Hər şeyi dövlətdən gözləməmək lazımdır. Hər halda xuliqanlıqla mübarizə gücləndirilməlidir. Ancaq, bu işi təkcə milisin boynuna atmaqla olmaz. Xuliqanlıqla bütün ictimaiyyət mübarizə aparmalıdır.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
1960-cı illərin Azərbaycanı mükəmməl təsvir edilib. Qara Volqa ideoloji olsa da, çox maraqlı və sadə bir dil ilə yazılmışdır. Cəmşid Əmirov 1960-cı illərin Azərbaycanını mükəmməl təsvir etmiş, məkanların verilən dəqiq adları XX əsr əhval-ruhiyyəsini tam hiss etdrmişdir.
Əsərin məzmunu: XX əsrdə Azərbaycandakı qanunun keşiyində dayanan mühafizə orqanın əməkdaşları ilə cinayətkarlar arasında mübarizədən bəhs edir.
Kürk Mantolu MadonnaSabahattin Ali tərəfindən 1943-cü ildə nəşr olunan psixoloji romandır. Dərin xarakter təhlillərini və psixoanalizi ehtiva edən bu roman müəllifin sosialist realist ədəbi kimliyindən kənar bir əsər kimi görünür. Kitab təsirli bir sevgi hekayəsindən bəhs edir. ✿
Yazıldığı vaxtdan günümüzə qədər aktual və canlılığını itirməyən bir kitabdır. Amerika depressiyası dövründə yazılmış, üstün və heyrətamiz fantastikası ilə diqqət çəkən əsərlər sırasındadır. John Steinbeck son dərəcə sosial düşünən və bir çox əsərlərində cəmiyyətin problemlərini, həyatını və münasibətlərini əks etdirən uğurlu Nobel mükafatlı müəllifdir.
Fareler ve İnsanlar əsərində cəmiyyətin məzlum təbəqəsi olan fəhlə sinfinə həyat verir. İki torpaq işçisi, Corc və Lenni dövrünün təzadlarını, dostluqlarını, arzularını və sosial quruluşunu izah edir.
Axıcılığı və bədiiliyi ilə bundan sonra da yaddaşlarda qalacaq bu əsər mütləq rəfinizdə, oxunanlar arasında olmalıdır. Xoş mütaliələr ✿
İngilis dramaturqu William Shakespeare dünyanın böyük duhalarındandır. 400 ilə yaxındır ki, Qərb və Şərq Şekspir adına dərin və sonsuz bir məhəbbət bəsləyir. Şekspir öz dərin humanizmi, xəlqiliyi, həyatsevərliyi ilə bütün xalqların, bütün qabaqcıl bəşəriyyətin qəlbinə hakim olmuşdur.
Hırçın Kız 1590-1591-ci illər arasında yazıldığı güman edilir və ilk təqdimatı 1593-cü ildədir.
Oyununun əvvəli Slay adlı personajla başlayır. Birdən özünü oyunun içində tapır, amma nə oyundur.. Əsas oyun bununla başlayır.
Sonrakı oyun isə gözəllər gözəli iki bacı: biri şıltaq, digəri isə itaətkardır. İtaətkar qız üçün sevgi savaşları və pis qızın islahı baş verərək oyun davam edir.
Tamaşanın içində tamaşa kimi qurulan teatr hamımızın diqqətini çəksə də, sonlara doğru qadınlara qarşı ədalətsiz münasibət və davranışlar insanı narahat edir.
Bu nüanslardan asılı olmayaraq maraqla oxuya bilərsiniz. Xoş mütaliələr ✿