Dəmir Daban=Dəmir Yumruq
7/10
·301 syf.··
2026 5. kitabı
·
42 günde okudu
·
Okunma: 28 Mayıs 2026 20:07
Bizim Balaca Dünyamız ​Səmimi olaq: çoxumuz elə bilirik ki, həyatda tamamilə azadıq, istədiyimizi edirik. Amma Jack London " Dəmir Daban "da elə bil üzümüzə soyuq su töküb oyadır bizi. Kitabdakı o " Dəmir Daban " dediyi şey əslində sistemin, oliqarxiyanın, pulu və gücü əlində saxlayan o qudurğan elitanın ta özüdür. London deyir ki, sən fərd olaraq nə qədər güclü olmaq istəyirsən ol, əgər sistem səni əzmək istəsə, o ağır dabanı ilə üstündən keçər. İnsan oxuduqca fikirləşir: görəsən biz həqiqətən öz həyatımızı yaşayırıq, yoxsa sadəcə kimlərinsə qurduğu böyük oyunun oyuncaqlarıyıq? ​ Ernest yoxsa Ernesto Che Guevara ? Ernesti oxuduqca gözümün qabağına birbaşa Ernesto Che Guevara gəlir! Elə bil Cek London illər əvvəldən Ernesto Che Guevara gələcəyini görüb onu kitaba yazıb. Ernest də eynilə Çe kimi güzəştsizdir, dikbaşdır, haqsızlığa dözə bilmir. Çe Gevara o məşhur baretini taxıb dağlarda, meşələrdə necə canını qoyurdusa, Ernest də burjuaziyanın o dəbdəbəli salonlarında, intellektual debatlarında eyni cəsarətlə vuruşur. Hər ikisində o "həyatı baha-baha satmaq" instinkti var. Ernest sadəcə kitab personajı deyil, o, haqsızlığa qarşı sıxılan o yumruğun, o üsyankar ruhun rəsmidir. Ernest elə Çe-dir, sadəcə əlində silah yox, fəlsəfə var. ​Gələcəkdən Gələn Qorxulu Pıçıltı ​Bu kitab niyə adamın canına üşütmə salır bilirsiniz? Çünki yazılmasından bir əsr keçib, amma bu gün baxırsan ki, hər şey nöqtə-vergülünə qədər düz çıxır. Medianın bizi manipulyasiya etməsi, böyük şirkətlərin dünyanı idarə eləməsi, alqoritmlərin beynimizi yuması... London elə bil 100 il əvvəldən bu günün dünyasını görüb "Dəmir Daban" adlandırıb. Kitabı vərəqlədikcə anlayırsan ki, o daban hələ də başımızın üstündə fırlanır, sadəcə indi adı "modern dünya" olub. ​ ☆☆☆○○ ​ Kitab niyə mənim üçün 10-dan 10 deyil, təmiz bir 7-likdir? Çünki Cek London bəzən
1000Kitap
Dəmir DabanJack London · Qanun Nəşriyyatı · 201419,4bin okunma
Siddhartha: Həqiqət olmaq
9/10
·148 syf.··
Beğendi
·
2026 4. kitabı
Həqiqəti axtarmaq yoxsa həqiqət olmaq? Həqiqət necə tapılır? Hermann Hesse Siddhartha adlı əsərində Siddhartha obrazı və onun daxili monoloqları üzərindən bu suallara cavab verir, mən isə sadəcə kitabları və analizi sevən mexaniki yönümlü IT tələbəsi kimi bu kitaba dair görüşümü bölüşürəm. Siddhartha. Brahman. Doğuşdan dini ayinlər içində, tanrılara sunaqlar verən, ibadət edən, meditasiya ilə məşğul olan ata ilə böyümüşdü. Buna görə də günahlardan uzaq, dünyəvi