..bu da həqiqətdir ki, bugünkü vəziyyətimdə qalmaq istəmirəm. Tamamilə başqa bir həyat, daha abırlı və daha mənalı bir həyat istəyirəm. Kim bilir, bəlkə də belə bir həyata nail olmaq mümkündür... Lakin içimdə elə bir şeytan var ki... o, məni istəmədiyim hərəkətlərə vadar edir. Onun pəncəsindən xilas ola bilmirəm, mümkün olmur... Təkcə mən yox, hamımız o şeytanın əlində oyuncağıq.
Sayfa 33·Kitabı okuyor
..həyatda uğrunda qurban gediləsi heç bir şey yoxdur. Hər şey yaşamağa, daha doğrusu, bizim yaşamağımıza kömək etməlidir. Sən isə o boş başındakı ölüm adlı yoxluğa o qədər aludə olmusan ki, uğrunda qurban gediləsi bir şey axtarır və özün də əməlli-başlı bir boşluğa yuvarlanırsan, halbuki yaşamaq, hamıdan yaxşı, hamıdan daha yaxşı yaşamaq, insanlara hakim olmaq, həm güclü, həm də, görünür, bir az da qəddar olmaq, yaşamaq lazımdır... Dünyada bundan savayı nə arzulamaq olar? Həyatını bu məqsədə həsr etsən, o vaxt görəcəksən ki, birdən-birə daxilən zənginləşdin, yüksəklərə qalxdın.
Sayfa 31·Kitabı okuyor
Reklam
Mən bəzən kişiləri kitabdan öyrənməyi düşünürdüm, lakin çox tez bir surətdə bu fikrimdən daşındım, çünki insan təbiətini öyrənmək üçün kitab yazanların özləri də səhv edə bilərlər.
Sayfa 27 - Qanun Nəşriyyatı·Kitabı okuyor
İnsan necə qarışıq və bir o qədər də bəsit varlıqdır, İlahi..
Ancak endişelerim hevesimi kaçırıyordu ve sevdiği işle uğraşan bir sanatçıdan ziyade, madenlerde ya da başka bir ağır işte ter dökmeye mahküm bir köle gibi görünüyordum. Her gece humma nöbetiyle kıvranıyordum ve çok ağır bir sinir buhranı içindeydim. O zamana dek sağlığım mükemmel olduğundan ve daima sinirlerimin sağlamlığıyla övündüğümden, hastalığı kabullenmek bana daha da zor geliyordu. Ancak egzersiz ve eğlencenin bu belirtileri kısa sürede ortadan kaldıracağına inanıyordum ve icadımı tamamladığımda her ikisini de yapacağıma dair kendime söz vermiştim.
“Dağlıq Qarabağın “qara bağı” bu günə qədər bir çox rejimi, dövlət başçısını və vasitəçini yuttu.Bununla yanaşı, Cənubi Qafqazın əvvəlki nəslinin tarixini də formalaşdırdı. 1988-ci ildə alovlanan münaqişə həm ermənilərin, həm də azərbaycanlıların Moskvanın müstəmləkəsi olmaqdan qurtulmaq hərəkatlarını sürətləndirdi. Hər iki sovet respublikasında kommunizm əleyhinə müxalifət yaratdı; sonradan bu müxalif qruplar müstəqilliklə birlikdə hakimiyyətə gəldilər.”
O, artıq anlamışdı ki, bəzi insanlar öz növündən olan digər insanları heyvan hesab edir və onlarla yola getməyin ən yaxşı üsulu gerçəkdən özünü heyvan kimi aparmaqdan ibarətdir. Təmiz qırxılmış üz və dik baxış şübhə doğurur ki, bunun da sonu cəza ilə qurtarır. Adam qərara gəlmişdi ki, insan zorakı əməl törədəndə öz vicdanının əzab çəkməyinə səbəb olur və buna görə də, o, kimisə mütləq cəzalandırmalıdır
Sayfa 71 - Qanun nəşriyyatı·Kitabı okuyor
Reklam
Reklam