Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aytən Hüseynli

Aytən Hüseynli
@Ayten_Huseynli
"Azərbaycan Oxucuları" Kitab Klubu STAFF
ADPU Filologiya - Azərbaycan dili və Ədəbiyyat müəllimliyi
Bakü, 21 Ocak 1994
61 okur puanı
Mart 2022 tarihinde katıldı
144 syf.
8/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Çarlz Dikkens: "Yeni il nəğməsi"
Əsərdə simic, qaraqabaq bir sələmçi olan Ebenizer Skrucun keçmişdə, hazırda və gələcəkdə başına gələcək olanların fonunda keçən həyatından bəhs olunur. İnsanların ehtiyaclarına, hisslərinə tamamilə biganə yanaşan, hətta onların xoşbəxt olmasına belə qıcıqlanan daşqəlbli Ebenizer Skruc üç ruh vasitəsilə dəhşətli yuxular kimi görünən keçmiş
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
Reklam
196 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
İlqar Kamil: "Anam üçün"
Kitabı oxumayın ki... Söhbət edin onunla, həmdəminiz olsun. Ağlayın, gülün, üzülün, sevinin onunla. Çünki müəllifim insan psixologiyasının ən dərin qatlarına enib orada təhlillər aparmaq, obrazlarla yaşamaq, onları oxucuya sevdirmək işinə çox gözəl bələddir. Hər başlıqda xüsusi bir sevgi qatıb hekayəsinə yazıçım. Məsələn, yol haqqında elə cümlələr
Anam Üçün
Anam Üçünİlqar Kamil · Parlaq İmzalar · 202330 okunma
349 syf.
3/10 puan verdi
·
7 günde okudu
Varis - "Yol ayrıcında azıb qalanlar"
Varis yaradıcılığından sayca oxuduğum 4-cü kitab. Kitabın 349 səhifəsini oxuyub bitirənə kimi bir ümid, bir qığılcım, bir işartı gözləyə-gözləyə qaldım desəm yalan olmaz.(( Ancaq məlum məsələ idi, bu şəxslər yol ayrıcında azıb qalmışdılar. Onlar öz aləmlərində, elə Varisin təbirincə desək, it hürən tərəfə deyil, işıq gələn tərəfə getmişdilər. Ancaq işıq gələn tərəfdə də onlara it hürmüşdü. Romanın əsas obrazları Cəfər və Səidənin timsalında, özlərini dərəyə yuvarlayan, "el-aləm nə deyər"in qurbanları olan bu bədbəxt insanlar, bir tələdən çıxıb başqa bir tələyə düşməkdən necə də zövq alırlar. Səidə - sırf ailəsi "el-aləm içində biyabır olmasın" deyə, "iki dəfə nişanı qayıtmış", "iki dəfə də boşanmış" damğası ilə yaşamağa məhkumdur. Səidənin qətiyyətsizliyi romanın sonuna kimi oxucunu özündən çıxaracaq qədər səbəblərdən heç də kasad deyil. Dəfələrlə düşdüyü çuxura yenidən, yenidən yuvarlanan Səidə, nəinki, "yaxınlarının" arasında, heç öz dünyasında belə iki kəlmə söz haqqına sahib deyil. Bir Azərbaycan qadını bu qədər iradəsiz, bu qədər əzilməyi qəbullanan olmur, olmamalıdır da. Cəfər isə üzləşdiyi dilemmadan çıxış yolu tapmalıdır. Ömrü boyunca yaşadığı yalana ya qucaq açmalı, ya da hər kəsdən çox sevdiyi qızına rəğmən bu yalanla üzləşməlidir. "Düşüncə qərar verəndə səhv etmək ehtimalın çox cüzi olur, ancaq qəlb qərar verəndə əksər hallarda yanlışlığa yol verirsən..."
