– İnsan qəbirdə bir il deyil, yüz illərlə, min illərlə yatıb qalır, bundan gələn xeyri hesablasan, gərək qalaq-qalaq dəftər tutasan. Yaşamaq insana zərər, ölmək isə fayda verir. Bu fikir, əlbəttə, doğrudur, ancaq adamın ürəyinə dağ çəkir. Nə üçün dünyada belə qəribə qayda var: insana bircə dəfə verilən həyat heç bir fayda vermədən keçib-gedir.
Nə üçün insanlar bir-birinə mane olurlar? Axı bunlar böyük zərərə səbəb olur! Özü də dəhşətli zərərlərə! Əgər nifrət və qərəz olmasaydı, insanlar bir-birinə ancaq fayda verərdilər.
Amma zərrə qədər özünü müqəssir görməyəcək. Bununla yanaşı, bir neçə surə Quran oxuyacaq, namaz qılacaq. Və öz müsəlmanlığı ilə fəxr edəcək ki, nə güzəştli və mehriban qardaşdır ki, o qədər günahlarıma qarşılıq yenə Allahdan mənimçün əfv istəyir!
- Axı başqa cür qalib gəlmək olmur.
- Onlar kimi davrandıqda biz də onlardan biri oluruq.Bu zaman özümüzü qalib hesab etsək də, əslində, onlar qalib gəlmiş olurlar. Sən qalibiyyət sözünün mənasını anlamamısan. Qalibiyyət son nəticədə ən az zərərə uğramaqdır, öz yolundan dönməməkdir, insaniyyəti saxlayaraq məqsədə çatmaqdır.
Özünü ayrıca varlıq hesab etmək səhvdi. Kimsə öz ağlını həmin varlığın iradəsini, yanlış məsləhətini yerinə yetirməyə yönəldirsə, gec-tez günaha batır. Özümüzü ayrı bir varlıq hesab etməyimiz ona görə baş verir ki, Maya örtüyü gözümüzü tutur, öz doğmalarımızla qırılmaz bağları, başqa varlıqlarla vəhdətimizi görməyə qoymur. Bu həqiqəti çox az insan bilir. Qoy indi deyəcəyim sözlər sizin tilsiminiz olsun: "Başqalarına zərər vuran insan özünə pislik edir.Başqalarına kömək edən insan özünə yaxşılıq edir.Başqalarına kömək edən insan özünə yaxşılıq edir. Özünüzü ayrı varlıq hesab etməyin - onda həqiqət yoluna qədəm qoyacaqsız.