7/10
·74 syf.··
2026 2. kitabı
·
3 günde okudu
·
Okunma: 19 Mart 2026 15:14
Stefan Zweig-in “Die Mondscheingasse” kitabı insan psixologiyasını incəliklə araşdıran, qısa, lakin təsirli hekayələr toplusudur. Kitabda ölüm və təklik motivləri ön plandadır, bu da əsərlərə dərin emosional və dramatik ton verir. Zweig-in ustalıqla yaratdığı atmosfer və xarakterlərin daxili dünyası oxucunu düşündürür və duyğulandırır. Ümumilikdə, dərin düşüncələrə açıq, oxumağa dəyər bir əsərdir.
Ay Işığı SokağıStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202182,1bin okunma
9/10
·183 syf.··
Beğendi
·
2025 40. kitabı
·
17 günde okudu
·
Okunma: 08 Aralık 2025 22:32
Kitabda Geçtan, insanın özünü tanıma yolunda yaşadığı qorxular, ehtiyaclar, münasibət nümunələri və həyatın mənasını axtarma prosesi kimi mövzuları böyük bir səmimiyyətlə araşdırır. O, insanın həm öz güclü, həm də zəif tərəflərini qəbul etməsinin inkişaf üçün əsas şərt olduğunu vurğulayır. Əsər boyunca müəllif, oxucunu gündəlik avtomatik davranışlardan çıxmağa, özünü müşahidə etməyə və daxili aləmini dürüst şəkildə dəyərləndirməyə çağırır. “İnsan Olmak” yalnız nəzəri bilgilərdən ibarət deyil — kitab, oxucunu emosional və düşüncəvi olaraq dəyişməyə təşviq edən, həyatın müxtəlif mərhələlərində özünü yenidən qurmağa kömək edən bir bələdçidir. Sonda, Geçtanın yanaşması insanın təklik, sevgi, məsuliyyət, seçimlər və azadlıq kimi universal mövzularla necə ünsiyyətdə olduğunu göstərərək oxucuya dərin bir özünüanlama təcrübəsi bəxş edir.
2025 Okuma Raporları
İnsan OlmakEngin Geçtan · Metis Yayınları · 202533,5bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Təklik-məşəqqətdir
6/10
·144 syf.··
2025 7. kitabı
·
23 günde okudu
·
Okunma: 07 Eylül 2025 00:00
*Spoiler var Yazıçının bu əsəri Amerikan ədəbiyyatının incilərindən sayılır, lakin məndə o izi buraxmadı. Səbəbini özüm də tam aydınlaşdıra bilmədim. Məncə həyəcanlı dalğalanma üzrə deyil də, bir xətt üzrə yazılmış ssenari idi deyə. Nəysə ki, gözləntim çox idi, amma 6/10 bal verirəm. Analizlərə baxıram hər kəs Lenni obrazına fokuslanıb - onun məsumluğuna, Corcla dostluq münasibətinə və s. Amma nədənsə məni ən çox üzən Qozbelin və qadının (Qıvrımsaçın arvadı) tənhalığı oldu. Qozbel zənci olmasına görə qoyulmuş qadağaları artıq qəbullanmışdı və həyatını tək yaşamağı seçmişdi, ta ki Lenniyə qədər. Qadın isə ərinin qısqanclığından və ondan sevgi görmədiyindən yalnızlıq hiss edirdi. Hər ikisinin də söhbət etməyə, dərdləşməyə kimsələri yox idi. Hər ikisi də tənhalıqlarını Lenninin yanında etiraf etdilər. Bəs niyə Lenni? Çünki onlar üçün sadəcə dinləyici lazım idi, qarşısındakının ağıllı olub-olmaması yox. Çünki Lenni təhlükəsiz dinləyici idi, heç bir halda onları mühakimə etməyəcəkdi. Sadəcə dinləyirdi, saf və təmiz formada. Lenni isə ən uyğun biri idi. Sonda Lenninin ölümü məni o qədər üzməsə də, qadının bir saç sığalına ölümü, Qozbelin yenə də tək qalması-bunlar bir o qədər çox üzdü..
1000Kitap
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2016211,8bin okunma
10/10
·408 syf.··
Beğendi
·
2024 17. kitabı
·
9 günde okudu
·
Okunma: 19 Ekim 2024 22:01
Romandakı Kirke (Madeline Miller-in “Circe” romanındakı) obrazını tək kəlmə ilə izah etsəm, məncə ən uyğun söz “tənhalıq” olar. Çünki o, gücünə və sehrinə baxmayaraq, daim insanlardan və tanrılardan kənarda, öz dünyasında, həm məcburi, həm də seçilmiş bir təklik içində yaşayır.
1000Kitap
Ben, KirkeMadeline Miller · İthaki Yayınları · 202444,3bin okunma
8/10
·224 syf.··
2025 20. kitabı
·
9 günde okudu
·
Okunma: 29 Temmuz 2025 09:42
Eugénie'nin hekayəsi həyatı əlindən alınmış bir qadının hekayəsidir. Sevmək üçün yaranmış, amma sevgisi geri qaytarılmamış birinin səssiz çöküşüdür. Həyatı da yaşadığı ev kimi daş divarlar qədər soyuq, səssizliyi qədər ağır. Var-dövlət içində yoxsulluq, insanlar arasında təklik. Hər şeyi var, amma əslində heç nəyi yoxdur. O, uzun müddət duyğusuz və monoton həyata alışmışdı. Ümidin nə olduğunu, sevginin nə olduğunu çox bilmədən böyüdü. Belə bir həyatın içində insan zamanla səssizliyə razı olur. Amma bir dəfə ümidləndisə… o zaman hər şey dəyişir. Çarlzla birlikdə ilk dəfə ürəyində bir istilik hiss etdi, ilk dəfə yaşadığını düşündü. Amma o ümid bir gün əlindən çıxdıqda, səssizlik ona artıq rahatlıq deyil, ağrı verməyə başladı. Çünki insan bir dəfə ümid etdikdən sonra, köhnə qaranlığa qayıtmaq daha ağır olur. Mənim üçün əsarın ən vurucu hissəsi, Eugenie Charles'ın əmanəti üçün min dəfə ölməyə hazır ikən, onun üçün atasına qarşı çıxıb özünə bıçaq doğrultmuşkən, Charles'ın həmin o əmanəti "poçtla göndərərsən" deyiərək göstərdiyi biganə yanaşması oldu.
Eugenie GrandetHonore de Balzac · Can Yayınları · 20173,919 okunma
10/10
·299 syf.··
Beğendi
·
2025 6. kitabı
·
8 günde okudu
·
Okunma: 19 Ocak 2025 17:39
Haruki Murakaminin məşhur əsərlərindən biri olan Norveç Meşəsi, sadəcə bir sevgi hekayəsi deyil, itki, yetkinləşmə, təklik və həyatın mənası ilə bağlı dərin bir meditasiya kimi qəbul edilə bilər. Əsər 37 yaşlı Toru Vatanabenin keçmişini xatırlaması ilə başlayır. Gəncliyinin ağrılı anlarını yenidən yaşayaraq, həyatın incəliklərini oxuculara açır. Roman adını The Beatles qrupunun məşhur “Norwegian Wood” mahnısından alır, bu da əsərin nostalji və melankolik ruhunu tamamlayır.
2025 Okuma Durumu
Norveç MeşəsiHaruki Murakami · Qanun Nəşriyyatı · 202013,9bin okunma