İnsan nə istər?
Bilinməz...
Bilinməzlik də bilinməz. Bilinən tək şey vardır. Hərkəs aydınlıq arayan bir soraqçı .
Hamı öz aydınlığının arayışıda günləri aylara ayları illərə calaq edər. Nəhayət varar son mənzilə - “ Qara” torpağa. Aydınlıq arayıb qaranlıq bulmaq da nədən?
İnsan çox istərsə istəyinə varar demiş müdrik qəlbi olanlar. Bəs nədən bu aydınlığın əvəzi olmuş qapqara , zilqara torpaq...
Bəlkə gözlər acizimiş görməkdən qaranlığın aydınlığın. Onun aydınlığı bənzəməz mum işğına , günəşin şəfəqlərinə , ulduzların işartısına , ayın parlaqlığına.
Qaranlıq ən çox gecələr bariz olarmış. İnsanlarda onla qovuşmaq üçün gecəyə ip çəkərmiş. İpin ucundan tutub dərd qəmlərdən qaçarmış. Qaça – qaça ay adın da nurun tamaşasına çıxarmış. İlk başda sanmaq olarmış , bəlkə aydan gəlirmiş gecənin aydınlığı ya bəlkə minbir Ulduzdan. Amma yox bunlar ki pəncərəsiz bir oda da közü sönmüs kömür təki daha alışıb yanmaz , nə işıq sacar , nə soyuqluq ,nə sıcaqlıq. Demək başqadı göz arayan aydınlıq odada ki qaranlıqda.
Bəs nədədir gecələrin möcüzəsi? Nədir sirri ?
Gecənin möcüzəsi elə onun sirli qoyun – qucağında saklanmışdır. Varmı daha aydını? Qapanan gözlərdə görülən rüyalar qədər. Varmı daha aydını ? Ana layalası olub ruha çilənən.
Varmı daha aydını ? Eşq pıçıldayan iki nəfəsin hərarəti qədər. Varmı daha aydını ? Sabahın möcüzəsini gözləyən amma sabahdan gözlədiyi möcüzəni aydan – ulduzdan diləyən ürəkdən?
Gecələr həm də sirdaş , çıxmış yola yoldaş olub ruhumla gəzmişlər birər -birər xəyalları sarmışlar ümidləri , qapamışlar qorxuları.
Səyahətin uzunu var qısası var , əvvəli var axırı var . Bəziləri bilərdə gedər yolunu , bəziləri bilməzə salar mənzilini. Nəhayət ki varanda son dayanacağa ya boylanmaq istər keçmişə ya da baxmaq istər başqa mənzillərə. Sığmaz ruhu vardığı bu