Puan vermedi·208 syf.··
2026 30. kitabı
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var" Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya bilərəm. Elə səmimi üslubu var ki, sanki 2026-cı ildə deyilsən, kitabın yazıldığı köhnə dövrlərdə yaşayırsan. Yazıçı məkanın ləhcəsini, dialektini əsərə o qədər təbii köçürüb ki, insan özünü hadisələrin içində hiss edir. Bu canlılıq oxucunun üzünə gah şirin gülümsəmə qondurur, gah da fərqli kədər bəxş edir. Yenə sevə-sevə oxuduğum, maraqlı bir Salam Qədirzadə kitabı oldu. Hər zaman dediyim kimi - "Xan Nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. Kənardan baxanda insanı cəlb edir, rəsmən kitab "məni oxu" deyir. Yazıçının qələmində belə bir xüsusiyyət var - demək istədiyi fikri və ya səhnəni üstüörtülü, amma çox anlaşıqlı çatdırır. Bəlkə hər oxucu birdən-birə anlamaz, amma başa düşəndə ayrı zövq verir. Müəllif səhnəni açıq yaza bilərdi, amma yazmayıb hər şeyi oxucunun ixtiyarına buraxır. Bu da Salam Qədirzadə qələminin özünəməxsus sirdir. Sevgini, eşqi şirin sözlərlə elə ifadə edir ki, oxuduqca insana çox xoş gəlir. Baş obraz Əkrəmin həyatı mənə çox təsir etdi və mənim üçün unudulmaz obrazlardan birinə çevrildi. Məncə, yazıçının ən təsirli, dramatik əsəri budur. Əkrəmin yaşadıqlarını oxuduqca insan sağlamlığının - əlinin, ayağının, gözünün qədrini bilməli olduğunu düşünür. Hər şeyimiz yerindədirsə şükür etməli, yerində deyilsə də "Allahın bir bildiyi var" deyib qane olmağı bacarmalıyıq. Qadın və qadın gözəlliyi böyük qüvvədir. Nə mənada dediyimi anlamaq üçün kitabı oxumaq lazımdır. Kitabda deyildiyi kimi: "Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar tilsimdir". Çox gözəl cümlədir. Digər tərəfdən, hər şeyə kor-koranə inanmağı qəbul edə bilmirəm. İnsan bir az
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2024319 okunma
"Çəhrayı çobanyastığı"
8/10
·296 syf.··
2026 30. kitabı
·
3 günde okudu
·
Okunma: 22 Mayıs 2026 11:28
hekayəsi bitdi. Sara İbrahimin "Çəhrayı çobanyastığı" romanı son vaxtlar oxuduğum ən təsirli əsərlərdən biri oldu. ️ ​Hadisələr Kabardin-Balkarın paytaxtı Nalçik şəhərində və doğma Bakımızda cərəyan edir. Romanın mərkəzində dayanan Qumuq zadəganı Timurçin obrazı elə ilk səhifələrdən mənə çox doğma gəldi. Normalda kişilərin ailəsinə qarşı soyuqqanlılığı məni çox qıcıqlandıran bir vəziyyətdir, amma nədənsə bu romanda Timurçini heç qınaya bilmədim. Onun daxili dünyası, yaşadıqları buna icazə vermədi. Təbii ki, yazıçı təxəyyülü də var, amma bu bir avtobioqrafik romandır. (Müəlliflə qeydlərimə əsaslanaraq) Mən də bilirsiz ki, yaşanmışlığı olan, real talelərdən bəhs edən əsərləri həmişə daha çox sevirəm. Sara xanım müharibəni, terror səhnələrini və insan psixologiyasını çox gözəl işləyib. Və Aybikə obrazı. Aman Allahım! Elə bir obrazdır ki, ona nə qədər cəza verilsəydi, yenə də az olardı deyə düşünürəm. Və məncə, yenə də az oldu. Romanın ən gözəl yekunu elə Zamirənin o unudulmaz sözləridir: "Möcüzələr ona inananda gerçəkləşir." ​Əgər həm tarixi kökləri olan, həm də insan ruhunun dərinliklərinə toxunan real bir sevgi və mübarizə hekayəsi axtarırsınızsa, mütləq oxuyun. @xannesriyyati na təşəkkür edirəm
Çəhrayı ÇobanyastığıSara İbrahim · Xan Nəşriyyat · 20257 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Puan vermedi
