Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Elçin Əzimli

Elçin ƏzimliDan Ulduzu yazarı
Yazar
9.3/10
13 Kişi
131
Okunma
31
Beğeni
3.134
Görüntülenme

Elçin Əzimli Yorumları ve İncelemeleri

Elçin Əzimli yorumları ve incelemelerini, Elçin Əzimli kitabı hakkındaki okur görüşlerini , Elçin Əzimli puanlarını 1000Kitap'ta bulabilirsiniz.
388 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Elçin Əzimli - Çağrı Marafonun beşinci kitabı "Çağrı" romanı oldu. Kitab hələki marafon kitabları arasında ən axıcı kitab oldu mənimçün. Ümumilikdə isə son bir il ərzində ən çox qeydlər elədiyim kitab oldu. Marafon olmasaydı bəlkə də qiymətinə görə əlim gəlməzdı almağa (hal-hazırda işsiz olduğum üçün yoxsa kitaba verilən pula heyfim gəlmir). Roman elə bil qədim üslubda olan əfsanələr, nağıllar kimi axıcıdır. Qiymətləndirmə eləsəm 10/10. Yormamaq üçün bütün alıntıları paylaşmayacam.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202355 okunma
356 syf.
6/10 puan verdi
·
13 günde okudu
İlk öncə deyim ki,kitab motivasiya janrındadır.Bu janrla maraqlananlar üçün yaxşı bir tövsiyə ola bilər.Kitabda ən sevdiyim cəhət onun dizaynı oldu.Səhifələr arası şəkillər zövqlə çəkilmişdi.Amma sevmədiyim tərəfləri üstünlük təşkil etdi deyə bilərəm. Kitabdakı dialoqlar çox sıxıcı idi.Dialoqlar absurd şəkildə qurulmuşdu , insanı yorurdu."Çox sağolun", "minnətdaram", "əlbətdə", "məmnuniyyətlə " və.s kimi ifadələrə həddindən artıq yer verilmişdi.Buna görə də kitab axıcı olsa da mənə sıxıcı gəldi.
Dan Ulduzu
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 201976 okunma
Reklam
388 syf.
2/10 puan verdi
·
21 günde okudu
Bu əsər üçün incələmə yazmaq istəyirdim, ancaq müxtəlif səbəblərdən dolayı ertələyirdim. Lakin necə deyərlər artıq vaxtdır. Əsərin mövzusu məncə çox maraqlıdır. Birincisi ona görə ki, insanlar qarluqlar barədə eşitməyiblər, bilmirlər. İkincisi ona görə ki, bu xalq həqiqətən də, olub və yazıçı da, əsərdə müəyyən tarixi elementlərdən istifadə edib. Lakin əsərin quruluşu, əsərin yazılma üslubu çox qəribə idi. Mən açığı desəm, oxucu olaraq, bu üsluba uzaq biriyəm. Yəni sən Çağrının mağaraya baxışından danışıb sonra Çağrının adının mənasına necə keçə bilərsən axı? Romanda bir məntiqi ardıcıllıq olmalıdır. Hər şey çox qarışıq idi mənə görə. Növbəti olaraq, bildirmək istəyirəm ki, bu əsər romandır yoxsa şəxsi inkişaf kitabı bəlli deyil. Yəni mən roman oxumaq istəsəm, qətiyyən bu kitabı seçib almaram. Lakin bir şəxsi inkişaf kitabı olaraq, almaq barədə düşünmək olar məncə.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202355 okunma
358 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Dan Ulduzu
Dan Ulduzu
mənim də həyatımı aydınlatmağı bacardı. Onu həm də dağınıq düşüncələrimi toparlayan bir darağa bənzədirəm. Həqiqətən də oxuyarkən insan nəinki özünü tapır, hətta özü-özü ilə üzləşir deyərdim, həyatını, yaşadıqlarını sorğulayır, çoxu şeylərdən agah olur. Hər kəsə aydınlanmaq üçün oxumağı tövsiyə edirəm. Kitab sayəsində beynimdəki bir çox şübhəli suallara cavab tapmağı bacardım, məncə. Əminəm ki, siz də oxuduqdan sonra özünüzdəki dəyişikliklərin fərqinə varacaqsınız.
Dan Ulduzu
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 201976 okunma
356 syf.
10/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
Kitabı bir neçə gün öncə bitirsəm də incələməsini yazmaq bu günə nəsib oldu. Sevərək oxuduğum romanlardan biri oldu. Kitab olduqca axıcı , öyrədici , maraqlı məlumatlarla əhatə olunmuşdu. Yazarın adını daha öncə duymamışdım heç. Digər kitabını da alıb oxuyacağam yaxın zamanda
Çağrı
Çağrı
. Əminəm ki , bu da maraqlı olacaq.
