KİTAB RƏYİ !!
Başlıq : Oyun (Gerald's game)
Yazar: Stephen King
Səhifə: 376
Başladım: 01/01 - 09/01/2022
Nəşriyyat: Altınkitapları
Hərkəsə salam,
Bu əsər S.King'dən oxuduğum ilk əsər deyil.Daha əvvəl, seçilmiş əsərlərindən ibarət kitabını oxumuşdum.O gündən sonra, triller janrında bir əfsanə olduğu qənaətinə gəldim.Kitab rəyinlərinə, məhz onun yazdığı bu romanla başladım.
Əsər, Kashwakamak gölü ətrafındakı evlərində "eşq oyunu" ilə məşğul olan Jessie və Gerald Burlingame'in yaşadıqlarından bəhs edir.Romanın ilk 10-20 səhifəsi normal axarı ilə davam edir.Daha sonrakı səhifələrdə artıq sıxılmağa başladığımı hiss etdim.Xüsusilə ,Jessie'in Geraldın yoxluğunda, iç aləmində yaşadıqlarını oxumağa çətinliklə dayandım.Əsərin türkçəyə tərcüməsinin kifayətsizliyindənmi,yoxsa orginal halının da belə olmasındanmı qaynaqlanır, qərar verə bilmədim.Sanki, Kafka,Dosteyevski oxuyurmuş kimi(fanları məni öldürəcək), bir ara səhifələri çevirdikcə "mürgüləməyə" başlayırdım.Gənc bir qadının uşaqlıqdan qalma travması və gördüyü xəyalı varlıqlar,oxucu üçün cəlbedici görünə bilər.Əslində,əsəri oxuduqca məndə müsbət fikirlər yaranırdı.Sadəcə, bu fikrin ömrü uzun olmurdu.Heç olmasa sona doğru yaxşı birşey olar ümidim, məni doğrultmadı.Romanın sonu qarma-qarışıq,fikir tamamlanmamış hissi verdi.Ümumi olaraq, bəyənmədim.
Təşəkkürlər.