Başlığı yaşamaq olub ölümü bu qədər çox göz önünə gətirən, insanı düşünməyə və həyatı kəskin şəkildə sorğulamağa məcbur edən son dərəcə kədərli bir günlük....
Kitabın əsas obrazı Fuguinin yaşadığı gərgin həyat əsərin əsas məğzidir. Həyatını ən dolğun yaşayacağı bu gənclik illərində Fugui özünü qumarxana masasında tapmışdır. Ailəsindən qalan sonra mirası bu şeytani simanı xatırladan həmin çuxurda itirmiş hətta atasına bu dəhşətverici xəbəri çatdırdığında öz düşüncələrini bu cümlələrlə ifadə etmişdir: "Sözləri bitdiyində başım sanki kor bir bıçaqla doğranmışdı, amma hələ də çiynimin üstündə dururdu."
Həyatında etdiyi bu böyük səhvdən sonra acınacaqlı bir həyat onun başlanğıcı oldu. Çətin bir səfərbərlik dövrü, dəhşətli aclıq günləri, ailə üzvlərinin bir-bir həyatından çıxması onun üçün böyük bir damğa idi. Buna baxmayaraq Yu Huanın burda dəymək istədiyi əsas nüans yaşadığı hər çətinliyə rəğmən ayaqda dura biləcək, kiçik anlardan, sadə həyat tərzindən zövq ala biləcək cəsur bir xarakteri canlandırmaq idi.
Apardığım bu kiçik analizlərdən və təsirli sitatlardan yola çıxaraq fikrimi kitabın bu cümlələri ilə bitirmək istəyirəm: "Sadə həyat ən gözəlidir. Onunla mübarizə apar, bununla mücadələ edərkən, ən sonda öz həyatından olursan.