Aisha Yolchiyeva

Həqiqət elə bir şeydir ki, istər onu görməməzliyə vur, istər gözünü bağla, o öz yenilməz qüvvəsi ilə işini görəcək. Məsələn, sevdiyiniz bir adamın dəfni çatanda onun dəfnində iştirak etməmək olarmı?
Sayfa 168·Kitabı okudu
-İndi mən bilirəm ki, insan böyük işlər görməyə qadirdir. Amma böyük hisslərə malik olmayan adam məni maraqlandırmır. - Mənə elə gəlir ki, insan hər şeyə qadirdir, - deyə Taru cavab verdi. - Xeyr, insan əzab çəkməyə yaxud uzun müddət xoşbəxt yaşamağa qadirdir, amma ən vacib işlərə qadir deyil.
Sayfa 161·Kitabı okudu
Dünyadakı bütün bədxahlıqlar nadanlıqdan yaranır. Elə xeyirxahlığın özü anlaşılmayanda bədxahlıqdan da pis nəticə verə bilər. İnsan təbiətində xeyir şərdən güclüdür, amma əsas məsələ bunda deyil. Məsələ ondadır ki, adamlarda az ya çox nadanlıq olur və əsl nadanlar özlərini çoxbilmiş sayırlar. Hər cür bəla və bədxahlıqlar, insan öldürmək qərarı da nadanlıqdan doğur. Caninin qəlbi işıqsız və kor olur. Gözü həyat işığı və qəlbi nurla dolmamış bir adamdan nə xoş əməl, nə də əsl məhəbbət gözləmək olmaz.
Sayfa 130·Kitabı okudu
Bir halda ki, həyat məsələsini ölüm həll edir, bəlkə elə allahın özünə də sərf edər ki, adamlar ona inanmasın, əllərini göyə açıb kömək gözləməkdənsə, var qüvvələrini toplayıb, ölümlə mübarizəyə girişsinlər.
Sayfa 127·Kitabı okudu
Başqa vaxt hamımız fikirləşirik ki, daimi məhəbbət yoxdur və bizim öz məhəbbətimiz adi bir hissdir. Amma xatirələr güclü çıxır.
Sayfa 74·Kitabı okudu