Dan Ulduzu
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 201976 okunma
386 syf.
10/10 puan verdi
·
6 günde okudu
Düşüncə sehrbazımızın növbəti zərif romanı -
Çağrı
Çağrı
!
Elçin Əzimli
Elçin Əzimli
Tutunabilmək, səadəti bütün olaraq hissetdirən bir duyğudur. Düşüncə düşünməkləmi dərindir, mütaliə ilə mi? Fikrimcə, mütaliə daha çox düşünməyə vadar edir; altını çizdiyim tək bir sətir belə, bir mövzunu geniş bir şəkildə araşdırmaq üçün kifayət qədər ruhuma xitab edəbilir.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202355 okunma
Reklam
388 syf.
·
Puan vermedi
·
142 günde okudu
"Çağrı" - Elçin Əzimli
Yazıçının oxuduğum 2-ci kitabı idi. Bu kitabda da həyati mətləblərə toxunulur, və bu həyatda düzgün yaşamağın yolları insana aşılanır. Əsərin qəhrəmanı Çağrı çox çətinliklərlə üz-üzə qalır, çox sınaqlardan keçir və ən sonda özünə - ruhuna gedən yola qovuşur. Əslində insan da çətinliklər gördükcə püxtələşir, daha dözümlü, möhkəm iradəli birinə çevrilir bu həyatda. Çünki sonda varacağı yer özü olur, və bu inkişaf yolunda daim özünü təkmilləşdirən, öz ruhunun ehtiyaclarını bilən insan ən xoşbəxt varlığa çevrilir. Həm tarixi, həm də həyati hadisələrin cərəyan olunduğu möhtəşəm bir əsər idi, deyərdim və inanıram ki, belə əsərlərin sayı çox olacaq.
Çağrı
Çağrı
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202355 okunma
388 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
dan ulduz'um
“Çağrı„ – Hardan gəlib, haraya gedirsən? Yolun haradır belə? – Özümıdir yolum ,atacan. Özümdən gəlib, özümə gedirəm. – Maraqlı səyahətin varmış...Nə vaxtdır bu yoldasan? – Dünyaya göz açandan bu yoldayam. – Uzun imiş səyahətin...Nəyin axtarışındasan belə? – Özümü axtarıram. – Bəs getdiyin yollar səni aparıb özünə çıxarmır mı? –
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202355 okunma
356 syf.
8/10 puan verdi
·
8 günde okudu
Dan Ulduzu
Dan Ulduzu
Son zamanlar oxuduğum çox maraqlı kitablardan biri. Yəqin ki, kitabın belə təsirli olmasına yazıçının öz sahəsindəki uğurlu və bacarıqlı şəxs olması və bu bacarığının əsərə təsirsiz ötüşməməsidir. Əslində kitabın mövzusu - özünüinkişaf və bununla əlaqəli şaxələnmiş fikirlərdən irəli gələn məsələlərdir. Hadisələr bir gəncin dəniz sahilində tanımadığı bir nəfərlə qarşılaşması ilə başlayır. Çətin dövrlərdən keçən və cürbəcür narahatedici fikirlərin astasında qalan bu gəncin eşitdiyi cümlələr və dərin izahlar qarşısında həyatında yeni səhifə açılır. Kitabın son səhifələrinə kimi maraqlı fikir mübadiləsi bir-birini əvəz edir. Digər özünüinkişaf yönümlü kitablardan fərqli olaraq sadəcə təkrarlanmış “söz yığınından” ibarət deyildi. Oxumağı tövsiyyə edirəm.
Dan Ulduzu
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 201976 okunma
388 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Heç Çingiz xanı hər hansısa əsərdə kənar obraz kimi düşünmüşdünüz? Ya qədim türk tayfası olan Qarluq xaqanının oğlunun hekayəsinin Çingizin qəddarlığının siması ola biləcəyini təsəvvür edərdiniz? İnsan taleləri müharibələrin əsl üzüdür. Qarluq elinin varisi, xaqan Satuk bəyin oğlu Çağrının özündən çıxıb özünə yol aldığı, dəliqanlı gəncdən kamil
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202355 okunma
Reklam
388 syf.
