Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İnci Zadə

144 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
"Mən canavar deyiləm, siz canavarsınız."
Nə vaxtsa bir uşaq kitabına rəy yazdığımı xatırlamıram. Güman ki, onları ancaq uşaqkən oxuduğum və həmin vaxt fikirlərimi paylaşacağım məhdud bir çevrəm olduğu üçün. Həm də o yaşlarda kitablar mənim üçün, əsasən, başqa dünyalara açılan qapı, ən ucuz (bəzənsə pulsuz) səyahət gəmisi idi. Onlar haqqında tənqidim olacaqdısa da,"sıxıcı" və
Mavi Planetin Hekayəsi
Mavi Planetin HekayəsiAndri Snaer Magnason · Nebula Publishing House · 202333 okunma
Reklam
176 syf.
7/10 puan verdi
·
8 günde okudu
Xoş gördük, Lispector... Əlvida, Lispector...
İlahi, elə yordu ki bu kitab məni... Keçən ilin sonlarından başlamışdım, heç cür bitmək bilmirdi. 176 səhifəlik monoloq, özü də "Gənc Verterin Əzabları"ndan sonra... Bərbad deyildi, əksinə, Lispector'un bədii təsvir və ifadə vasitələrindən istifadə şəkli olduqca qəşəng, söz seçimləri isə çox incə idi. Amma elə bu ədəbi ustalıq
Yabani Kalbin Yakınlarında
Yabani Kalbin YakınlarındaClarice Lispector · Monokl Yayınları · 201976 okunma
184 syf.
10/10 puan verdi
·
Beğendi
·
35 günde okudu
Bu kitabı çətirsiz oxumayın !
Bir neçə il öncə hansısa yerli yazıçının yazdığı yeni bir kitab görəndə birbaşa qatlayıb kənara qoyurdum. Çünki qarşıma çıxanlar eyni mövzuların ətrafında dolanıb durur, ya plagiat çıxır, ya da əzbərlənmiş şablonlar üzərində qurulurdu. 2023-cü ildə oxuduqlarım isə məni yaxşı mənada təəccübləndirdi, bir neçə məyusedici əsər və yazıçı üzərindən
Od Adamların Nəğməsi
Od Adamların NəğməsiFuad İsayev · Futuristic Studios · 20231 okunma

Okur Takip Önerileri

Tümünü Gör
400 syf.
7/10 puan verdi
·
7 günde okudu
"Mən səni satdım, sən məni..."
Həddən çox tərifləndiyi, hər kəsin tövsiyə siyahısında olduğu üçün oxumağa elə də həvəsli deyildim, amma başlayarkən maksimum şəkildə qərəzli olmamağa çalışdım. Çünki bir əsərin məşhur olduğu üçün digər kitablara nisbətən daha çox linç edilməsi və saysız-hesabsız müqayisə aparılması obyektiv bir yanaşma deyil, məncə. Gərəksiz təriflənməsi və
1984
1984George Orwell · Parlaq İmzalar · 2022166,1bin okunma
124 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
"Rap-a-tap-tap-tap!"
Qəribə bir oxu təcrübəsi idi. Hələ yeni başlamışdım, yarısına belə çatmamışdım, dayanıb nə oxuduğumu, niyə oxuduğumu sorğuladım. Siyahımdakı onlarla kitab arasında növbədənkənar, spontan olaraq seçdiyim bu kitabın yanlış kitab olduğunu, doğru kitabdırsa da, anlamaq üçün hazır olmadığımı düşündüm. Cümlələrin arasında nəyisə gözdən qaçırdığımı hiss
Tüylü Bir Şeydir Şu Yas
Tüylü Bir Şeydir Şu YasMax Porter · Monokl Yayınları · 2017106 okunma
Reklam
432 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 günde okudu
"Qüsursuz Tako" eşqinə!
Məyusluq və heyrət içində əlimdəki qatlanmış, bükülmüş, əzilmiş, yüyürmüş, sürünmüş, qanadlanmış, yıxılmış, indi isə ayağa durmuş kitaba baxırdım. Hər səhifəsi, hər küncü, ağac əcdadlarından miras qalan hər zərrəciyi fasiləsiz Bandaloop rəqsi etmiş və indi yorğun bir şəkildə mənə gülümsəyən kitaba. Bir həftəlik səyahətdə onunla bərabər karqo ilə
Parfümün Dansı
Parfümün DansıTom Robbins · Ayrıntı Yayınları · 20195,2bin okunma
864 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Salam, Hanya Yanagihara.
