Avtobus və metroda insanlardan qaçmağın ən gözəl yoludur musiqilər və kitablar. Olur hərdən, oxumağa da imkan vermirlər. O zaman köməyə musiqilər çatır. Məni bu dünyadan qoparan, başqa aləmlırə səyahətə aparan o musiqilər...
Mən musiqi dinləyərkən ətraf aləmlə bütün əlaqəm qopur. Çox vaxt da musiqi dinləyərkən gözlərimi bağlayıram. Əlimdə dəftərimlə gəzirəmsə və əgər avtobus yaxud metroda oturmuş vəziyyətdəyəmsə, gözlərimi bağlayıram və başlayıram yazmağa. Hiss etdiklərim, düşündüklərim, beynimdən keçən bütün sözlər filterdən keçərək kağızıma tökülür. Bəzən o qədər çox yazıram ki, artıq dəftərin 4-5, bəzən 10-a yaxın səhifəsini geridə qoyuram.
Digər bir şakərimsə, rəqs etməyimdi. Amma düşündüyünüz kimi hansısa bir rəqsi yox, özümə məxsus hərəkətlərlə. Axşamlar hava qaralanda evə qayıdarkən ətrafdakı insanlara məhəl qoymadan musiqini istədiyim qədər qaldırıb başlayıram. Əlbəttə, bu kimlərsə üçün yolverilməzdir. Bu kimlərsə üçün "düşüklük"dür. Axı həmişə ciddi olmalısan. Tanımadığın insanlara qarşı ciddi görkəm olmalıdır. Sifətindən kədər və qəzəb yağmalıdır, onlar kimi "qara" olmalısan sən də...
Bir gün metroda, ya avtobusda musiqi dinləyərkən yazı yazan, ya da əl hərəkətləri ilə musiqini müşayiət edən, ya da yeriyərkən rəqs edən bir adam görsəniz, artıq bu adam sizə tanışdır.
Görüşmək diləyi ilə =)