5/10 puan verdi
·
17 günde okudu
Çağrı
Çağrı
Çağrı
Kitab maraqlı girişlə başlayır, o dövrün hadisələri haqqında məlumatları ötürür, maraqlıdır demək olar. Amma bütöv olaraq loru dildə desək bişməyə ehtiyacı var. Bəzi istifadə olunan ifadələr orta əsrlərə heç uyğun olmurdu deyə dövrün ruhunu öldürürdü. Həmçinin kitabda müxtəlif hekayələrə çox yer verilib. Halbu ki, mən həmin hekayələri deyil, müəılifin əsərini almışam və onu oxumaq istəyirəm. Ümumən düşünürəm ki, əsərdə çox boşluqlar var idi. Mənim üçün yadda qalan bir əsər olmadı təəssüf ki.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202355 okunma
388 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Elçin Əzimlinin "Çağrı" tarixi və fəlsəfi romanını oxuyub bitirdim. Əsəri çox bəyəndim. Yazıçı, biznes kouç və təlimçi Elçin Əzimli müsbət düşüncənin gücünə inanır və deyir ki, xoşbəxtlik xoş düşüncələrlə başlayır. Əsərində də başdan sona qədər həyatın bumeranq olmasından, etdiyin yaxşılığın dönüb -dolaşıb illah səni tapmasından, möcüzələrə və yaxşı düşüncələrə köklənib yaxşı şeylərin olacağına inamdan danışır yazar. Dilindən, dinindən və irqindən asılı olmayaraq qurulan əbədi və qırılmaz dostluq mənə görə əsərin əsas mövzusudur. XIII əsr... Tarixin qaranlıq çağlarından biri.. Çingiz xanın növbəti hədəfi qarluq elləri... Monqol istilası nəticəsində yurd-yuvasından didərgin düşən gənc qarluq bəyi Çağrının keşməkeşli həyatı, Xarəzmşah Cəlaləddinin döyüşləri və tarixi faktlarla yanaşı Ağ şaman və onun qardaşlarının taleyi, Fəridəddin Əttarın ibrətamiz söhbətləri və Çağrının gələcək nəsillərə məktubu... Düzdür, roman tarixi və fəlsəfidir. Lakin əsərdə təsvir olunan tarixə emosiya və duyğu qatılıb, sevgi ilə yoğrulub, dostluq və vəfa ilə bəzənib. Romanda qanlı müharibələr təsvir olunsa da çox müsbət mesajlar ötürülür. Ağca Şamanla Çağrının dostluğundan bütün insanlar ibrət götürməli, hekayələrdən nəticə çıxartmalıdır. Həyat ,bumeranqdır dostlar..Həyatınıza işıq saçın və o işığı ətrafınıza yayın. Günəş olun, işıq olun.Yaxşılıq edin.İnanın etdikləriniz sizə qayıdacaq.Əlbət, bir gün… Xoş mütaliələr, kitabla qalın
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202355 okunma
388 syf.
10/10 puan verdi
·
Beğendi
·
23 günde okudu
Əsərdə XIII əsrdə baş verən tarixi hadisələr, Monqol imperiyası və Xarəzmşahlar dövləti arasındakı müharibə təsirli bədii-tarixi lövhələrlə əks olunub. Həmçinin bu əsərdə İslamı qəbul edən ilk türk tayfalarından olan qarluqların tarixi ilə də tanış olub, qarluq bəyi Çağrının timsalında insanın öz daxili dünyasına səyahət etmiş olduq. Əsər iki hissədən ibarətdir. I hissədə Qarluq xanlığının tarixi, II hissədə isə Monqol imperiyası və Xarəzmşahlar dövlətinin müharibələri öz bədii-tarixi inikasını tapmışdır. Əsəri böyük maraqla oxudum, düşünürəm ki tarixi roman həvəskarları bu kitabı çox sevəcək.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202355 okunma
388 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
"Çağrı" tarixi roman həvəskarları üçün əsl tapıntıdır. Onu oxuyarkən orta əsrlərin sirli-sehirli dünyasında xəyali olaraq səyahət etdim. Bu kitab vasitəsi ilə Şərqin Fəridəddin Əttar kimi dahisini, Cəlaləddin Xarəzmşah kimi qəhrəmanını kəşf etdiyim üçün özümü xoşbəxt sayıram. Kitabın hekayə dili çox zəngindir, yormayan və könül oxşayan üslübu var. Hadisələrin gözlənilməz seyri sizi daim həyəcan və xoş gərginlikdə saxlayır. Oxuyarkən durmadan sətirlərinin altını cızacağınız və nə zamansa yenidən ona geri qayıdacağınız bir kitabdır. Oxuyub bitirdim və xoş dadı damağımda qaldı. Bu kitab bitsə də, onun sətirləri uzun müddət beynimdə dolaşıb duracaq.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202355 okunma
17 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.