zövqlərin arxasınca düşüb özünü itirməmişdi. Bütün bunlara baxmayaraq, axtardığını tapabilməmişdi. Zaman keçdikcə daxilindəki suallar və şübhələr artmağa başladı, çünki nədən qaçdığını, özünü nədən qoruduğunu bilmirdi. Məqsəd "Nirvanaya" çatmaq idi, halbuki əgər atası, müəllimləri və digər Brahmanlar düzgün yolda idilərsə, niyə hələ də məqsədə çatmamışdılar? Niyə illərlə eyni rutinin daxilində ilişib qalmışdılar? Öz həqiqətini tapmaq istəyi ilə atası razı olmasada atasından ayrılır, öz iç səsini dinləyərək Samanalara qoşulur, axtardığı şeyi orada tapacağını umur. Qaçmalı və qamçılamalı olduğu şeyin dünyəvi zövqlər və istəklər olduğunu düşünür, dostu Govindanı da bu yolda özünə qoşur. Govinda – Siddharthanın daim dəstəkçisi, yaxın dosdu. Samanalar oruc tutur, yuxusuz qalır, dilənir, cırıq paltarla yaşayırlar və özlərinə əziyyət verirlər. Siddhartha da bu yolu seçir. Lakin zaman keçdikcə özünü hər şeydən məhrum etməklə fərqli bir eqo qazanır. Çünki artıq özünü günahlardan təmizlənmiş, nəfsinə hakim olmuş biri hesab edir. Digər insanları "uşaq insanlar" görür, çünki onlar maddiyyat uğrunda çalışıb-vuruşurlar, dünyəvi zövqlərin əsiridirlər, sevirlər, insanlara bağlanırlar və hissləri üzündən hərəkətlərini idarə edə bilmirlər. Bu, asketizmin gizli paradoksudur: özünü hər şeydən məhrum etmək eqonu öldürmür, yalnız ona yeni
Düşünce
SiddharthaHermann Hesse · Can Yayınları · 202447,1bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
9/10
·160 syf.··
2026 125. kitabı
Bu kitabı açanda bilirdim ki, özümü rahat hiss etməyəcəyəm. Amma Cioran həmişə belədir – o, sənin qollarını, sonra ayaqlarını, sonra düşüncələrini bir-bir qoparır. Adı da elə deyilmi? “Parçalanma”. Orta əsr işgəncəsi: atlar sənin bədənini dörd tərəfə çəkib parçalayır. Cioran isə ruhunu elə edir. Mən bu kitabı oxuyanda heç vaxt “bəli, həqiqət budur!” demədim. Əksinə, hər səhifədə “niyə bunu yazırsan?” deyə soruşdum. Amma elə bu sualın özü Cioranın oyunudur. O, cavab vermir. O, yalnız səni daha da dibə çəkir. Mən nihilist deyiləm. Amma Cioranı oxuyanda özümü tuta bilmirəm: o haqlıdır. O deyir ki, biz parçalanmışıq – bir tərəfimiz yaşamaq istəyir, o biri tərəfimiz ölümü arzulayır. Bir tərəfimiz sevgidən danışır, o biri tərəfimiz bilir ki, sevgi də iyrənclikdir. Bir tərəfimiz səhər qalxıb işə gedir, o biri tərəfimiz isə yataqda qalıb tavana baxıb deyir: “Nə üçün?”