Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gene Stone

Gene StoneÖlmek ya da Ölmemek yazarı
Yazar
9.0/10
28 Kişi
66
Okunma
0
Beğeni
412
Görüntülenme

Gene Stone Gönderileri

Gene Stone kitaplarını, Gene Stone sözleri ve alıntılarını, Gene Stone yazarlarını, Gene Stone yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Aile hikayeniz kişisel kaderiniz olmak zorunda değil.
Hastalıkların aileden gelmesinin birincil nedeni, beslenme alışkanlıklarının aileden gelmesidir.
Reklam
Məsələn, çiy yerkökü ilə müqayisədə bişmiş yerköküdən qan dövranınıza altı dəfə daha çox A vitamini keçir
Sayfa 343Kitabı okudu
Mərcimək yeyək:)
Mərcimək prebiotiklərlə o qədər zəngindir ki, dostcanlı floranıza ( yaxşı bakteriyalarınıza) əsl ziyafət verir, bu da mədənizi rahatlaşdıran propionat kimi faydalı birləşmələrlə qidalanmağınızı təmin edir
Sayfa 293Kitabı okudu
Natrium
Həddən artıq natrium qəbulu bədəndə su yığılmağına səbəb olur, bədən yığılan artıq su və natriumu orqanizmdən kənarlaşdırmaq üçün qan təzyiqini yüksəldir.
Sayfa 129Kitabı okudu
Reklam
Natrium
Dünyada ölüm və əlilliyin qidalanma ilə əlaqələndirən iki əsas səbəbi var: Kifayət qədər meyvə yeməmək və çox duz yemək
Sayfa 129Kitabı okudu
Həzm sisteminiz yediyiniz karbohidratları parçalayaraq onları qlükoza adlandırılan sadə şəkərə çevirir. Qlükoza bədənimizdəki bütün hüceyrələri güclə təmin edən əsas enerji mənbəyidir. Qlükozanın qan dövranından hüceyrələrə nüfuz etməsi üçün insulinə ehtiyac var. İnsulin hüceyrələrin qapısını açan açardır. Qapılar açılır və qlükoza hüceyrələrə daxil olur. Hər dəfə yemək yedikdə mədəaltı vəzi fəaliyyətə keçərək qlükozanın hüceyrələrimizə daşınmağını təmin etmək üçün insulin ifraz edir. İnsulin olmadıqda hüceyrələr qlükozanı qəbul edə bilmir və qlükoza qanımızda yığılmağa başlayır. Vaxt keçdikdə bu əlavə şəkər qan damarlarını zədələyir. Diabetin korluq, böyrək çatışmazlığı, ürək xəstəlikləri və insultla nəticələnməyinin səbəbi də elə budur. Yüksək qan şəkəri həmçinin sinirləri zədələyərək keyimə, iynəli sancılama, küt ağrı ilə müşahidə olunan neyropatiya adlanan vəziyyətə səbəb olur. Qan damarlarının və sinirlərin zədələnməsi diabetli xəstələrdə zəif qan dövranı və aşağı ətraflarda hissiyyatsızlığa, bu isə öz növbəsində çətin sağalan yaralara, həmçinin amputasiya hallarına səbəb olur.
Sayfa 105Kitabı okudu
Bəli, immun sisteminizi gücləndirən, özü də havayı gücləndirən bir şey var. Buna əməl etsəniz, xəstəlik günlərinizin sayını 25-50 faiz azalda bilərsiniz. Özü də ancaq yaxşı əkis-təsirləri var. Bu nədir? İdman!
Reklam
Bitki mənşəli qidalanmanın faydaları həmçinin bitkinin özündən də asılıdır. Xam bitki mənşəli qidaların tərkibində antioksidləşdirici xassəli minlərlə birləşmə var, bunlardan bəzisi qan-beyin baryerini aşıb sərbəst radikallara qarşı mübarizə apararaq neyroqoruyucu təsir göstərir. Bu da beyni "paslanmaq"dan qoruyur. Beyin bədən kütləsinin cəmi 2 faizini təşkil etsə də, qəbul etdiyiniz oksigenin 50 faizi qədərini işlədə, sərbəst radikallardan ibarət alov fırtınasına şərait yarada bilər. Giləmeyvə və tünd-yaşıl yarpaqlı tərəvəzlərin tərkibindəki xüsusi antioksidləşdiricilər onları meyvə-tərəvəz səltənətinin beyin qidalarına çevirir
Altsheymerdən əziyyət çəkənlərin çoxuna 70 yaşa qədər bu xəstəliyin diaqnozu qoyulmur. Biz isə bilirik ki, beyin bu yaşdan çox əvvəl funksiyalarını itirməyə başlayır Minlərlə autopsiyaya əsaslanan patologistlər qeyd edirlər ki, Altsheymerin ilk səssiz mərhələlərinə,-beyində formalaşan xırda düyüncüklər,- insanların yarısında 50 yaşdan, 10 faizində isə 20 yaşdan etibarən təsadüf edilir. Yaxşı xəbər budur ki, Altsheymer xəstəliyinin kliniki əlamətlərini ürək xəstəliyi, ağciyər xəstəlikləri və insultda olduğu kimi önləmək mümkündür
Yenə deyirəm: Sağlam qidalanmağa başlamaq üçün heç vaxt gec deyil. Bu gün verdiyiniz qidalanma qərarları həyatınızın növbəti mərhələlərinə birbaşa təsir edə bilər. Beyninizin sağlamlığı da buna daxildir
Tədqiqatçılar göstərirlər ki, gündə bir qədər artıq meyvə-tərəvəz yemək həm uşaqlarda bronxit astma hallarının sayını azaldır, həm də böyüklərdə astma tutmalarını minimuma endirir
Ət yeməyin sağlamlığa təsiri barədə elmi tədqiqatların nəticələri qətiyyən müzakirə olunmur. Əgər komitə bu nəticələri müzakirəyə çıxarsaydı, ət yemək barədə insanlara tövsiyəsini əsaslandıra bilməzdi. Tədqiqat göstərir ki, ət yemək xroniki xəstəlik riskini artırır. Təlimat komitəsinin hədəfləri isə buna ziddir. Bu səbəbdən komitə belə tədqiqatların nəticələrini gözardı edir. Yaxşı bilir ki, bu nəticələr komitənin fəaliyyət planı ilə üst-üstə düşmür.
121 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.