Puan vermedi·70 syf.··
2026 1. kitabı
"Qorxu" 1925-ci ildə Avstriyalı Stefan Şvayq tərəfindən qələmə alınmış bir novelladır. Bu əsərdə İrene adlı evli bir qadının xəyanətindən və bu xəyanətin üzə çıxacağı qorxusunun onda yaratdığı mənəvi böhrandan danışılır.İrene bunun üzə çıxmasından onsuz da qorxurdu,amma birdən-birə ortaya çıxan şantajçı qadın onun bu qorxularını pik həddə çatdırdı.Bu xəyanəti üzə çıxmasın deyə hər şeyi eləməyə hazır idi.Şvayq kitabın ortalarında İrene-in ruh halını elə ifadə elədi ki,bəzən hətta ona yazığım gəlirdi.Biz əsərdə bu hadisənin yaratdığı qorxudan əlavə İrene-in bəzi şeylərin fərqinə varmasını da görürük. Əsəri oxuduqda,əslində,məndə ən maraq doğuran hadisə İrene-in həyat yoldaşının ifadə etdiyi fikir olmuşdu: İnsanın illər əvvəl elədiyi səhvin cəzasını hazırdakı özü ödəməlidir mi?Axı,ikisi də fərqli insanlardır. Keçmişdəki biz və indiki biz,əlbəttə,müəyyən məqamlarda fərqlənirik.Ancaq həmin səhvi indiki bizin də etməyəcəyini necə qaranti verə bilərik?Ya da indiki bizin dəyişdiyini,səhvindən peşman olduğunu ətrafa necə sübut etmək olar? İrene-in həyat yoldaşı(adı tam yadımda deyil) öz müvəkkilini haqqında belə bir hadisə nəql elədi ki,həmin müvəkkil 3 il əvvəl oğurluq eləmişdi.Ancaq oğurluqdan sonra tutulmanın qorxusundan belə bir hadisədən artıq yayınmağa çalışmışdı.Bu hadisədən 3 il keçəndən sonra isə buna görə cəzalandırılır.Bu düzgündürmü?Bir tərəfdən düşünürəm ki,hamı öz səhvinin cəzasını çəkməlidir,ancaq digər bir tərəfdən də həmin obraz kimi düşünürəm.İnsan sırf illər əvvəl belə bir səhv elədi deyə,bu səhvindən peşman olduğu halda,onun cəzasını niyə indi çəkməlidir?Bilmirəm,bəlkə də,səhv düşünürəm.Əsas məsələyə qayıdaq indi,əsərin özünə.Əsər novella adlanır,novella da bildiyimiz kimi gözlənilməz sonluqla bitən hekayəyə,əsərə deyilir.Amma bunun sonu çox təxmin edilə
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022125bin okunma
6/10
·248 syf.·
2025 39. kitabı
Kitabı Selincerin "Çovdarlıqda uçurumda qoruyan" əsərinə bənzətdim. Həmçinin, "Milçəklərin tanrısı", "Mexaniki Portağal" kimi əsərlərdən də ünsürlər var idi. Sadaladıqlarıma əsasən, məlum olur ki, mövzumuz uşaqlardır. Ümumilikdə, əsərin dili sadə və axıcı idi, oxuyucunu maraqda saxlamağı bacarır və əsas fikirləri çatdırırdı. Şahmar və Firuz hər nə qədər tamamilə fərqli şəxsiyyətlər olsalar da, aralarında bir bənzərlik var idi. Fikrimcə, bu bənzərlik təbiətlərindəki "şiddətə meylli" olmaqdan irəli gəlirdi. Yazıçının müşahidə qabiliyyətinə söz ola bilməz, amma Şahmarın düşüncələrini oxuyarkən "on beş yaşlı" uşağın bu qədər yerində müşahidələri ola bilər mi deyə sorğuladım. Çünki həmin yaşlarda dünyanın bizim ətrafımızda döndüyümüzü düşünür, heç ətrafa dönüb nəzər də salmırıq. Həmçinin, Şahmarın ailəsi, xüsusilə də, anası ilə bağlı daha çox detal verilməsini istəyərdim. Firuzun ailəsi haqqında da qaranlıq qalan məqamlar oldu. Obrazlarla bağ yaratmaq üçün onların bugünüylə yanaşı, keçmişlərini də bilmək lazımdır. Çünki insanları bir-birinə bağlayan şey ortaq yaralarıdır. Firuz da bir pedaqoq kimi bundan istifadə etməyə çalışdı, lakin əsas komponenti unudurdu. Səmimiyyət. Firuzun Şahmara yaxınlaşma şəklindən tut, aralarında keçən dialoqlara qədər ipləri əlinə alan "egosu" idi. Şahmar yeniyetmə olduğundan, bayaq da qeyd etdiyim kimi, özünü dünyanın mərkəzində görməyindən, hər sözün "mənliyinə" toxunmasından normal bir şey yox idi. Ümumiyyətlə, Şahmar "mən" sözünün mahiyyətinə varmağa çalışdığı bir dönəmdən keçirdi. Obrazın perspektivi maraqlı və məzəli olsa da, ona qarşı xüsusi bir simpatiyam yarandığını deyə bilmərəm. Hələ sonda həbsə düşüb yazıçı-filosof kimi çıxması, Firuzla yenidən qarşılaşmadan sonlanması yarımçıqlıq hissi verdi. Məncə bu qədər yaxşı qaldırılmış
