Belə!
Hər bir insan özünün varlığını ətrafa bəyan etmək üçün daima diqqət mərkəzində qalmaq istəyir, bu çox normal bir düşüncədir, hətta uşaqlar belə onlara diqqət və qayğı göstərilməyəndə ağlayır, qışqırır ən son halda haranısa bulayır, nəyisə sındırırlar. Çünki əlindən başqa bir iş gəlmir, varlığını göstərmək üçün əlindən başqa bir şey gəlmir. Əgər bir qadının vücud gözəlliyindən başqa heç nəyi yoxdursa, ən son halda varlığını bədənini göstərməklə isbat etməyə çalışacaq. Ona görə də qadınlar maariflənməli, təhsil almalı və özlərininin varlıqlarını isbat etmək üçün yeni bacarıqlarını kəşf etməlidirlər. Düşüncə gözəlliyi olan qadın bədən gözəlliyini nümayiş etdirməyə çalışmır. Əli Şəriəti.
Alıntı
13-ün mənasız fikirləri)
Heç özünüzü kənardan seyr etmək kimi bir imkanınız olub? Bəzən həyatını a-dan z-yə bildiyim insanların sosialda və ya tanış olmayan insanların içində davranışlarını müşahidə etməyi çox sevirəm. Xarakter olaraq müşahidəçi olmaq, vəziyyəti analiz etməyi və ətrafa nəzər salmağı çox sevən tipəm bu bəzən mənə ilham verir, bəzən isə mənim özümdədə bir çox suallar yaradır və ya yaranan suallara cavab tapmağıma kömək olur. Eynən indiki kimi. Başqalarını el dilində desək "qınamaqdan" əvvəl özümü "qınasam" yeridir. Özümü bəzi məqamlarda zəif və gücsüz, bəzən ağılsız, təcrübəsiz göstərdiyim çox olub. İndi isə hərdən mənə niyə belə davranır(lar) deyə əsəbləşdiyim məqamlar çoxalıb bir sözlə. Əslində fərqinə vardım ki, bu şəraiti mən yaratmışammış. Daha şirin, daha sevəcən olmaq naminə, qarşımdakı insan özünü daha dəyərli hiss etsin deyə və bla bla bla kimi mənasız bir sürü "bəhanə" saya bilərəmmiş. Bu mənə nə verdi? Siz deməyin özüm deyim - HEÇNƏ.... İndi isə anlayıram onlar özlərini olmadıqları insan kimi başqalarına "sataraq" öz daxili xoşbəxtliklərini tapırlar. Əsas odur qarşındakı ya sənin varlılığınla əzilsin, yada həsəd aparsın yaxşı yaxşı daha positive düşünüm sənin xoş günlərinə baxıb "sevinsin"( bilirəm, bilirəm heç inandırıcı deyil ) . Öz həyatımı yaşayıram deyənlərin bir çoxu başqaları üçün yaşayır əslində. Tutaq ki mən bu mənasız fikirləri yazdım deyə o insanlar üçün nəsə dəyişəcəkmi? Əlbəttə yox. Bəs mən? Mən tətmin oluram bununla? Ümid edirəm ki, yox. (cavab hə də ola bilər) Fikirlərim oxuyanlarında iç səsinə və düşüncəsinə görə fərqli-fərqli çalarlar alacaq. Biri dəli olduğumu düşünəcək, digəri mənasız yazılar oxuduğunu, okeyy biraz positive olsam ən azından bir neçəsi (mənim kimi dəlilər) düşünəcəkki az da olsa məna tapmaq olar bəlkə?) ya da heç biri) Nəysə...
