Agatha Christie yenə möhtəşəm bir kitab yazıb!
9/10
·215 syf.··
2026 1. kitabı
Bir, iki - ayaqqabımın toqqası kitabı həqiqətən çox ağıllıca düşünülmüş şəkildə yazılmışdı. Mən sona qədər qatilin kim olduğunu dəqiq müəyyən edə bilmədim. Erkül Puaro isə yenə yanılmadı. Agatha həqiqətən də çox gözəl əsərlər ortaya çıxardır və bu da onlardan biridir. Mövzu ilə maraqlananlar üçün: ↓ Bir diş həkimi olan Morley öz xəstəsini öldürdükdən sonra intihar edir. İlk başda bu sadə intihar hadisəsi kimi görünür ancaq həqiqətən elədirmi? Əminəm ki sizdə mənim kimi qatilin kimliyini sona qədər müəyyən edə bilməyəcəksiniz (12.06.2026 - 15.06.2026)
Bir, İki - Ayaqqabımın ToqqasıAgatha Christie · Qanun Neşriyyat · 20172,055 okunma
Fransada siyasi komediya hekayəsi.
8/10
·150 syf.·
2026 41. kitabı
Damdan düşən bir kral, yoxsa səltənəti ələ keçirib xalqı “xilas edən” bir təlxək? John Steinbeck qələmini çox bəyənirəm. Komediya şouları kimi siyasi vəziyyətləri təsvir edən müəlliflərin yazılarını isə daha çox sevirəm. Bəli, bu həmin hekayədir. Sadə bir vətəndaş olan Pippin Heristal bir gün kapitalizmin tüğyan etdiyi bir dövrdə Fransada kral olur. Steinbeck ulduzları və ailəsini belə gözəl seyr etməyi sevən bir insanın başına gələnləri danışır; İstər ölkənin siyasi vəziyyəti, istərsə də (məzlum və ya xor baxılan) fəhlə sinfinin gündəmi olsun, müəllif bizə böyük ironiya ilə göstərir. Düşmənin bizə edə bilmədiyi şeyi biz özümüz edirik. Tamahkar, dağıdıcı uşaqlar kimi ad günü tortunu hər yerə səpələyirik. s.139 Müəllif Kısa Süren Saltanat-ın həm əvvəlki, həm də sonrakı mərhələlərini təsvir edir. Ben Bir Devrimciyim-də çox bəyəndiyim bir sitat əlavə etmək istəyirəm; İnsanın bilməli olduğu hər şeyi əzbərləməklə öyrənmək ən etibarsız və əbəs işdir. səh. 180 Mənim üçün kitab unudulamaz bir təcrübə və intellektual nəzərindən düşüncələrimi işə salmaq üçün əvəzsiz mənbə oldu deyə bilərəm; qısa və bənzərsiz bir hekayə, bir növ tragikomediya hadisələr silsiləsi olan bu kiçik həcmli hekayəni oxunulmasını tövsiyə edirəm. Müəllif məzlum fəhlə sinfi ilə adi münasibət və dramatik realizmdən kənara çıxır, tez-tez alleqorik və şən bir povest təklif edir. Hekayənin ən dərin qatlarına girəndə əslində hər bir insan ölkəsinin əsas problem vəziyyətini görə bilir və dəyişikliyi hiss edirik. Ancaq yeganə problem; Onlara şübhə toxumunun səpilməsidir. Bu hekayə, nə olacağını əvvəlcədən bilənlərin tragikomediyası idi.
Düşünce
Kısa Süren SaltanatJohn Steinbeck · Sel Yayıncılık · 2015810 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·432 syf.··
2026 8. kitabı
Esmiralda… Təsirləndiyim, gözümü dolduran bir çox roman oxumuşam. Adətən kitablar haqqında incələmə yazmıram, hətta bu platformadan da çox aktiv istifadə etmirəm. Amma bu kitab məndə elə hisslər oyatdı ki, fikirlərimi yazmadan keçə bilmədim. Esmiraldanın acısını, sevincini, çarəsizliyini və bütün bunların içində ümidini itirmədən mübarizə aparmasını sanki onunla birlikdə yaşadım. Mələklə dostluğu, İlyasla qurduğu bağ məni ən çox təsirləndirən məqamlardan oldu. Qəzəbləndiyi anlarda qəzəbləndim, üzüldüyü anlarda üzüldüm. Xüsusilə Mələklə olan bəzi səhnələrdə çox duyğulandım. Onların arasındakı səmimiyyət, gerçəklik və bir-birlərinə olan sədaqət istər-istəməz göz yaşlarıma səbəb oldu. “Birlikdə edərik” kimi cümlələrin sadəcə söz olaraq qalmaması məni ayrıca təsirləndirdi. Bəlkə də buna səbəb bir zamanlar dostumla qurduğumuz bəzi planları həyata keçirə bilməməyimizin verdiyi hiss idi. Bu baxımdan onların bacarması həm kövrəltdi, həm də sevindirdi. Kitabda bəyənmədiyim yeganə məqam bəzi hissələrin mənə bir qədər uzun gəlməsi oldu. Bəzən artıq bildiyimiz və ya eşitdiyimiz fikirlərin təkrarını oxuyurmuş kimi hiss etdim. Buna baxmayaraq, ümumi olaraq əsər məndə çox xoş təəssürat yaratdı. Xüsusilə də içimi isidən sonluğu ilə uzun müddət yaddaşımda qalacaq kitablardan biri oldu.
