Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gene Stone

Gene StoneÖlmek ya da Ölmemek yazarı
Yazar
9.0/10
28 Kişi
66
Okunma
0
Beğeni
415
Görüntülenme

Gene Stone Sözleri ve Alıntıları

Gene Stone sözleri ve alıntılarını, Gene Stone kitap alıntılarını, Gene Stone en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Beyninizin 75% i sudur. Susuz qaldıqda beyniniz büzüşür. Bu hal beynin fəaliyyətinə necə təsir göstərir?
Sayfa 394
Gündə bir ovuc qurudulmuş alma halqası yemək LDL xolesterin səviyyəsini üç ay ərzində 16%, altı ay ərzində isə 24% aşağı sala bilər.
Sayfa 311
Reklam
Keçən hər günümüzü təmiz hava, gülüş və sevgi ilə, -özümüzə, başqalarına, həmçinin tək və qiymətli həyatımıza olan sevgi ilə, -doldurmalıyıq.
məsələn, kartof fri və McNuggets tikələrini barbekü sousuna batırmaq, yıxılana balta çalmaq kimi bir şeydir.
Sayfa 327
Gündə bir iki fincan qəhvə içmək isə ömrünüzü az da olsa, uzadır, hətta içdiyiniz qəhvənin ümumi xərçəng riskini cüzi də olsa, azaltmaq potensialı var. Mən isə qəhvə içməyinizi məsləhət görə bilmərəm. Niyə? Çünki hər fincan qəhvə sağlamlıq üçün daha faydalı bir içkini (bir fincan yaşıl çay) içmək üçün itirilmiş fürsətdir.
Sayfa 397
Bəzi ədviyyatlar var ki, onlardan çox istifadə etmək faydadan çox ziyan verə bilər. Məsələn, xaşxaş toxumu.
Reklam
Mərcimək yeyək:)
Mərcimək prebiotiklərlə o qədər zəngindir ki, dostcanlı floranıza ( yaxşı bakteriyalarınıza) əsl ziyafət verir, bu da mədənizi rahatlaşdıran propionat kimi faydalı birləşmələrlə qidalanmağınızı təmin edir
Sayfa 293Kitabı okudu
Məsələn, çiy yerkökü ilə müqayisədə bişmiş yerköküdən qan dövranınıza altı dəfə daha çox A vitamini keçir
Sayfa 343Kitabı okudu
Bitki mənşəli qidalanmanın faydaları həmçinin bitkinin özündən də asılıdır. Xam bitki mənşəli qidaların tərkibində antioksidləşdirici xassəli minlərlə birləşmə var, bunlardan bəzisi qan-beyin baryerini aşıb sərbəst radikallara qarşı mübarizə apararaq neyroqoruyucu təsir göstərir. Bu da beyni "paslanmaq"dan qoruyur. Beyin bədən kütləsinin cəmi 2 faizini təşkil etsə də, qəbul etdiyiniz oksigenin 50 faizi qədərini işlədə, sərbəst radikallardan ibarət alov fırtınasına şərait yarada bilər. Giləmeyvə və tünd-yaşıl yarpaqlı tərəvəzlərin tərkibindəki xüsusi antioksidləşdiricilər onları meyvə-tərəvəz səltənətinin beyin qidalarına çevirir
İnfarktdan, həqiqətən, qoruna bilmək üçün LDL xolesterin səviyyəsini ən azı 70 mg/dL-ə salmalıyıq. Dr. Roberts deyir ki, bu məqsədə nail olmaq üçün cəmiyyətin iki yolu var: ya 100 milyondan çox amerikalını ömürlük dərmanla yaşamağa məhkum etmək, ya da onların hamısına xam bitki mənşəli qidalanma tərzini tövsiyyə etmək.
Reklam
Altsheymerdən əziyyət çəkənlərin çoxuna 70 yaşa qədər bu xəstəliyin diaqnozu qoyulmur. Biz isə bilirik ki, beyin bu yaşdan çox əvvəl funksiyalarını itirməyə başlayır Minlərlə autopsiyaya əsaslanan patologistlər qeyd edirlər ki, Altsheymerin ilk səssiz mərhələlərinə,-beyində formalaşan xırda düyüncüklər,- insanların yarısında 50 yaşdan, 10 faizində isə 20 yaşdan etibarən təsadüf edilir. Yaxşı xəbər budur ki, Altsheymer xəstəliyinin kliniki əlamətlərini ürək xəstəliyi, ağciyər xəstəlikləri və insultda olduğu kimi önləmək mümkündür
Şəkərlərdən alınan fruktoza qaraciyərin funksiyasının pozulması, yüksək qan təzyiqi və piylənmə ilə əlaqələndirilir. Şəkərin içindəki fruktoza belə pisdirsə, niyə meyvənin içindəki eyni fruktoza ziyansız hesab olunur? Bir parça qənd və şəkər çuğunduru.. Təbiətdə fruktoza lif, antioksidləşdirici və fitokimyəvilərlə bir yerdə olur, bu da fruktozanın mənfi təsirlərini məhv edir.
Sayfa 301
Duz qəbulu ilə artan mədə xərçəngi riski siqaret çəkmək və yaxud həddindən artıq spirtli içki içməyin yaratdığı risklə eyni görünsə də, tiryəkdən istifadə ya da gündə bir porsiya ət yeməyin yaratdığı risk iki dəfə çoxdur.
Sayfa 291
Yenə deyirəm: Sağlam qidalanmağa başlamaq üçün heç vaxt gec deyil. Bu gün verdiyiniz qidalanma qərarları həyatınızın növbəti mərhələlərinə birbaşa təsir edə bilər. Beyninizin sağlamlığı da buna daxildir
Nehayət, iki tərəvəzi bişirmək onları sağlamlıq üçün daha faydalı edir. Hamımızın yediyi yerkökü və kərəviz sapı. Fəxri mükafat isə yaşıl lobyaya düşür. Odur ki, dayanmadın, ayağa qalxın, ləzzətli tərəvəz şorbası hazırlayın və inqrediyentlərin antioksidləşdirici gücünü artırın.
Sayfa 345
115 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.