Cəmşid Əmirov

Qara Volqa yazarı
Yazar
7.9/10
91 Kişi
390
Okunma
26
Beğeni
1.932
Görüntülenme

Cəmşid Əmirov Gönderileri

Cəmşid Əmirov kitaplarını, Cəmşid Əmirov sözleri ve alıntılarını, Cəmşid Əmirov yazarlarını, Cəmşid Əmirov yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
412 syf.
8/10 puan verdi
·
Beğendi
Dedektiv janrda yazılan bu kitab KGB-nin arxiv sənədləri əsasında yazılmış ilk belə Azərbaycan əsəri idi. Əsər ümumiyyətlə çox maraqlı və sadə bir dillə yazılmışdır. Əsər XX əsr Azərbaycandakı qanunun keşiyində dayanan mühafizə orqanın əməkdaşları ilə cinayətkarlar arasında mübarizədən bəhs edir. Əsərdə yalnız şərəfli peşəsini ləyaqətlə xidmət edən Polis əməkdaşları ilə yanaşı öz rifahlarını xalqın rifahından üstün tutan şərəfli peşəsinə xələl gətirən, səriştəsiz, rüşvətxor polis əməkdaşlarına da rast gəlmək mümkündür. Bunu da dövrümüz cəmiyyəti üçün çox böyük problemlərindən sayıldığı üçün əsərin sonu əziz oxucular üçün zənnimcə çox maraqlı olacaqdır. Bundan əlavə əsərin XX əsrdə gözəl Bakımızla tanış olmaq üçün bir nömrəli vasitə olduğu desəm yanılmaram deyə düşünürəm. Həmçinin burada ermənilərin Bakının ən gözəl yerlərində özlərinə məskən qurub, öz bazarlarının öz qəbristanlarını yaratmasına baxmayaraq öz çirkin xislətlərindən əl çəkmərək cinayətlər törətdiyini də qeyd etmədən keçə bilməyəcəm. Ümumiyyətlə çox maraqlı əsər olduğunu detektiv sevərlərin isə mütləq nəzər yetirmələrini şiddətlə tövsiyyə edirəm.
Qara Volqa
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993257 okunma
424 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Hadisələrin bir-biri ilə əlaqəsi, süjet xətti, obrazlar hamısı, bir sözlə, möhtəşəm idi. Cinayətkarların müəyyən edilməsi, istintaq prosesi ilə maraqlananlar mütləq oxusunlar. Demək ki, kobud sözlər, ya da yersiz səhnələr olmadan da maraqlı, dedektiv tərzində əsər yazmaq mümkün olurmuş:)
Brilyant Məsələsi
Brilyant MəsələsiCəmşid Əmirov · Xan Nəşriyyatı · 201678 okunma
Reklam
Xoşbəxtlik yağış suyu deyil ki, göydən damcı-damcı adamın başına tökülsün.
Sayfa 199Kitabı okudu
412 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Sağlığında "Sahil əməliyyatı", "Brilyant məsələsi", "Qara Volqa", "Şəhər yatarkən" adlı cəmi dörd kitabı çap olunub və bu əsərləri ilə, o, milli ədəbiyyatımızda dedektiv üslubun yaradıcısı haqqını qazanıb. Bu kitabların içərisində ən çox axtarılanı, oxumağa köhnəlməyəni sirli oğru aləmindən, milisin oğrularla mübarizəsindən bəhs edən "Qara Volqa"dır. “Qara Volqa" romanı Azərbaycan detektiv ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biridir. Əslində bu əsər yazıçı Cəmşid Əmirovun bir müddət əvvəl yazdığı "Brilliant məsələsi" romanının davamıdır. Doğrudur, kitablarda baş verən hadisələr müxtəlifdir. Ancaq cinayətkar qruplara qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələri, təxminən eyni adamlardır. Onu da deyim ki, sovet dövründə bu kitab çapından az sonra qadağan olunub, kitabxanalardan, evlərdən yığışdırılıb. Guya kitab cinayətlərin, oğurluq hallarının artmasına təkan verirmiş. Nəhayət, müstəqillik dövründən sonra "Qara Volqa" yenidən kütləvi şəkildə oxucuların ixtiyarına verilib. 1994-cü ildə onun əsəri əsasında "Qara Volqa" filmi ekranlaşdırılıb. Filmin məsləhətçisi Cəmşid Əmirovun oğlu Çingiz Əmirov olub.
Qara Volqa
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993257 okunma
..Sana giden yoldaki tüm uçurumlardan atlamaya hazırım...
Ancaq onlar oğurlanan mallar əvəzinə bilirsiniz nə tapdılar? —Nə — deyə kişi soruşdu. —Oğrunun barmaq izlərini. —Bəs oğrunun özü? — Rəhmətliyin oğlu, nə qoyub nə axtarırsınız? İndiki zamanda oğurlanan mal, arabadan düşən qovun-qarpız kimidir. Düşdü, deməli, sənin deyil...
Reklam
118 öğeden 121 ile 118 arasındakiler gösteriliyor.