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202356 okunma
Reklam
2/10
'Milliyətçi bir rəssamın Führer'ə, yəni diktatora çevrilməsinin gerçək tarixçəsi' Herhangi bir cismin düşüş derinliği daima son durumu ile, düşmeden önce bulunduğu durumu arasındaki mesafe ile ölçülür (157. səh). Adolf Hitler ● Açıqlama: 1. 'Parazit' deyə xitab etməm o demək deyil ki, insanların seksual həyatı məni maraqlandırır, yox, sadəcə olaraq ümumi alqılara görə fikrimi izah etməyə çalışıram. 2. Açılımı: Qida Təhlükəsizliyi Agentliyi. 3. VVerner Maser'in 'Adolf Hitler' adlı biografik əsərində haqqında yazdığım mövzuya geniş yer verilir, baxa bilərsiniz. 4. Chuck Palahniuk özünün 'Ölüm Pornosu' kitabında bu barədə yazıb. 5. Hakan Günday'ın ilk əsəri olan 'Kinyas ve Kayra'nın baş qəhrəmanlarından biri. 6. Replika 'Ezel' serialına aiddir. 7. 125. səhifəyə aid olan alıntıdan kəsinti. Tam fikir belə idi: 'Propaganda daima ve sadece kitlelere hitap etmelidir. Aydınlar için yahut aydın denen kimseler için propaganda değil, ilmi izahat yapılmalıdır'. 8. Mənbə: Henrik Eberle & Matthias Uhl/Hitler Kitabı. 9. Mənbə: Henrik Eberle & Matthias Uhl/Hitler Kitabı. İsadan sonrakı təqvim 2016-cı ilin avqust ayının 18-ini göstərirdi və mən Stalin'in cəza olaraq insanları sürgün etdiyi torpaqlardan könülsüz olaraq ayrılmışdım. Yanımda iki çantam vardı və paltarlarım olandan daha da böyük olan digərinin içərisi - əsuslar olsun ki - nə spirtli içki ilə, nə də uşaq ikən dayımdan tez-tez istədiyim sarışın Nataşalarla dolmuş idi, yalnız - çoxlu - kitablar vardı. Klassik və underground əsərlər.. Bir də əlçatmazlıqdan pdfini - müdürdən xəbərsiz - vərəqə çap etdiyim vərəq-kitablarım. İçlərində ən gözdəm olan 'Mein Kampf' əsəri idi və onun da yanına zorla bir şüşə "pay olaraq filankəsə verərsən" deyilib içərisinə dürtüşdürülən vodka qoyulmuşdu. Azərbaycana çatdım, stüardessalar məni
İnceleme
KavgamAdolf Hitler · Anonim Yayıncılık · 202112,8bin okunma
İnsanlığı çöküşə aparan səs
8/10
·160 syf.··
Beğendi
·
2025 16. kitabı
·
3 günde okudu
·
Okunma: 14 Mart 2025 11:28
Çöküş Albert Kamunun qələmə aldığı son əsərdir. "Yad" əsərinən sonra "Çöküş" əsərini oxumaq məsləhətmiş. Məndə yoxladım :D Din, insanların bir-birinə olan davranışları, insanların əxlaqi davranışları üzərində çöküşü izah edən bir kitab. Baş qəhrəmanımız başına gələnləri qarşısında bir şəxs varmış kimi danışıb, əslində heç kimin olmadığını və öz-özünə danışdığını rahat şəkildə hiss etdirir. (Fight club filmindəki kimi) Hadisələr Amsterdamda baş verir. Qəhrəmanımız Klamans (bu dəfə nədənsə obrazımızın adı var) vəkildir. İnsanlara yaxşılıq edirmiş kimi görünərək, insanların düşdüyü vəziyyətdən həzz alır. Öz düşüncəsinə görə onun hiss etdiyi həzzlərdən insanlar çox uzaqdır və "kifləniblər". İnsanlardan hörmət görmək və onlardan üst səviyyədə yaşamaq onu xüsusi hiss etdirir. Özünü o qədər xüsusi zənn edir