Asəf Hüseynov - “İNEFFABLE” Kitab məşhur bir biznesmenin – Mənsur Əfəndiyevin bağ evində öldürülmüş vəziyyətdə tapılması ilə başlayır. Bu müəmmalı cinayətin üstünü açmaq üçün iş müstəntiq Aslan bəyə tapşırılır. Və ona bu çətin araşdırmada iki yaxın dostu - köməkçisi Qəmzə xanım və Yusif bəy kömək edir. Bu üç nəfər birlikdə cinayətin izinə düşürlər. Mərhumun çox qeyri-adi bir üsulla və fərqli bir silahla öldürülməsi hekayəyə xüsusi bir maraq qatır və oxucunu kitaba bağlayır. İlk növbədə onu demək istəyirəm ki, kitabın bəzi yerlərində cümlələr çox mürəkkəb və qarışıq idi. Əsər zatən detektiv janrdadır, onsuz da axtarış içindəyəm. Bunun üstünə bir də yazıçının vergüllərdən istifadə edərək cümləni dayanmadan uzatması, eyni cümlə içində bir fikirdən digərinə keçməsi oxumağı daha da yorucu edirdi. Hətta kitabın ortalarında bir cümləni yoxlamaq üçün saydım və bir cümlənin içində tam 113 söz var idi. Bir cümlə üçün bu həddindən artıq çox deyilmi? Bu qədər uzun və qəliz cümləyə nə gərək var? Dəfələrlə məni yenidən əvvələ qayıdıb eyni yeri təzədən oxumağa məcbur edirdi. Təbii ki, bu, bütün kitab boyu belə deyildi, sadəcə müəyyən yerlərdə qarşıma çıxırdı. Bəlkə də sadəcə mənə mürəkkəb gəldi, bəlkə də başqa oxucular üçün kifayət qədər sadə və anlaşıqlı olub-olacaq, bilmirəm. Kitabın içində təqdirəlayiq və alqışlanacaq mövzulara toxunulub. Xüsusilə nəşriyyatlar, kitab satışı və mütaliə ilə bağlı yazılanlar. Müəllif bəzi nəşriyyatların gənc yazarlara şərait yaratmamasından, daha çox pul gətirən məşhur kitablara üz tutmasından danışır ki, bu da günümüzün reallığıdır. Əslində hər bir insan gördüyü işdən pul qazanmaq istəyir, buna söz yox. Amma maddi qazancla yanaşı, cəmiyyəti maarifləndirmək və istedadlı gəncləri üzə çıxarmaq üçün də nəsə etsələr, çox gözəl olar. Yazıçının kitabda
İneffableAsəf Hüseynov · Əlfəcin Nəşriyyatı · 202422 okunma
Puan vermedi·140 syf.··
2026 24. kitabı
Hekayəmizin baş qəhrəmanı Rudolf adında orta yaşlarında bir kişidir. Rudolf böyük bir musiqi heyranıdır. Ona musiqini sevdirənlərdən biri isə onun sevimli bəstəkarı Mendelson Bartolddur. Hekayə də məhz, Rudolfun, Mendelson Bartold haqqında kitab yazmaq istəməsi ilə başlayır. Lakin Rudolf nə qədər çabalasa da, tək bir cümlə belə yaza bilmir. Rufolf düşünür ki, onun bu əsəri ərsəyə gətirməsin də, bir çox problem var, məsələn ilk olaraq onun bacısı. Rudolfun bacısı ilə arası uşaqlıqdan bəri yaxşı deyil. Buna əsas səbəb, Rudolfun bacısının daima onun əməllərini və məqsədlərini ələ salması idi. Onun bu əsəri yazmasındaki digər bir əsas əngəldə, Rudolfun ağciyər xəstəliyindən əziyyət çəkməsi idi. Rudolf bu səbəbdən evi gec-gec tərk edir və müxtəlif dərmanlar qəbul edir. O tez-tez öz həyatından şikayətlənir. Günlərin bir günü, Rudolfun bacısı səyahətə çıxmağa qərar verir. Beləliklə Rudolf nəhayət evdə tək qalıb, öz kitabını bitirə biləcəyini düşünür. Əsas hekayədə məhz buradan başlanır. Biz əsərin ilk 100 səhifəsində Rudolfun daxili monoloqlarına və yaşadığı mənəvi böhranlara şahid oluruq. Bəzən hətta bu böhranlar o həddə çatır ki, Rudolf öz canına qıymaq istəyir. Əsərin son 40 səhifəsi isə Rudolfun təsadüfən tanış olduğu xanım Hart'dan və onun həyatından bəhs edir. Bu hissə həm Rudolfun xarakter inkişafında, həm də əsərin gedişatında mühim rol oynayır. Əsərin bu hissəsini qısaca bu cümlələrlə izah etmək olar, “Bəlkə də şikayət etdiyiniz həyat, bir başqasının xəyalıdır...”
