Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gene Stone

Gene StoneÖlmek ya da Ölmemek yazarı
Yazar
9.0/10
28 Kişi
67
Okunma
0
Beğeni
423
Görüntülenme

Gene Stone Gönderileri

Gene Stone kitaplarını, Gene Stone sözleri ve alıntılarını, Gene Stone yazarlarını, Gene Stone yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bitki mənşəli qidalanmanın faydaları həmçinin bitkinin özündən də asılıdır. Xam bitki mənşəli qidaların tərkibində antioksidləşdirici xassəli minlərlə birləşmə var, bunlardan bəzisi qan-beyin baryerini aşıb sərbəst radikallara qarşı mübarizə apararaq neyroqoruyucu təsir göstərir. Bu da beyni "paslanmaq"dan qoruyur. Beyin bədən kütləsinin cəmi 2 faizini təşkil etsə də, qəbul etdiyiniz oksigenin 50 faizi qədərini işlədə, sərbəst radikallardan ibarət alov fırtınasına şərait yarada bilər. Giləmeyvə və tünd-yaşıl yarpaqlı tərəvəzlərin tərkibindəki xüsusi antioksidləşdiricilər onları meyvə-tərəvəz səltənətinin beyin qidalarına çevirir
Altsheymerdən əziyyət çəkənlərin çoxuna 70 yaşa qədər bu xəstəliyin diaqnozu qoyulmur. Biz isə bilirik ki, beyin bu yaşdan çox əvvəl funksiyalarını itirməyə başlayır Minlərlə autopsiyaya əsaslanan patologistlər qeyd edirlər ki, Altsheymerin ilk səssiz mərhələlərinə,-beyində formalaşan xırda düyüncüklər,- insanların yarısında 50 yaşdan, 10 faizində isə 20 yaşdan etibarən təsadüf edilir. Yaxşı xəbər budur ki, Altsheymer xəstəliyinin kliniki əlamətlərini ürək xəstəliyi, ağciyər xəstəlikləri və insultda olduğu kimi önləmək mümkündür
Reklam
Yenə deyirəm: Sağlam qidalanmağa başlamaq üçün heç vaxt gec deyil. Bu gün verdiyiniz qidalanma qərarları həyatınızın növbəti mərhələlərinə birbaşa təsir edə bilər. Beyninizin sağlamlığı da buna daxildir
Tədqiqatçılar göstərirlər ki, gündə bir qədər artıq meyvə-tərəvəz yemək həm uşaqlarda bronxit astma hallarının sayını azaldır, həm də böyüklərdə astma tutmalarını minimuma endirir
Ət yeməyin sağlamlığa təsiri barədə elmi tədqiqatların nəticələri qətiyyən müzakirə olunmur. Əgər komitə bu nəticələri müzakirəyə çıxarsaydı, ət yemək barədə insanlara tövsiyəsini əsaslandıra bilməzdi. Tədqiqat göstərir ki, ət yemək xroniki xəstəlik riskini artırır. Təlimat komitəsinin hədəfləri isə buna ziddir. Bu səbəbdən komitə belə tədqiqatların nəticələrini gözardı edir. Yaxşı bilir ki, bu nəticələr komitənin fəaliyyət planı ilə üst-üstə düşmür.
Əvvəllər tədqiqatçılar heyvan mənşəli yağları və heyvan mənşəli zülalları günahlandırırlar. Lakin son vaxtlar bütün barmaqlar zəhərli bakteriyalara, yəni " endotoksinlər "ə çevrilib. Gündəlik qidamızda, məsələn ətin tərkibində arteriyalardakı hovlanmanı şiddətləndirən ölü, yaxud canlı bakteriyalar var. Ət həll bişdikdə belə bu bakteriyalar fəaliyyətini itirmir. Endotoksinləri bişmə temperaturunda yox edə bilməzsiniz. Mədə turşusu, yaxud həzm fermentləri də onlara təsir etmir. Beləcə heyvan mənşəli yemək yedikdən sonra zəhərli bakteriyalar bağırsağınıza yayılır. Tədqiqatçıların dediyinə görə, sonrakı mərləhədə doymuş yağlar vasitəsilə bağırsaq divarlarından qan dövranına qarışır, damarlardakı hovlanmanı yenidən canlandırmağa başlayır
Reklam
Bədənimiz sağlam olmaq istəyir. Siqaret çəkdiyiniz dövrdə hər axşam siz yuxuya gedən kimi o özünü bərpa etməyə başlayır. Ta ki... Bam!. Səhər açılır və ilk siqareti yandırırsınız. Hər qullabda ağciyərlərinizi təzədən yaralayırsınız. Damarlar da belədir- hər işlək damarlarınızı zədələyir. Mötədillik edib özünüzü balaca çəkiclə vura bilərsiniz. Axı özümüzü niyə incidək? Ən yaxşısı özümüzə ziyan vurmağı dayandırmaq, özümüzə düşmən kəsilməkdən vaz keçmək deyilmi? Bəlkə, bədənin təbii bərpa prosesini sizi sağaltmasına imkan verəsiniz?
Həmçinin aşkara çıxdı ki, statin diabetin inkişafında risk mənbəyidir. 2013-cü ildə minlərlə döş xərçənginə tutulmuş qadınla söhbəti nəzərdə tutan bir tədqiqat göstərdi ki, statinin uzunmüddətli istifadəsi qadınlarda döş( süd vəzisi) xərçənginə tutulma ehtimalını iki dəfə artırır. Qadınların əsas ölüm səbəbi ürək xəstəliyi idi, xərçəng deyildi. Hələ də statinin xeyri ziyanından çox görünə bilər, lakin xolesterini təbii yollarla aşağı sala biliriksə, niyə özümüzü riskə ataq?
Onlar üçün ümumi mənada statinin xeyri daha çoxdur, nəinki ziyanı. Əlbəttə, bu dərmanların əks-təsirləri var. Bu dərmanlar qaraciyərə ziyan vurur, əzələləri məhv edir
İnfarktdan, həqiqətən, qoruna bilmək üçün LDL xolesterin səviyyəsini ən azı 70 mg/dL-ə salmalıyıq. Dr. Roberts deyir ki, bu məqsədə nail olmaq üçün cəmiyyətin iki yolu var: ya 100 milyondan çox amerikalını ömürlük dərmanla yaşamağa məhkum etmək, ya da onların hamısına xam bitki mənşəli qidalanma tərzini tövsiyyə etmək.
121 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.