Yol Ayrıcında Azıb Qalanlar
Yol Ayrıcında Azıb QalanlarVaris · 2013180 okunma

Okur Takip Önerileri

Tümünü Gör
136 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Signor Bayramlı Məhəmməd: "Bakirə"
"Bədənin bakirəliyinə o qədər diqqət edirlər ki, ruhun bəkarəti unudulur. Ruhun əxlaqsız olduqdan sonra, bədənin təmiz qalsa, nə fərqi? Əgər qəlbini xəyanət hissi viran edibsə, düşüncələrində əxlaqsızlıq yuva salıbsa, dodaqlarından çıxan sözlər həqiqəti əks etdirmirsə, bədənin bəkarəti nə işə yarayar?" deyir Signor.. Hər şeydən öncə romandakı bədii təsvirlər o qədər möhtəşəm idi ki, düşünürəm ki, bir yazıçını əsl yazıçı edən onda məhz bu xüsusiyyətin olmasıdır. İstər peyzajlar (təbiət təsvirləri) olsun, istərsə də obrazların xarakter və xarici görünüş təsvirləri. Əminliklə deyə bilərəm ki, Signor, oxucunun tam anlamıyla hadisələri gözünün qarşısında canlandıra bilməyinin haqqını verib. Bir tərəfdə yalan və xəyanət sütunu üzərində qurulmuş "ailə", bu "ailə"nin müəmmalı sirlərindən təsirsiz ötüşməyən hal-qəziyyələr, digər tərəfdə isə xəyal etdiyi gələcəyi üçün "Təbriz malikanəsi"nə üz tutan, hər şeydən xəbərsiz Fidan. Yusif Carçıoğlu isə özü ilə bağlı şübhələrə tam olaraq cavab tapa bilmədiyi üçün böyük bir ikiləmdə qalmaqdadır. Bəs Laura? Onun sirləri isə başına gəldiyi hadisələri yazdığı gündəlikdən ortaya çıxır. Hər kəsin öz "Şeytan"ı olduğu kimi Lauranın da var. Şeytanamı uymalı, yoxsa onu öz cəhənnəminə əbədi zəncirləməlimi? Kitabın davamının yazılmasını, Fidan və Yusifin taleyinin illər sonra eyni "Gündəlik" səbəbindən kəsişməsi istəyimi də burdan Signora mesaj olaraq ötürürəm. Buona lettura.))
Bakirə
BakirəSignor Bayramlı Məhəmməd · Qanun Nəşriyyatı · 031 okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Rövşən Abdullaoğlu: "KorAmal"
KorAmal - Kor amal. "За родину" şüarının bəzəkli təntənəsi altında nə uğrunda döyüşdüklərini, can verdiklərini bilməyən sadə insanlar. Qırmızı imperiyanın yamaqlı manipulyasiyasına boyun əymiş yuyulmuş beyinlər, xəyanətlər, siyasi oyunlar vəəə bütün bunların qarşısında əyilmədən duruş gətirən Gizli Qəhrəmanlar - Mehdilər, Əliyarlar, Xudayarlar, Albertlər... "Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da" söyləyən yazıçı romanda 1-ci və 2-ci Qarabağ müharibəsini bir-biri ilə əfsanəvi şəkildə sintez edərək seçdiyi qəhrəmanları hələ azad olunmamış Şuşa üçün, Dəmir Yumruq əməliyyatı üçün hazırlayır. Qanlı oraq və çəkicin bir gün mütləq sapından qırılacağını hiss etdiyi, hətta buna əmin olduğunu bilsə də, kapitan yenə də əsir düşdüyü əfqanlara qarşı çıxır, Qırmızı imperiyanın bütün dünyaya sülh və əmin-amanlıq gətirəcəyinə inanır. Qarabağ savaşından bəhs edən, həyatımda oxuduğum ən mükəmməl roman olduğunu dünyaya bağırmaq istəyirəm. Oxuduqca hisslərimə hakim ola bilmədiyim, yeri gələndə səsli gülüb, səsli duyğulandığım, ikinci dəfə oxumağıma rəğmən eyni səhnələrdən təsirləndiyim möhtəşəm romandır. Mütləqqq oxuyunnn.
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0130 okunma
Reklam
128 syf.
10/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Xədicə Özdəmir Tülün: "Cığır açan qadınlar"
Kitabxanamda olduğun üçün çox xoşbəxtəm, əzizim. Bu kitab gələcəkdə öz yolunu cızmaq istəyən bütün qadınlara işıq olacaqdır. Hansı ki onlar da bütün qəlibləri qırıb başqalarına cığır açacaqlar. Bütün maneələri, baryerləri aşıb uğur qazana, yeni addımlar yolunda nümunəvi qadınlar olacaqlar. Bu kitab bir daha və bir daha sübut edir ki, bəli, "Müsəlman qadın uğur qazana bilir!", "Örtülü qadın uğur qazana bilir!" Özdə bunu mükəmməl şəkildə edə bilir. Xədicə Özdəmir Tülün 25 qadının ilhamverici həyat hekayəsini özlərinə örnək axtaran bütün qadınlara təqdim edir. Onların üzləşdiyi çətinliklərlə rəğmən, necə "küllərindən doğmasından" bəhs edərək "Qadın istərsə pilot, istərsə astronom, istərsə də hərbçi ola bilər" fikrinin məğzini oxucuya çatdırır. "Biz güclüyük, əzizim. Daim bu cür qalacağıq".