BetonThomas Bernhard · Alatoran Yayınları · 20231,407 okunma
10/10
·160 syf.··
Beğendi
·
2026 49. kitabı
·
3 günde okudu
·
Okunma: 01 Mayıs 2026 03:52
İlyas Əfəndiyevin bu əsəri mənə keçən il oxuduğum Çingiz Aytmatovun "Cəmilə" povestini xatırlatdı ( Cengiz Aytmatov , Cemile ). Hər iki əsərin ruhunda bənzər bir abu-hava var və mən "Cəmilə"ni bəyəndiyim kimi, bu əsəri də çox bəyəndim. Kitabı bitirdikdən sonra Adil və Səriyyə obrazları haqqında uzun-uzadı düşündüm. Daha əvvəlki bir yazımda "Yaxşı insan olmaq kifayət edirmi?" sualını vermişdim ( #299581303 ). Bu əsəri oxuyarkən də özümə çoxlu suallar verdim: Səriyyə niyə belə etdi? Adilin taleyi niyə belə gətirdi? Səriyyəni o vəziyyətə gətirən düşüncələrin kökündə nə dayanırdı? Adil Səriyyənin sevgisini bərpa etmək və ya yaşatmaq üçün nə edə bilərdi? Adilin bu vəziyyətdə bir çıxış yolu vardımı, yoxsa o, artıq çoxdan uduzmuşdu? Əsərin xülasəsini verməyəcəyəm ki, yazını oxuyanlar üçün spoiler olmasın. Bəlkə bu təhlildən sonra kimsə kitabı oxumaq istəyər. İnsan o qədər mürəkkəb varlıqdır ki, Adilin düşdüyü vəziyyətdə istənilən adam hər hansı bir hərəkəti edə bilərdi. Məsələn, qatil ola bilərdi. Adil sevdiyi Səriyyəni yaxud buldozerçi Qəribcanı öldürə bilərdi. İnsan mürəkkəb olduğu qədər, həyat da mürəkkəbdir. Bizə hansı taleyi yaşadacağını əvvəlcədən bilə bilmərik. Bəzən insan heç bir səhvi olmadan xoşbəxtliyin zirvəsindən yuvarlanıb uçurumun ən dibinə düşə bilər. Xoşbəxt bir həyat bir anda məhv olmuş bir ömürlə əvəzlənə bilər. Bu əsər mənə çox təsir etdi. Bəlkə də düşüncələrim birmənalı qarşılanmayacaq, amma mən özümü həm Adilin yerinə qoyub onun ağrısını hiss etməyə, həm də Səriyyənin pəncərəsindən baxıb onu anlamağa çalışdım. Əvvəlcə bir qadını tam anlamağın çətinliyini nəzərə alıb Səriyyənin yerində olmağa bir az çəkindim, lakin onun haqqında düşündükcə daxili dünyasına nüfuz
1000Kitap
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0744 okunma
9/10
·622 syf.··
2026 105. kitabı
İvan Qonçarovun bu romanı... yox, o qədər də sadə deyil. Əvvəlcə düşündüm ki, nəyin dalınca qaçıram? 600 səhifəlik bir adamın yatıb-durmasını, plan qurub heç nə etməməsini oxumağa dəyərmi? Dəyərmiş. Dəyər də. Oblomov... İlya İliç... O mənzildə uzanıb "sabah" deyən, paltarını geyinib çölə çıxmağa tənbəllik edən, amma beynində dağları qovan o adam – hamımızıq. Sən fərqinə var, yoxsa yox, hər birimizin içində bir Oblomov yatır. Bəzən onun gözünü açıb "yaşa, hərəkət et" deyirik, bəzən də üstünə bir yorğan çəkib onu daha da dərinə basdırırıq. Qonçarovun ən dahi işi budur – o, bir xəstəliyin adını qoydu. "Oblomovluq" deyə bir termini ədəbiyyata daxil etdi. Bu nədir? Tənbəllik? Yox. Tənbəllik onun bir budağıdır, amma kökü başqa yerdədir. Oblomovluq – hər şeyi başa düşüb, heç nə edə bilməməkdir. Nəyimiz çatışmır, harda səhv edirik, nə etməliyik – Oblomov bunların hamısını bilir. Olga onu sevəndə, Ştoltz ona əl uzadanda o hərəkət edə də bilər. Etdi də – bir müddətliyinə. Amma sonra... geri çəkildi. Yorğanı başına çəkdi. Bu, sadəcə iradəsizlik deyil. Bu, bir növ intihardır – sakit, səssiz, heç kimə zərəri olmayan, amma özünü məhv edən bir intihar. Olga xanım... o qadın məni həm sevindirdi, həm də kədərləndirdi. O, Oblomovu diriltmək istədi. Öz sevgisiylə, iradəsiylə, gözəlliyiylə. Amma bir insanı yalnız sevgi ilə dəyişmək olarmı? O dəyişmək istəmirsə, bütün cəhdlərin boşa çıxır. Olga nəhayət ki, bunu başa düşdü və getdi. Çünki bir insanın xilası üçün onun özünün də xilas olmaq istəməsi lazımdır. Oblomov isə xilas olmaq istəmirdi. O, Agafya Pşenitsınanı seçdi – rahatlığı, narahatlığı, hər gün eyni çayı, eyni piroqu. Yəni, ölümü seçdi. Çünki yaşamaq, nəfəs almaq, hərəkət etmək – bunlar ağırdır. Yatmaq isə yüngül. Bu sonsuz bir döngü deyilmi? Oblomovun "yatağı" nədir? Kimin
Edebiyat & Roman
Oblomovİvan Gonçarov · Türkiye İş Bankası Kültür Yayınları · 202149,8bin okunma