•Howard Phillips Lovecraft - 1890-cı 20 avqustda dünyaya gəlib. Tək övlad olan H.P uşaqikən psixi xəstəlik qazanır, sonra atası dünyasını dəyişir, anası ağılxəstəxanasına düşür, maddi sıxıntılar və digər amillər onun həyatını istiqamətləndirir. Uşaqlıqdan mistika, mifologiya oxumağı sevməyi daha sonra onu qorxu, fentezi, mistikanın izlərini göstərdiyi hekayələr yazmağa şövq edir. Yaşarkən tanınmasa da, ölümündən sonra əsərləri onu “qotik qorğu”nun ustadı kimi tanıdır.
“Dəliliyin dağlarında”
Bu əsər qısa həcminə baxmayaraq heç də asan oxunmur. Yazarın təxəyyülü sadəcə möhtəşəmdir. Bir insan bu cür təsvirləri necə yaza bilər? Elmi şəkildə verilən izah və təsvirlər oxu sürətini yavaşlatsa da sevərək oxuduğumu deyə bilərəm.
Mövzu
Miskatonic Universitetindən bir qrup müəllim və tələbə araşdırma məqsədilə xüsusi texnikalarla birlikdə Antraktidaya yollanır. Ancaq bu araşdırma bir Kəşfə dönür. İnsanlığın yaranmasından öncə mövcud olmuş “ölü bir şəhər” kəşfin dərinləşməsinə səbəb olur. Heyətin başına gələnlər, verilən canlı təsvirlərlə xəyal dünyanızın sərhədlərini zorlayacaqsınız....
Sevərək amma fasilə verərək oxusam da mənim üçün belə bir klassik qorxu nümunəsini oxumaq çox zövqlü oldu.
Sizə də tövsiyə edirəm.
Film olsa izlesem dediyim kitablardan biri oldu
P.S
Bu kitabın yarısını mart ayında, digər yarısını isə aprel ayında oxudum.
Ona görə də özümü Mart ayında 3,5 kitab oxumuş sayıram . Aprel ayında da yene belə bir rəqəm ortaya çıxacaq
(4.4.2021 01:14 Bitdi )