O, Aydan sonra Yerə ən yaxın olan göy cismidir. Biz onu hər gün səhər , dan yeri yenicə sökülməyə başlayanda görürük. Bu zaman o Ay kimi parlaq və gözəl olur. Günümüzə Günəşdən qabaq gəlməklə bizə səhərin açılacağından xəbər verir. Qəlbimizi sevinclə,inamla doldurur. Sonra isə itiririk onu. O daha görünmür.
Həyat da Kainat kimi çox qəribədir. Bəzən bizə ən yaxın olan biri, eyni zamanda, başqalarından daha uzaq görünür. Onu həm yaxın hesab edirik, həm uzaq. Az qala özümüz qədər yaxın hesab edirik, ona görə ki, hərarəti ilə qəlbimizi isidir, sonsuzluq qədər uzaq hiss edirik, ona görə ki, əlimiz çatmır...