. Və ən qorxulusu odur ki, hər iki tərəf də haqlıdır. O, ümidsizliyi elə bir zərifliklə yazır ki, sən ümidsizliyin özünə aşiq olursan. Məsələn, bir yerdə deyir: “Mən yalnız yuxusuzluğa borcluyam hər şeyi”. Yuxusuz qalan adam bilir ki, gecə saat üçdə beynin bir boşluqdur: nə keçmiş, nə gələcək, nə məna – yalnız boşluq. Və o boşluğun özü bir məna kəsb edir. Mənim baxış bucağım belədir: Parçalanma oxumaq üçün yox, içində yaşamaq üçün kitabdır. Onu bitirəndə sən dəyişmirsən. Sən daha da dərinləşirsən – öz əzabının dibinə. Amma qəribədir ki, bu dibdə bir növ rahatlıq var. Necə ki, Cioran özü deyir: “Hər şeyin mənasız olduğunu qəbul etdikdən sonra hər şey mümkün olur”. Mən onun bütün fikirləri ilə razı deyiləm. Məsələn, o, tarixə nifrət edir. O deyir ki, tarix fəlakətdir, uyqarlıq çürümədir. Bəlkə də haqlıdır. Amma mən yenə də insanların bir şey qurmağa çalışmasını sevirəm – nə qədər boş olsa da. Cioran mənə “sən
ParçalanmaEmil Michel Cioran · Metis Yayınları · 2020886 okunma
8/10
·161 syf.··
2026 7. kitabı
·
9 günde okudu
·
Okunma: 28 Mayıs 2026 14:30
Fəriba Vəfinin "Zirzəmi quşu" (orijinal adı ilə Parandeye-man / "Mənim quşum") romanı müasir İran qadın ədəbiyyatının ən dərindən təsir edən, sakit amma sümüyə işləyən əsərlərindən biridir. Romanın bizə ötürdüyü o əsas atmosferə və mövzulara nəzər salaq: ​1. Evin divarları arasındakı "Zirzəmi" ​Roman adını elə-belə almayıb. Baş qəhrəman (və eyni zamanda hekayəni nəql edən adsız qadın) özünü həm fiziki, həm də mənəvi olaraq bir "zirzəmi quşu" kimi hiss edir. O, iki uşaq anası və bir kişinin həyat yoldaşıdır. Onun dünyası evin dörd divarı, bitmək bilməyən mətbəx işləri və uşaqların qayğıları ilə məhdudlaşıb. Ən pisi də odur ki, bu qəfəs ona cəmiyyət və ailə tərəfindən "xoşbəxtlik" adı altında təqdim olunub. ​2. Əmir və Bitməyən Arzular ​Qadının yoldaşı Əmir isə tam fərqli bir personajdır. O, reallıqdan qaçan, daim böyük layihələr, Kanadaya köçmək, zəngin olmaq xəyalları quran biridir. Əmir öz xəyallarının arxasınca qaçarkən, ailənin bütün real yükü, borcları və gündəlik stressi bu adsız qadının çiyinlərinə düşür. Əmir azadlıq axtarır, amma qadınını evə, məişətə zəncirlədiyinin fərqinə varmır. ​3. Səssiz Etiraz ​Bu romanı xüsusi edən şey qəhrəmanın qışqıraraq, qab-qacaq sındıraraq üsyan etməməsidir. Onun etirazı səssizdir. O, daxilən hər şeyi analiz edir, öz anasının, bacılarının həyatı ilə öz həyatını müqayisə edir və görür ki, Şərqdə qadının taleyi nəsildən-nəslə eyni ssenari ilə ötürülür: Fədakarlıq et və sus. ​Kitabın əsas fəlsəfəsi bəlkə də budur: Qadın sadəcə ana və ya həyat yoldaşı olmaq üçün öz mənliyini, arzularını tamamilə yox etməlidirmi? Müəllif bizə göstərir ki, qadın özünü unudanda, o artıq sadəcə "yaşayan bir kölgəyə" çevrilir.