ki, seçilmiş insan olduğunu (bir növ Peyğəmbər) düşünür. Həyatını güllük-gülüstanlıq içində yaşayan qəhrəmanımız yağışlı bir gecədə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi ilə alt-üst olur. O ana qədər sahib olduğu bütün düşüncələr, hansı ki bütün həyatını əhatə edən varlıq, günah, azadlıq, həyat , ölüm kimi anlayışlar öz mənasını itirir. Bundan sonra vicdanı ilə mübarizə aparır. Qızın intihar edərkən eşidilən çığırtı səsi Klamansı həyatı boyunca izləyir. Kitabın maraqlı hissəsi burda başlayır. Çünki elə bir insanın vicdani hislər yaşaması gülüncdür. İnsanlara kömək etdiyi üçün onları aşağı səviyyədə görən, qadınları öz istəklərinə çatmaq üçün vasitə kimi istifadə edən, qatillərlə günahsız insanları eyni səviyyədə saxlayan, əxlaqi dəyəri olmayan insanın vicdanı necə ola bilər? İnancı mövzusunda dürüst ola bilməyən, həmçinin qorxaq və ikiüzlü davranan insanların bir çığırtı səsi ilə əsrlər öncədən çöküşə başladığını və bundan qurtulmağın mümkün
ÇöküşAlbert Camus · Qanun Nəşriyyatı · 201919,2bin okunma
10/10
·232 syf.·
2025 4. kitabı
Darmadağın Nəimi ...kendi içimizde, kendimize dair bilmediğimiz o kadar çok șey var ki. ( Sabahattin Ali Sırça Köşk ) #255779285 İncələməyə bu cümlə ilə başlamaq istədim. Səbəb isə kitabın məzmununun tamamilə bu fikri ifadə etməsi ilə bağlıdır. İnsan içində müxtəlif hissləri və emosiyaları birləşdirən bir varlıqdır. Davranışlarını bəzən kiməsə görə, bəzən sırf özünü düşünərək sərgiləyən bir varlıq. Zülfü Livaneli demişkən.. "Hepimiz içimizde, gizli, nazik davranışlarla üstü örtülen ama bir tehdit algıladığımız zaman hemen o keskin dişleriyle ortaya çıkan bir timsah taşıyoruz." Digər kitabda ətrafa, dosta güvən ön planda olduğu halda, ikinci kitabda fərdin özünə güvən daha qabarıq idi. Qarmaqarışıq oxuduqda, ardı var yazılmışdı. Və yeni bir kitabın gələcəyin səbirsizliklə gözləyirdim. "Darmadağın" adından da göründüyü kimi dağılmış, məhv olmuş həyatların təsviridir. Murad və digərlərinin taleyi, yeni obrazların rolları hər biri olduqca maraqlı idi. Bəyəndiyim nüanslar ilə yanaşı qıcıqlandığım hadisələr də var idi. Buda təsvirin gerçəkliyi ilə bağlıdır. Xülasə olaraq deyə bilərəm ki, sonu belə gözləmirdim. Hər bir başlıqda " tapdım, hər şey bəlli oldu " desəm belə, dəyişən arqumentlər olduqca yaradıcı idi. Nəimi yaradıcılığında uğur arzu edirəm.
Düşünce
DarmadağınNəimi · Əlfəcin Nəşriyyatı · 202420 okunma
10/10
·282 syf.··
2024 31. kitabı
"Gece yarısı kutuphanesi" tək sözlə mükəmməl kitabdır. Həyatı anlamaq və çox şeyi başa düşmək üçün hər şey var. Kitabı 20-30 yaşda olanlara daha çox tövsiyə edirəm. Ama hər yaşda oxuyub yeni öyrənmək fərqinə varmağa kömək edəcək kitabdir. Hər zaman xoşbəxt ola bilinəcək şeylər vardır və onu bilməlisən ki nəyisə gormirsense o " yoxdur" demək deyil. Bəlkə də sən " baxmağı" bilmirsən. Ama bunlarda sende ümidsizlik yaratmamalıdır. Həyatımızda Şahmat kimidi hər gedişlə (hər qərarınız) fərqli həyatlara gətirib çıxara bilər. Ona görə də peşman olmayın və kitabın əsas sözü olduğu kimi " hayatı anlaman gerekmiyor yaşaman yeterli". Pesmanliqlarinizi unudun ve basinizi qaldırıb ətrafa baxın və yaşamaqdan zövq alın. Ətrafınızdakılari sevin və sevginin hər şeyi həll etdiyini unutmayın.
Edebiyat
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598,5bin okunma
Reklam
Reklam