Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elçin Əzimli

Elçin ƏzimliDan Ulduzu yazarı
Yazar
9.3/10
13 Kişi
135
Okunma
31
Beğeni
3.216
Görüntülenme

Hakkında

Unvan:
Yazar

Okurlar

31 okur beğendi.
135 okur okudu.
10 okur okuyor.
36 okur okuyacak.
9 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
-Qoy müharibə olmasın,insanlar bir-birini öldürməsin.Budur arzumuz.Axı dünya hamıya çatacaq qədər böyük dünyadır.
Dan ulduzunun ən parlaq göründüyü vaxt gecənin ən qaranlıq anı sayılan günəşin doğmasına yaxın vaxtdır, dan yeri məhz o vaxt sökülməyə başlayır.
Sayfa 113Kitabı okudu
Reklam
Xoşbəxt olmurlar , qızım , xoşbəxt yaşayırlar...
"Yaşamaq, düşünmək və sevmək üçün gözəl gündür, elə deyilmi?!"
Sayfa 358Kitabı okudu
Mən işığın sirrini qaranlıqdan öyrənmişəm. Müəllimim qaranlıq olub – aydınlanmağa görə ona borcluyam… Bir gün içimdəki arzulardan kiçik qığılcım oyandı. Arzularım böyüdükcə, o qığılcım daha da alovlandı və nəhayət, içimdə günəş kimi doğdu. O zaman işığın gücünü anladım. Anladım ki, qaranlıq nə qədər dərin olursa olsun, ən kiçik işıq parıltısı qarşısında belə gücsüzdür. Gördüm ki, işığın şölələri yüksəldikcə, qaranlığın sərhədləri geri çəkilir. Anladım ki, ətrafım hər zaman işıqlı olsaydı, işıq saçmağı öyrənə bilməzdim. Mən qaranlıqda işığı gördüm, mən qaranlıqda işıq oldum. Buna görə də artıq qaranlıq qorxum yoxdur. Konfutsi insanları ikiyə ayırırdı: qaranlığa söyənlər və şam yandırıb onunla mübarizə aparanlar. Mən ikincilər kimi işıq olmağı seçdim. Sən də qorxma qaranlıqlardan. İşıq saç və ona işığınla meydan oxu. Bu bəs edər! Görəcəksən; sən işıq saçdıqca, o da səndən uzaqlaşacaq…
Sayfa 319Kitabı okudu
Reklam
Gunəş insanlara həyatın ən böyük ismarışıdır.Onun yenidən başlaya bilmək gücü var.Günəş dünya yaranandan bu yana hər gün batır və yenidən doğur.Batmaqdan və yenidən doğmaqdan usanmır,yorulmur,qorxmur və bunu hər gün eyni həvəslə edir.Həyatın sirrinin batmaqda və yenidən doğmaqda olduğunu bizə anlatmağa çalışır.Demək istəyir ki,insan da qaranlığa qərq olduğu günlərin növbəti səhərində günəş kimi yenidən doğmağı bacarmalıdır
Elçin Əzimli
Elçin Əzimli
Dan Ulduzu
Dan Ulduzu

Yorumlar ve İncelemeler

Tümünü Gör
388 syf.
2/10 puan verdi
·
21 günde okudu
Bu əsər üçün incələmə yazmaq istəyirdim, ancaq müxtəlif səbəblərdən dolayı ertələyirdim. Lakin necə deyərlər artıq vaxtdır. Əsərin mövzusu məncə çox maraqlıdır. Birincisi ona görə ki, insanlar qarluqlar barədə eşitməyiblər, bilmirlər. İkincisi ona görə ki, bu xalq həqiqətən də, olub və yazıçı da, əsərdə müəyyən tarixi elementlərdən istifadə edib. Lakin əsərin quruluşu, əsərin yazılma üslubu çox qəribə idi. Mən açığı desəm, oxucu olaraq, bu üsluba uzaq biriyəm. Yəni sən Çağrının mağaraya baxışından danışıb sonra Çağrının adının mənasına necə keçə bilərsən axı? Romanda bir məntiqi ardıcıllıq olmalıdır. Hər şey çox qarışıq idi mənə görə. Növbəti olaraq, bildirmək istəyirəm ki, bu əsər romandır yoxsa şəxsi inkişaf kitabı bəlli deyil. Yəni mən roman oxumaq istəsəm, qətiyyən bu kitabı seçib almaram. Lakin bir şəxsi inkişaf kitabı olaraq, almaq barədə düşünmək olar məncə.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202357 okunma
388 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Elçin Əzimli - Çağrı Marafonun beşinci kitabı "Çağrı" romanı oldu. Kitab hələki marafon kitabları arasında ən axıcı kitab oldu mənimçün. Ümumilikdə isə son bir il ərzində ən çox qeydlər elədiyim kitab oldu. Marafon olmasaydı bəlkə də qiymətinə görə əlim gəlməzdı almağa (hal-hazırda işsiz olduğum üçün yoxsa kitaba verilən pula heyfim gəlmir). Roman elə bil qədim üslubda olan əfsanələr, nağıllar kimi axıcıdır. Qiymətləndirmə eləsəm 10/10. Yormamaq üçün bütün alıntıları paylaşmayacam.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202357 okunma
356 syf.
6/10 puan verdi
·
13 günde okudu
İlk öncə deyim ki,kitab motivasiya janrındadır.Bu janrla maraqlananlar üçün yaxşı bir tövsiyə ola bilər.Kitabda ən sevdiyim cəhət onun dizaynı oldu.Səhifələr arası şəkillər zövqlə çəkilmişdi.Amma sevmədiyim tərəfləri üstünlük təşkil etdi deyə bilərəm. Kitabdakı dialoqlar çox sıxıcı idi.Dialoqlar absurd şəkildə qurulmuşdu , insanı yorurdu."Çox sağolun", "minnətdaram", "əlbətdə", "məmnuniyyətlə " və.s kimi ifadələrə həddindən artıq yer verilmişdi.Buna görə də kitab axıcı olsa da mənə sıxıcı gəldi.
Dan Ulduzu
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 201978 okunma