Zirzəmi QuşuFeriba Vefi · Parlaq İmzalar · 2023246 okunma
9/10
·538 syf.··
2026 121. kitabı
Bu kitab sadəcə bir psixologiya kitabı deyil; o, itirdiyimiz bir orqanı – instinktlərimizi – xatırlamaq üçün bir çağırışdır. Mənə ən çox toxunan nə oldu? Başlıqdakı o “kurtlar” məsələsi. Estés deyir ki, qadının ruhunun vəhşi təbiəti var – bu, dağıdıcı və qorxulu bir şey deyil, əksinə, sağlam, ayıq, sadiq və son dərəcə sezici bir enerjidir. Bizim mədəniyyətimizdə qadından həmişə “ağıllı”, “səbirli”, “özünü ələ alan” olması gözlənilib. “Nə deyərlər?”, “Abır-həya”, “Səsini çıxarma”... Bu gözləntilər qadının içindəki o “kurt” səsi boğur. Nəticədə qadınlarımız 30 yaşına çatır, yorğun, bədbin, həyatdan zövq almayan, evlənmiş, işləyir, övlad böyüdür, amma gecələr niyə mənasız bir boşluq hiss etdiyini anlamayan varlıqlara çevrilir. İndi maraqlısı budur: Estés heç vaxt bu “vəhşi” qadını tərbiyəsizlik və ya pozğunluq kimi təqdim etmir. O, La Loba – “Sümük Qadın” hekayəsi ilə başlayır. Bir qadın səhrada canavar sümükləri toplayır, onları nəğmə ilə bir araya gətirir və yenidən həyata qaytarır. Məncə, Estés məhz deyir: “Siz öz ruhunuzun sümüklərini toplayın. O parçaları – itirilmiş sevincinizi, unudulmuş yaradıcılığınızı, lağ edilmiş xəyallarınızı – bir araya gətirin və öz nəğmənizlə dirildin.” Mən kitabı oxuyarkən xüsusilə “Qoca kişi və İki Bacı” nağılı məni düşündürdü. Orada qocabkişi iki qızla evlənir – biri mülayim, itaətkar, biri vəhşi və ehtiraslı. Kişi əvvəlcə ehtiraslı qızı qovur, sonra onun nə qədər həyat enerjisi daşıdığını anlayıb geri çağırır. Estésin dediyi kimi: bir qadının həm mülayim, həm də ehtiraslı tərəflərini qəbul etməməsi onu yarımçıq edir. Qadınlarımız çox vaxt yalnız bir tərəfini – “yaxşı qız”, “ideal həyat yoldaşı”, “peşəkar qadın” olmağı – önə çıxarır, o biri tərəfi zirzəmilərə bağlayır. Və sonra o bağlanmış tərəf qisas almaq üçün qapıları döyür: ani
Kurtlarla Koşan KadınlarClarissa P. Estes · Ayrıntı Yayınları · 202110,8bin okunma
Gedim bir az ağlayım gəlirəm.
Puan vermedi·355 syf.··
Beğendi
·
2026 18. kitabı
·
14 günde okudu
·
Okunma: 22 Mayıs 2026 13:40
Ehh, insan sadəcə anlamadığı şeydən qorxub ona qarşı amansız ola bilər... Düzü, ilk 90-100 səhifədə öz-özümə “bu qədər təriflənən kitabın mövzusu hardadı?”,- deyinirdim ammaa bu necə qəşəng kitab idiii. Kitab mənə bir şeyi çox dərin hiss etdirdi, həyatda bəzi insanlar pis olduğu üçün yox sadəcə fərqli olduğu üçün tək qalır... Scoutun uşaq saflığı, böyüklərin çirkli dünyası... İndi belə bunları yan-yana görmək adamın ürəyini sıxır həqiqətən. Atticus isə tam da ben, əsl həyatda necə insan olmaq lazım olduğunu göstərən bir obraz idi. Heç nəyi gözə soxmadan, sakitcə, vicdanlı qalmaq bu dünyada bəzən ən çətin şeydir. Hamı eyni tərəfə baxanda fərqli düşünmək, hamı susanda doğru olanı demək hər adamın bacardığı şey deyill. Uzun vaxtdır bir kitab mənə özünü bu qədər sevdirməmişdi. Oxuyun, oxutdurun.
Bülbülü ÖldürmekHarper Lee · Sel Yayınları · 201488,8bin okunma