Nə xoş mənə ki, yaxın dostumun əsəri haqqında incələmə yazmaq imkanı əlimə düşüb. Düşüncələrinə, fikirlərinə bələd olduğun birinin əsərini oxuduqca ayrı ləzzət alırsan. Buna baxmayaraq birinci hissənin epiloqunda deyildiyi kimi əsəri ən çox tənqid edənlərdən biri də məhz mən elə özüməm. Bunun da səbəbi isə müəllifin qələm gücünə bələd olmağımdır. Hər iki hissə dedektiv janra marağı olan oxucular üçün məncə əvəzsiz bir seçimdir. Əsərin sadə və oxucu olması oxucunu bir anda hadisələrin mərkəzinə ataraq, onda tezliklə əsəri sonlandırmaq istəyi yaradır. Bir çox oxucu tərəfindən birinci hissədə bədiilik problemi ortaya çıxarılmışdı. İkinci hissədə duyğusal təsvirlərlə yanaşı, gərgin və məntiqli dialoqlardan istifadə olunması bu nöqsanın aradan qaldırılmasını göstərir."Mənim qəhramanım olarsan?!" 2-ni özəl edən cəhətlərdən biri hər bir obrazın əvvəlcədən psixoloji xarakterinin ortaya qoyulması ilə sonradan həmin personajların davranışının buna uyğun əks etdirilməsidir. Müstəntiq Əlibəyli yalnız bir məqamda hadisələrə analitik deyil də, həssas yanaşdı. Bunun nəticəsində o istiqaməti səhv götürə bilərdi. Ümumilikdə Əlibəylinin şübhəlilər arasında motivləri araşdırmağı heyranlıq doğurur. Sonda ortaya çıxan qəhrəman isə öz keçmişi ilə üz-üzə gələn bir insandır. Hansı ki, həmin insan hamıya köhnə yarasının gözü kimi baxırdı. Əsərdə yeganə gördüyüm mənfi məqam isə məkan təsvirlərini daha real və canlı etmək olardı.
Müəllifin timsalında gənc yazıçılara qarşı hakim kəsilmiş ön yarğını qırmaq isə biz oxucuların payına düşür.
Redaktə mərhələsində əlindən gələn köməyi əsirgəməyən Vəfa Hafiz xanıma xüsusilə təşəkkür edirəm.
"Əsl insan olmaq da qəhrəmanlıqdır. Çalışaq insanlığımızı itirməyək!..