9/10
·180 syf.··
Beğendi
·
2026 9. kitabı
·
10 günde okudu
·
Okunma: 13 Nisan 2026 23:40
Kölgə – Ölənlə ölmür “Bunu bil ki, heç bir qadın qəlbinizdə mühafizə etdiyiniz ölü ilə birgə yaşamaq istəməyəcəkdir.” – M. Balzak Bu sözü Henriette Mortsauf Feliksə yazdığı məktubda deyir. Ümumiləşdirsək heç kəs ölmüş biri olan qəlbdə özünə yer tapmaz. Bunu bacaran tək insan bəlkə də Vüqar oldu. O da bunun üçün 10 ilini verdi. Risk aldı. Mən sürəyyanın acısını o qədər dərindən hiss etdim. İnsan sevdiyini itirəndə bir parçası qopur. Puzzle-ın kiçik bir hissəsi itir və o puzzle hər zaman yarım qalır. Başqaları olur. O görüntünü tamamlaya bilir. Amma o uyumu, o əsası heç zaman gerçək mənada tamamlaya bilməz. Sürəyya çox fevri idi. Acısı təzə olsa da, hadisələri başqa tərəfdən dinləməyə heç cəht etmir. Əslində bunun sayəsində daha yaxşı bir həyatı oldu.
Kitap Alıntısı
Ölənlə ÖlünmürKölgə · Kitab Çapı Nəşriyyat · 202527 okunma
Ölənlə ölünmür- təhlil
10/10
·147 syf.··
Beğendi
·
2026 1. kitabı
“Ölənlə ölünmür” — yarımçıq qalan bir etirafın, vaxtsız bitən bir sevginin hekayəsidir. Sürəyya ilə Ayaz bir-birini tapdıqları anda itirirlər. Sevgi dillənən kimi ölüm yol kəsir. Ayaz Sürəyya’nın qollarında can verir və o an qızın gəncliyi də, gülüşü də susur. Bu romanda yas təkcə məzar başında tutulmur. Sürəyya sözlərin, baxışların, “el nə deyər”in altında əzilir. Sevdiyini itirən bir qızın ağlamasına belə icazə verilmir. Qaçır… kənddən yox, ədalətsiz hökmlərdən qaçır. On il boyunca qəlbində bir məzar daşı daşıyır. Xəyanət etmir, unutmağa məcbur etmir özünü. Çünki bəzi sevgilər bitmir, sadəcə səssizləşir. Sonda Sürəyya anlayır: ölənlə ölünmür. Sevilən insan xatirəyə çevrilir, həyat isə davam etmək istəyir. Ayaz qəlbində bir arzu kimi qalır, Vüqar isə səbrin və səssiz sevginin adı olur. Bu roman oxucuya bir cümlə pıçıldayır: bəzən buraxmaq unutmaq deyil, yaşamağa icazə verməkdir. Ölənlə Ölünmür
Edebiyat
Ölənlə ÖlünmürKölgə · RF Nəşriyyatı · 202527 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Alma qadağa mı yoxsa insanın azadlığa açar mı?
Puan vermedi·288 syf.··
2025 19. kitabı
Uşaqlıqda oynadığınız oyunları xatırlayın. Qaydalarını böyüklərin yox, özünüzün qoyduğu oyunları. Məntiqin qapıdan qovulduğu, saçmalığın qanun olduğu, hər şeyin gerçək sayıldığı bir dünya. Valideyn səsi gəlməsə, ordan çıxmaq istəmədiyiniz bir dünya. Romanın qəhrəmanı Aydın da məhz belə bir yer qurur. Yazdığı ssenarinin içində özünə bir kainat yaradır. Tanrısı özü olur, qaydaları özü yazır, günəşi də, kölgəni də özü paylayır. Amma pozulmuş zehnin yaratdığı heç bir dünya sağlam qala bilməz. Aydın getdikcə yaratdığı aləmlə gerçək dünya arasında ilişib qalır. Hansının yuxu, hansının həqiqət olduğunu ayırd edə bilmir. Çünki hər ikisi artıq eyni dərəcədə murdardır. Bu dünyada başqa biri də var: Vüqar. Aydının yaratdığı kainatda doğulan, amma onun qaranlığına boyun əyməyən biri. Vüqar bu dünyada sadəcə yaşamaq istəmir. O, hür olmaq istəyir. Və bu istək, Tanrısına qarşı açıq üsyana çevrilir. Paradoks buradadır: Aydın hür olmaq arzusu ilə çıxdığı yolda öz qaranlığına məhkum olur. Vüqar isə məhkum edildiyi qaranlığın içində hür olmaq üçün dirənir. Biri Tanrı ola-ola kölə olur. Digəri kölə ola-ola azadlığı seçir. Bu hekayə yaxşı ilə pisi ayırmır. Sadəcə göstərir: insan bəzən yaratdığı dünyanın altında qalır, bəzən də o dünyanın divarlarını yumruqları ilə dağıdır. Və ən qorxulu həbsxana həmişə insanın öz beyninin içində olur.
