Deməli o, istədiyi qızlarla gəzib kefini çəkməliydi, sonra onları elə özüylə gəzdiyinə görə atıb bir “təmiziylə” evlənməliydi?
Bu oğlanlar niyə belə eqoist olurdular görəsən?
Çalışırdı ki, Allahın nəzərində pis olan heç bir iş görməsin. Allahın nəzərində...
Ancaq indi Allah qalmışdı bir yanda, onun hər addımına insanlar nəzarət edirdilər. Allahla müqayisədə min dəfə, milyon dəfə cılız, nadan, bəsit olan insanlar.
Aydan sonra Yerə ən yaxın olan göy cismidir. Biz onu hər gün səhər, dan yeri yenicə sökülməyə başlayanda görürük. Bu zaman o Ay kimi parlaq və gözəl olur. Günümüzə günəşdən qabaq gəlməklə bizə səhərin açılacağını xəbər verir. Qəlbimizi sevinclə, inamla doldurur. Sonra isə itiririk onu. O daha görünmür.
Həyat da Kainat kimi çox qəribədir. Bəzən bizə ən yaxın olan biri, eyni zamanda, başqalarından daha uzaq görünür. Onu həm yaxın hesab edirik, həm uzaq. Az qala özümüz qədər yaxın hesab edirik, ona görə ki, hərarəti ilə qəlbimizi isidir, sonsuzluq qədər uzaq hesab edirik, ona görə ki, əlimiz çatmır…