Bitirdim əsərini. Ya da o məni bitirdi, əmin deyiləm. Boğazım quruyub. Su içsəm, pis olmazdı. Amma içmək istəmirəm. Keçməyəcək, bilirəm. Ən azından indilik. Sənə xitabən yazdım bunu, çünki səndən nifrət etdiyimi demək istəyirəm. Bilirəm ki, bu sənin üçün çox da böyük anlam daşımayacaq, lakin mənə fərq etmir. Məndən kilometrlərlə uzaqda, illər
Değersiz Bir Hayat
Değersiz Bir HayatHanya Yanagihara · Doğan Kitap · 20222,833 okunma
565 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Nədir korlaşma?
Mən bəsit bir insanam. Elə siz də. Mən sizdən heç bir şəkildə üstün deyiləm, siz də məndən üstün deyilsiniz. Fərqindəliklərimizlə seçilə bilərik bir-birimizdən, ya da gözlərimizi hələ nə qədər yumulu saxlayacağımızla. Fəqət nəticə etibarilə bir gün hamımız korlaşacağıq və o zaman... O zaman işığı həsrətlə axtaracaq qəlbimiz - korluğun bərabərində
Körleşme
KörleşmeElias Canetti · Sel Yayıncılık · 20213,559 okunma
160 syf.
5/10 puan verdi
·
25 saatte okudu
Gəlin söhbət edək, Adagio dinləyək.
Sabaha farmakologiya dərsim var, oxunacaq 56 səhifəlik material. Sadəcə o da deyil, təbii ki. 60 səhifə patoloji anatomiya; 60 səhifə ümumi cərrahiyyə; digərlərini isə ümumiyyətlə, saymaq istəmirəm, düşüncəsi belə yorur. Və bütün bunlara rəğmən, indi burada bu şərhi yazma qərarına gəlmişəm. Çünki yazmasam, ağlımdakı digər yazılar kimi şüurumun
Adagio
AdagioFəridə Məmmədova · 20172 okunma
432 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Mən niyə yaraşıqlı adamlara aşiq olmuram?
Bəlkə də, bu şərhim indiyə qədər yazdığım şərhlər arasında ən absurd başlığı daşıyan şərh olacaq. Amma olsun, hər halda söhbətə buradan giriş edirəmsə, bir bildiyim var. Mən hələ uşaqkən, müşahidələrimə əsasən - hansı ki, olduqca yaxından müşahidələr idi, - ətrafda mələk kimi görünən, ancaq içində sözün əsl mənasında bədheybət daşıyan insanların
Bağlı Qapılar Arxasında
Bağlı Qapılar ArxasındaB. A. Paris · Teas Press Neşriyyatı · 2018447 okunma
Reklam
109 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 saatte okudu
"O uçurtmayı vurmasınlar, İnci..."
Həyatım boyunca dəfələrlə "İnci" deyə səsləndilər mənə. Sual verdilər, cavab verdilər, salamlaşdılar, sağollaşdılar. Və adiləşdi o "İnci", tez-tez təkrarlanan hər bir ad kimi. Özəlliyi qalmadı, başqa adlarla xitab edənlər daha xoş gəlməyə başladı hətta. Yox, adımdan əsla narazılığım olmadı, amma mənim üçün özəl bir anlam da
Uçurtmayı Vurmasınlar
Uçurtmayı VurmasınlarFeride Çiçekoğlu · Can Yayınları · 202111,9bin okunma
176 syf.
3/10 puan verdi
·
5 saatte okudu
Keçmişdə Yeşilçam, indiki dövrdə Wattpad.
Yalnızlıq, hüzn, məsud olmaq, yalnızlıq, ağlamaq, yalnızlıq, hüzn, məsud olmamaq, inanmaq, hüzn, yalnızlıq, inanmamaq, xoşbəxtlik, ağlamaq, yalnızlıq, sevgi, yalnızlıq, getmək, hüzn, bədbəxtlik, yalnızlıq, uzaqlaşmaq, hüzn, yalnızlıq, boğulmaq, yalnızlıq, boğulmaq, boğulmaq, boğulmaq... YE-TƏR! Bir əsər insanı bu qədər boğarmı? Boğazına kəndir
Allah Çocukları Unuttu
Allah Çocukları UnuttuOya Baydar · İnkılap Kitabevi · 19608 okunma
608 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
"U-lu Tanrım!"
Markus Zusak'ın 12 illik fasilədən sonra ərsəyə gətirdiyi "Kilden Köprü". Bu kitabı almağımın səbəbkarı olan @Ayan2003 , sən olmasan, bu kitab oxunmaz, hal-hazırda yazdığım bu rəy də olmazdı. Ən əsası da Dunbar ailəsini tanımış olmazdım, ki bu da önəmli bir itki olardı. Sənə çox-çox təşəkkür edir və ən qısa zamanda kitaba başlamağını
Kilden Köprü
Kilden KöprüMarkus Zusak · Martı Yayınları · 2018438 okunma
63 syf.