Duygular
Reklam
Qurunun balıqları
Yalançı qohumlar Rüşvətxor məmurlar Saxta gülüşlər Davamsız öpüşlər İlk anlıq ehtiras Yox yaşamağa həvəs Çürüyür insanlar Pis ətir ətrafa yayılır Ömrü keçib, daha heç nəyi yox əldə Hər dəfə tövbə, eyni günah bir də Həkim bağırtıları, yalan, hamısı pula görə -Ölmə! Ölmə! Qulaqlıq qulaqda Səslənir sevimli mahnılar "Gəl gedək", "Mənim mübarizəm" "Yorğun", "Qocalmısan" Sakitləşir əsəblər Başlayır yumruqlar Uzaqlaşır doğmalar Doğmalaşır yadlar "Deyirlər zaman yox imiş Onu fikirləşib saatlar"¹ Bitir vərəqlər Tükənir qələmlər Donur sözlər "Okeansız pəncərələr"² 1 - Qaraqanın "Balıqların duası" adlı musiqisindən 2 - Ali Khayyamın "Bulud Bağçaları" əsərindəki şeirlərdən birinin adı
Qış yuxusu
Zaman su kimi axır və bu axıntı səni də özü ilə bərabər fərqli diyarlara səpələyir. Yalnız səyahətin sonunda gözlərini açıb ətrafa baxırsan ki, gəldiyin yol eyni olaraq qalıb, lakin sən eyni deyilsən. Həyat səni bir döyüşçüdən bir izləyiciyə çevirəcək qədər böyüdür. Artıq əsas məqsədin kiməsə nəyisə isbat etmək deyil, doğru cavabı elə özün bil bəsindir. Artıq əldə etdiklərindən artığını istəmirsən, sadəcə olduğun mövqenin ən idealı olmaq üçün can atırsan. Və... bunun səs-küylü, şiddətli qışqırıqlarla da həll edilməyəcəyinin fərqindəsən. Artıq düşmən qazanacaq qədər axmaq deyilsən, çünki bir dəfəlik silməyi bacaracaq qədər böyümüsən. Danışaraq bir çox şeyi həll edə biləcəyinin fərqində olsanda, susaraq meydandan çəkilməyi hədəfləyirsən. Güvənərək yeni təməl nöqtə inşa edəcəyinin fərqindəsən, fəqət ömrünün bəlli periodlarını dərindən süzgəcdən keçirib bir çox hallarda özünə belə güvənmədiyini xatırlayırsan. İndi insanlar həyatından bir -bir getsə belə, bunu dərd edəcək qədər yazıq deyilsən. Ona görə ki gedənlərin yoxluğuna var olduqları andan etibarən alışmısan. Sevginin yaşından çox çaları və yaxud xisləti ilə qarşılaşsanda, gələcək ailə prizmasında elə özünün də həmin sıradan ailələrdən biri olacağından qorxursan. Bəlkə də, əsas məsələdə elə budur ki, sıradan olmaqdan qorxursan. Lakin günlər ötdükcə sıradan biri olmaqdan boyun qaçıra bilmirsən. Hər kəs kimi, onlar kimi, bir qaya parçası, palçıq topası, buz xəncərləri kimi...Şübhə yoxdur ki, indi bir çoxu üçün idealsan, amma özün özün üçün ideal biri olmağı çoxdan unutmusan.İndi sadəcə işıqları söndürüb, bacarsan ayıdan qış yuxusunu sənə verməsini xahiş edib uzun bir yuxu yatmağa ehtiyacın var.