HürrXan · Teas Press · 202550 okunma
Puan vermedi
Kim içib bir qədər hikmət dənizindən getdi, Ətri eşqin nə çölündən, nə düzündən getdi. Güldən artıq nə dedi yarə ki, aşiq qaragün, İnciyib, etdi acıq hansı sözündən getdi.
Şiir
Qərib XəyalVüqar Biləcəri · Parlaq imzalar · 202492 okunma
5/10
5/10
·192 syf.··
2025 59. kitabı
·
22 saatte okudu
·
Okunma: 13 Ağustos 2025 16:34
helloii dostlarr,demeli bu kitab haqqinda eslinde yazamayacagdim ama dedim yazimm.Kitabi beyenmedim,bu yazarın qelemi nedense heç xoşuma gelmir.Diger kitabı hetta bundan daha çox xoşuma gelmişdi.Demeli mövzusunu deyim,spoiler ola bilerr; Aliyə və Nurəddin formal evlilik içindədirlər kitabda hərşey Aliyənin Vüqar adlı biri tanış olmasından başlıyır.Vüqar psixologdur və Aliyə onun seminarlarinda iştirak edir.Sonra isə bir birlərindən xoşlanırlar.Nəysə demeli gelek esas mövzuya bu kitabı sevmemeyimin sebebi çox şeyin təsadüf olmağıdır yəni kitablarda bele şey çatmırda mene,ele bil kitabla bütün bağlarımı qopardır.Aliyənin keçmişdə sevdiyi bir oğlan olur Namiq ama imkan cəhəttən çox zəif olur ama bir birlərini çox sevirmişlər.Sonra guya nece olubsa Namiqin də bacısı Səmayə Nurəddinlə məktəb vaxtı sevgiliymiş.Yəni necə olurda hərşey bu qədər bağlantılı.Namiqin bacısı Nurəddinə görə özün öldürür deyə Namiq intiqam üçün Nurəddinlə Aliyənin uşağın qaçırır ama bilmirki uşaq öz uşağıdı yəni necə absürddü axı öz uşağını tanımayasan.Nurəddin keçmişdə onu həbsə attırıbmış.Kitabda hamı hamıya nəsə edirdə və kitabı sadəcə sonunu oxumaq üçün oxudum oda ki xoşbəxt sonluq.Mənə görə oxumağa dəyməz,baxdım başqa yazılara hətta 10 da verən olub məncə daha yaxşı yazılmış kitablar var və bu kitab sadəcə vaxt itkisidir. <3
İnceleme
Naməlum Məktubİlahə Səfərzadə · Mücrü Nəşriyyatı · 202157 okunma
Terk edilmisleri qovusduran ruhlar
10/10
·262 syf.··
2025 2. kitabı
Axsam saat 11den oxumaga baslayib saat 3de bitirdim. Sona catdiqca gozumun yasi dayanmirdi. Tek bir soz deye bilerem kas butun sevenler qovusa bilse. Valideynler usaqlarinin heyatina qarismaya ve istedikleri insanlarla evlenmelerine razi olsalar.......
1000Kitap
Tərk Edilmişləri Qovuşduran RuhlarVüqar Bayramlı · Nərmin Yayın Evi · 201738 okunma