GünahkarlarÜlviyyə Cəfər · Çardaq Nəşriyyat · 20253 okunma
Puan vermedi·80 syf.··
2026 21. kitabı
Əsər 3 fərqli yerdə və tərzdə təhsil almış və fərqli dünyagörüşlərinə malik olan qardaşlardan bəhs edir. Onların mübahisəsi analarına təsir edir. Mübahisəyə görə evdən ayrılmaq istəyən qardaşları anaları ayrılmalarını istəmir. Lakin qardaşlar bu mövzuda çox inadkar olurlar. Əsər cəmiyyətin bəzi problemlərinə yönəlmişdir. Cəmiyyətin dar düşüncələri tənqid edilmişdir. Obrazların öz fərqli düşüncələrinin nə ilə nəticələnəcəyini yazıçı sonda çox gözəl bir nəticə ilə göstərmişdir. Hətta əsər də rus polisinin belə onlardan əl çəkməsi bir mesaj idi. Nəticədə dar düşüncə ilə yaşamaq insanı çox irəliyə getməyə qoymaz və gözlənilməz bir nəticəyə səbəb olar.
Anamın KitabıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2025282 okunma
ÖZETLENMİŞ İNCELEME
Puan vermedi·128 syf.·
2026 15. kitabı
ÖZETLENMİŞ İNCELEME Vitruvius’un Gölgesinde Kalan Kadın: Ralph Fox’un “Roman ve Halk”ında Eril Evrensellik ve Edebiyatta Kadının Yokluğu Özet Ralph Fox’un “Roman ve Halk” (1937) eseri, Marksist edebiyat eleştirisi içinde, kapitalist yabancılaşmaya karşı “Bütünlüklü İnsan” (The Whole Man) idealini öne çıkaran temel bir metindir. Ancak, Fox’un bu ideali inşa ederken temel referansı olan Rönesans hümanizmi ve onun simgesi “Vitruvius Adamı”, görünüşte evrensel, özünde ise derin bir şekilde eril (masculine) bir özne tasarımıdır. Bu makale, Fox’un “epik kahraman” ve “Bütünlüklü İnsan” arayışını, Vitruviusçu bir erkeklik kurgusu olarak feminist bir perspektiften eleştirmeyi amaçlamaktadır. Argümanımız, Fox’un evrensel olduğunu varsaydığı “İnsan” kategorisinin, aslında Batılı, erkek ve burjuva bir özneyi merkeze alarak, kadını bu evrensellik anlatısının dışına ittiği veya onu ikincil, tamamlayıcı bir konuma hapsettiği üzerine kuruludur. Makale, öncelikle Vitruvius Adamı imgesinin tarihsel ve cinsiyetçi doğasını ortaya koyacak; ardından Fox’un bu imgeyi edebiyat teorisine nasıl aktardığını ve bunun “kahraman”, “yaratıcı deha” ve “tarihin öznesi” gibi kavramları nasıl eril bir şekilde kodladığını analiz edecektir. Son olarak, bu eril evrensellik iddiasının, edebiyat tarihi ve eleştirisinde kadın yazarların, karakterlerin ve deneyimlerinin sistematik olarak “yok sayılması”, marjinalleştirilmesi veya çarpıtılarak temsil edilmesiyle nasıl doğrudan bir ilişkisi olduğu, Virginia Woolf, Simone de Beauvoir ve Elaine Showalter gibi feminist teorisyenlerin çalışmalarına atıfla gösterilecektir. Fox’un kapitalizm eleştirisi değerli olmakla birlikte, önerdiği estetik ideal, ataerkil tahayyüllerle iç içe geçmiş olduğu için, kadının edebi ve tarihsel varlığına dair kapsayıcı ve
Roman ve HalkRalph Fox · Ayrıntı Yayınları · 201915 okunma
Şah əsərə yaraşmayan yarımçıq sonluq
10/10
·58 syf.··
Beğendi
·
2026 23. kitabı
·
24 saatte okudu
·
Okunma: 13 Haziran 2026 15:30
Spoiler ola bilər. Sveyqin oxuduğum ən sürətli və sürükləyici əsərlərindən biridir. İnsanın tək qalanda öz beyninin içində necə itdiyini çox sadə dillə izah edib. Kitaba tam bal verirəm, çünki oxuyarkən adamı tamamilə içinə çəkir və bir nəfəsə oxunulacaq kitabdır. Tək tənqidim isə sonluğu ilə əlaqəlidir. O qədər gərginlikdən və böyük gözləntidən sonra sonluq mənə bir az məntiqsiz gəldi. Dr. B.nin o qədər əziyyətdən sonra belə asanlıqla geri çəkilməsi hekayənin böyüklüyünə tam olaraq yaraşmadı. Sanki yazıçı kitabı tələsik yazıb bitirməyə çalışıb. Yenə də oxumağa və xeyirli vaxt keçirməyə dəyər.
Düşünce
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2025279,2bin okunma