Ürəyində kaman titrər...
Göy ağlasa, torpaq gülər, gül bitirə –
Bu hikmətdir!
Torpaq ölər, amma bizi dirildər –
Səadətdir!
Sevdamızda daşa dəysə, düz ilqar,
Aramızdan əriməz ki yüz il qar.
Ürəyimdə kaman titrər, sızıldar,
Himə bənddir.
Şir donuxa, öz yerində tovlana,
Qartal ola, girişməyə cövlana...
Peyvəndə ki qaratikan calana –
Müsibətdir!
Zər çiçəklər gül don biçər batbata,
Əl uzatsan, başın çəkər min xata.
El içində sözün keçməz isbata –
Məşəqqətdir.
Baş əyərəm qovğayamı, qalamı?
Ülfət gətir fəth eləsin qalamı!..
Bir borclunun borclusuna salamı
Əsarətdir!
Mənim bəxtim əməyimdir, zər deyil,
Qəzəbimdən yoğrulduğum şər deyil.
Alnımdakı muncuq tərim tər deyil,