Vətən sağ olsun Səssizliyin hakim olduğu gecələrdən biri idi. İnsanların çoxu bu saatlarda şirin yuxusunu alarkən qadını yuxu tutmamışdı. Səssizcə yataqda oturmuş, pəncərənin şəffaf şüşələrinin göstərdiyi aya baxırdı. Sanki ay gecənin zülmətini aydınlatmağa çalışaraq parlayırdı. Küləyin uğultusu ətrafın sükunətini pozurdu. Qadının ürəyindəki narahatçılıq onu yatmağa qoymurdu. Görəsən bu narahatçılığın səbəbi nə idi? Görəsən qadının ürəyi niyə bu sürətdə atırdı? Güzgü kimi gözlərinə əks olunmuş ay gözlərindəki narahatçılığı gizləyə bilmirdi. Çətinliklə də olsa gözlərini yumduğunda,küləyin uğultusunu batıran səslər yayıldı ətrafa. Qadın dik atılaraq ayaqlandı və pəncərəyə cəld addımlarla yaxınlaşdı. Ətrafda heç nə görünmür, ancaq qışqırıq və silah səsləri getdikcə artırdı. Qadın pəncərənin yanından uzaqlaşaraq digər otaqdakı qızının yanına qaçdı. İçindəki həyəcan iki mislinə çıxmış,əlləri durmadan titrəyirdi. Taxta qapını cırıltı ilə açdığında qızının yorğana bürünmüş,qorxaq baxışlarına şahid oldu. Qızına doğru irəliləyən ana altı yaşlı qızının əlini sıxıb ayağa qaldırdı. Dolabdan götürdüyü qalın geyimləri cəld qızına geyindirdi. Səslər getdikcə yaxınlaşarkən,ananın ürəyi dayanacaq kimi olurdu. Qızına papağı taxarkən,qapı yumruqla döyülməyə başladı. O an qadının ürəyi eynən qapının döyüntüsünün şiddətində döyünməyə başladı. Qızını gizlətməyə çalışdığında qapının arxasından səs eşidildi: -Cəld olun. Qapını açın. Ermənilər hücum çəkib. Buradan qaçmalısınız.   Qadının gözləri bərələrkən,özünü sakitləşdirməyə çalışırdı. Haradan bilə bilərdi ki,bunlar köməyə gələnlərdir. Qadın tərəddüdlə nə edəcəyini bilmir,sakitcə durmuşdu.    -Gəlməkdən başqa çarəniz yoxdur. Gəlməlisiniz. Sizi gözləyə bilmərik. Vaxt itirmək olmaz. Qadın sözlərin doğruluğu ilə qızını bərk-bərk bağrına basıb
Biri varmış,biri yoxmuş... İki fərqli-fərqli məzhəblərdən olan iki gənc varmış.İkisidə dinə bağlı əsil Mömin və Möminə idilər.Bir gün bunlar dini ətir mağazasında qarşılaşır.Oğlan içəri daxil olan kimi qız diqqətini özünə cəlb edir.Çox sakit,məlahətli,incə səslə danışır.Başını heç yuxarı qaldırmır.Amma üzü o qədər nurlu imiş ki,ətrafa nur saçılırmış.Ətir hazır olduqdan sonra satıcı oğlan ətiri uzadır.Qız sakit bir səslə,yanaqları qızarmış halda: -Zəhmət olmasa şüşənin üzərinə qoyun götürəcəm-demiş və verəcəyi pulun məbləğini soruşub,ətiri götürüb,pulu şüşənin üzərinə qoyub,sakit halda,incə yerişlərlə mağazadan çıxır.Oğlan həmin andaca xanımqızın tərbiyyəsinə və iffətinə aşiq olub.Oğlan satıcıdan qızın adını soruşur.Satıcı: -Qardaş əslində o xanıma salam verməyə belə ar edirəm.Amma səhv etmirəmsə adı budur-deyə cavab verir.Oğlan qızın adını eşitdikdən sonra dahada aşiq olub qıza.Və beləcə bu fikirlə mağazadan çıxıb fikirli halda məscidə gedir.Dəstnamaz alıb məscidin içərisinə daxil olur və namaz qılmağa başlayır.Namazını bitirib dua edir və utana-utana: "Ey Rəbbim o xanım mənim qismətimdirsə məni onunla yenə qarşılaşdır"deyərək qəlbində dua edib.Duasını bitirib məsciddən çıxan kimi xanımlar üçün nəzərdə tutulmuş namaz yerindən bu qızın çıxdığını görür.Qeyri-iradi olaraq gözlərindən yaş damlayaraq:"Əlhəmdülillah"-deyib kənardan xanımqızı seyr etməyə başlayır.Və başlayır qızı izləməyə.Onu hər izləyib kəşf etdikcə dahada aşiq olur.Bu hadisə neçə ay belə davam edir və sonda oğlan cəsarətini toplayaraq qıza məktub yazır və Qurani-Kərim'in içinə qoyur.Qız dərsdən çıxıb bir az getdikdən sonra oğlan qızın qarşısına keçərək utanqac halda Qurani-Kərim'i qıza uzadıb.Qız çaşıb yerində donub qalır.Və kitabı alıb iti addımlarla ordan uzaqlaşır..Oğlan qızın bu utancaqlığın görüb
Din
Reklam
Reklam