Ezber Bozan Kadınlar
Ezber Bozan KadınlarHatice Özdemir Tülün · Düş Değirmeni Kitaplığı · 2020288 okunma
424 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Rövşən Abdullaoğlu: "Relslər üzərinə uzanmış adam"
Sevimli yazarımın qələmindən sayca oxuduğum əsrarəngiz 7-ci kitab. Kitab haqqında qəlbimin sarı siminə toxunan, kədərli təəssüratlarım var. Roman, relslər üzərində intihara qərar vermiş Dorian və Faruq adlı bir-birinə yad iki gəncin kəsişən taleyindən bəhs edir. "Mən nə üçün varam?" Nə üçün yaşayıram?" suallarına cavab axtaran
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,047 okunma
428 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
"Şizofrenik" alman yazıçı Vulf Dorndan ilk oxu təcrübəm oldu. Kitabın məzmunu haqqında və təəssüratlarımı bölüşürəm. Belə ki, psixiatr Yan Forstnerin 23 il əvvəl həyatında baş vermiş faciələrin: 6 yaşlı qardaşı Svenin müəmmalı şəkildə itkin düşməsi, elə həmin gecə atasının qəza nəticəsində həlak olması, arxasınca anasının intiharının qarabasmaları onu heç cür rahat buraxmır. Əvvəllər yaşadığı ünvana geri qayıdan Yan, "Meşə klinikası"nda işə başlamağa qərar verir, lakin bir xəstənin gözləri önündə intihara cəhd etməsi onu 23 il əvvəl baş vermiş hadisələrin üstünü açmağa sövq edir. Hadisələrin baş verdiyi məkan və klinikanın tamamilə yazarın öz təxəyyülü olmasına baxmayaraq, "Ölülər dünyası ilə əlaqə", "Yer altına məxsusluq" kimi hələ də elm sahəsinə məlum olmayan proseslər oxucuda müxtəlif cavabsız suallar doğurur. Psixoloji trillerdə detektiv əsintilərin olması, fərqli hadisələrin ustalıqla ardıcıl yığılmasından xüsusilə zövq aldım deyə bilərəm. Hara gediriksə gedək, nə yaşayırıqsa yaşayaq zamanında özümüzü günahkar hiss etdiyimiz hadisələrin vicdan əzabı, qarabasmaları bizi heç vaxt rahat buraxmayacaq. Bu zaman çığırtılarla boğulmuş səssizliyi dalğasız dəniz səssizliyinə çevirmək yalnız öz əlimizdə olacaq.
Şizofrenik
ŞizofrenikWulf Dorn · Yay Nəşriyyat · 05,4bin okunma
160 syf.
5/10 puan verdi
·
6 günde okudu
Nisbətən ağır, "beyinyandıran" kitab olduğu üçün oxuyarkən dərketmə prosesi nisbətən zəif gedə bilir. Baş obraz olan Antuan sanki elǝ Pajın özüdür. O həddindən artıq ağıllı olmasından, loru dildə desək "burnu girməyən yerə başını soxmaq" sindromundan əziyyət çəkir və bundan xilas olmaq üçün çarəni "əyyaş olmaq", "intihar etmək", "başını əməliyyat etmək" kimi üsullarda görür. Heç birinə nail ola bilmədikdə isə Antuan milyonçu olaraq, bir müddət vecsiz həyat tərzi yaşamağa başlayır, lakin bunda da bəxti gətirmir. Sonluq isə tam gözlədiyim kimi olmasa da, ən azından məni xəyal qırıqlığına uğratmadı. Xoş beyin yanmaqlara.))
Mən Necə İdiot Oldum
Mən Necə İdiot OldumMartin Page · Qanun Nəşriyyatı · 2021144 okunma
286 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Kitab haqqında düşüncələrim o qədər emosionaldır kii.. Oxuduqca sanki özün də 3-cü sinif şagirdi olursan. İnsanın qəlbi əridikcə əriyir. Daha çox günlük şəklində yazılan kitabda Enriko adlı 3-cü sinif şagirdinin ümumilikdə məktəbdə keçən 9 ay ərzində hər gün üçün yaşadığı xatirələri əks olunub. Hər xatirənin xüsusi adı, günü və tarixi qeyd
Uşaq Ürəyi
Uşaq ÜrəyiEdmondo De Amicis · Qanun Nəşriyyatı · 017,4bin okunma