İş tapmaq istəyən bir gənc keçmiş məktəb yoldaşının köməyi ilə bankda işə düzəlir. Orada məzlum, talesiz Raif əfəndi ilə tanış olur. Sonralar, ömrünün son günlərinin yaşayan qocanın dəftərindəki qeydləri oxuyarkən onunla tanış olur. Qeydə görə, Raif əfəndi gənc yaşlarında atasının sənətinə yiyələnmək üçün Berlinə yollanır, işə yiyələnməkdən çox rəsm qalereyalarına gedir, müxtəlif romanlar oxumağa davam edir və həyatınını dəyişdirəcək hadisələr elə burada da yaşanır...
Kimdir bu Raif əfəndi?
Onu bir çoxları Qoqolun “Şinel” əsərindəki Akaki Akakiyeviç`ə bənzədir. O da eynilə. Akaki Akakiyeviç kimi məzlum,zavallı görünür, ona qarşı olunan haqısızlıqlara səs etmir, həyatdan heç bir həzz almır... Onun üçün də göyqurşağı anlayışı yoxdur, varsa-yoxsa qara, ağ...sanki. Elə idi, həqiqətən?
Zənnimcə, bu bənzətmə sadəcə zahiri ola bilərdi. Çünki Akaki Akakiyeviçdən fərqli olaraq Raif əfəndi zahiri pərdə arxasında müəyyən yaşantısı vardı, yaşadığı həyat öz seçimi idi. O Akaki Akakiyeviç kimi “düz” yaşamır, ona haqsızlıq olunanda və ya axmaq yerinə qoyulanda bunun fərqində olurdu. İçinə qapanıq, melanxolik biridir və hər necə olursa olsun ətraf aləmlə uzlaşmağa çalışır.
Bəlkə də, qarşı qoymaması mənfi bir hal idi, ancaq bu onun seçimi idi. Və seçimlərimiz bizi digərlərindən ayırırdı, səhv yaxud düz.
“Təsadüf səni mənimlə görüşdürməsəydi, yenə də əvvəlki qaydada, lakin hərşeydən xəbərsiz ömür sürüb gedəcəkdim. Dünyada başqa cür bir həyatın mövcüd olduğunu, mənim də bir ruha malik olduğumu mənə sən öyrətdin...”-deyə yazılıb Raif Əfəndinin məktubunda... Kim idi bəs ona güzgü tutan, ruhunun dərinliklərini göstərən..
Mariya Puder... Kürk paltolu madonna...
Bu qadın sanki Raif Əfəndinin oxuduğu romanların qəhrəmanı idi və sanki o diyarlardan gəlmişdi... “Elə bil, getdiyi sərgilərdəki