6/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Xoş gördük, Murakami :)
İndi bu kitab haqqında yazacağım şərh, yəqin ki, ən qısa kitab şərhlərimdən biri olacaq. Zatən yarım saatda bitirdim, hər hansı bir şərh yazmaya da bilərəm. Amma kitabı oxumaq istəyənlər üçün məlumat xarakterli bir yazı yazsam, pis olmaz. Murakami'nin qələmi çoxdandır ki, maraqlı gəlirdi, amma iri həcmli kitablarına başlayacaq zamanım yoxdur deyə
Tuhaf Kütüphane
Tuhaf KütüphaneHaruki Murakami · Doğan Kitap · 20172,859 okunma
154 syf.
8/10 puan verdi
·
Beğendi
·
27 günde okudu
Kimsən sən, kiçik adam?
Sən bir müəllim, sən bir həkim, sən bir odunçu, sən bir əsgər, sən bir casus, sən bir ölkənin lideri, sən hamımızın tanıdığı adi bir insansan, kiçik adam. Sən bir türk, sən bir slavyan, sən bir alman, sən bir yəhudi, sən bir fələstinli, sən bir millətin kimliyinə bürünərək özünü digər millətlərdən üstün görən nasistsən, kiçik adam. İnsanlara
Dinle Küçük Adam
Dinle Küçük AdamWilhelm Reich · Payel Yayınları · 201913,1bin okunma
400 syf.
9/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Charlotte və Emily'nin görüşü
"Uğultulu Tepeler"i bitirdikdən sonra hər zamankının əksinə, 1 saat dayanıb düşünmədim. Vaxtım yox idi və bitən kimi bu platformada bitdiyini qeyd edib işimə döndüm. Ancaq yenə də əsərin yaşatdığı duyğuları, həmçinin günlərdir qulağımda səslənən o dialoqları sizinlə paylaşmasam, Heathcliff'in vəziyyətinə düşəcəyimdən qorxuram. Brontelər
Uğultulu Tepeler
Uğultulu TepelerEmily Brontë · Can Yayınları · 201842,2bin okunma
Reklam
244 syf.
3/10 puan verdi
·
14 günde okudu
Aman Tanrım, sonunda bitdi !
Bu il oxuduğum kitablar arasında Rövşən Abdullaoğlunun "Bu Şəhərdə Kimsə Yoxdur" kitabından bəri məni bu qədər sıxan ikinci bir kitab olmamışdı. Vaxtıma heyifsilənirəm, doğrusu. Təəssüf ki, bir kitaba başlayanda yarımçıq qoya bilmirəm və bu kitaba da sonadək dişimi sıxıb dözməli oldum. Eyni fikirləri dayanmadan, yenə və yenə
Sağ Qalmaq Üçün Səbəblər
Sağ Qalmaq Üçün SəbəblərMatt Haig · Teas Press · 20181,069 okunma
207 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Sosuke Natsukawa - Kitapları Kurtaran Kedi
"Ben de Nietzsche'yi severim." "Şu dünyada Nietzsche'yi sevdiğini söyleyen yığınla insan bulursun," dedi adam, yine başını kitaptan kaldırmadan. "Fakat bunu, Nietzsche'nin eserlerini gerçekten okuyup da söyleyenler parmakla sayılacak kadar azdır. Cımbızlanmış laflarına ya da omurgasından sıyrılmış özetlere bakarak, moda
Kitapları Kurtaran Kedi
Kitapları Kurtaran KediSosuke Natsukawa · Turkuvaz Kitap · 20202,708 okunma
796 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Stiven Kinq - Parıltı
Stiven Kinqdən oxuduğum ilk kitab "Yaşıl Yol" olmuşdu. Ancaq Qanun nəşriyyatının tərcüməsi əsəri rəsmən məhv etmişdi. Buna görə də kitabı yarıda qoymuşdum, halbuki mənim üçün kitabları yarıda qoymaq çox çətin olur həmişə. Nə zamansa da tamamlamaq istəyib oxusam, türkcə başdan oxuyacam, yəqin ki. Çox şükür ki, Kinqin "Parıltı"
Parıltı
ParıltıStephen King · Yay Nəşriyyatı · 20186bin okunma
626 syf.
10/10 puan verdi
·
Beğendi
·
31 günde okudu
Charlotte Bronte - Jane Eyre
Jane Eyre... 1 aydan çox çəkdi bitirmək. Kaş daha uzun çəkəydi. Hətta heç bitməyəydi. Zira bitişi məndə həm sevinc, həm də hüzn hissi yaratdı. Öncəliklə, bu cür kitabı Can Yayınları'ndan oxumaqla nə qədər doğru bir seçim etdiyimin fərqinə vardım. Bu kitab, Qanun nəşriyyatının hərf və tərcümə səhvləri ilə oxunmayacaq qədər dəyərli idi. Əgər türkcə
Jane Eyre
Jane EyreCharlotte Brontë · Can Yayınları · 202031,3bin okunma