
Durnalar ruhumun köçündə qaldı.
Nail Zeyniyev