Anar

Anar
@anar_85
BDU
Canada ON
Baku, 25 Eylül
588 okur puanı
Kasım 2020 tarihinde katıldı
Dinlərin demək olar hamısında, Tanrı ideyasının insanlıq ülgüsünə (antropomorfizm) salınması vardır. Tanrını başqa cür qavramağı isə, yalnız tək-tük ortaya çıxan, çox görkəmli kimsələr bacarmışlar (Demokrit, Spinoza), özü də bu adamlar, çox yüksək yetkinlik dönəminə çatmış toplumlarda yetişmişlər. Bu isə elə o deməkdir ki, sadaladığımız bu iki, dinlə bağlı duyğulardan (qorxu ilə əxlaqdan) başqa, çox az üzləşilən üçüncü bir dini duyğu da vardır. Mən bunu, kosmik dini duyğu adlandırıram. Kimdəsə, haçansa, buna bənzər duyğu olmayıbsa, bunun nə demək olduğunu ona anlatmaq çox ağırdır, yəni, burada insanlığın öyrəşdiyi təki, Tanrını insanlıq ülgülərinə uyğunlaşdırıb qavramaq kimi asan yollar yoxdur. Kosmik dini duyğuya qapılan insan, bir yandan adamların gündəlik həyatla bağlı istəklərinin, önəmsizliyini duyur, başqa yandan isə təbiətdə üzə çıxan bitkin düzənləri, ideyalarda özünü göstərən əlçatmazlıqları qavrayaraq, dəyərləndirə bilir. Tanrını, Kosmosun sonsuzluğundan, bütövlüyündən, anlamlığından ayırıb, öz varlığında dustaq eləmişlər, belə bir anlamsız dustaq ömrü yaşamağa sürükləmişlər. Kosmik dini duyğuların toxumları, dinlərin gəlişmlərinin ilkin dönəmlərində də vardır, belə örnəklərə biz Davudun “Zəburunda”, Əski Andlaşmanın (Əhdi-Ətiqin) bir sıra kitablarında, seyrək üzləşirik. Şopenhauerin çalışmalarından anlaşıldığına görə, kosmik dini duyğuların varlığı ən çox buddizmdə duyulmaqdadır. Demək olar elə, bütün çağların dini üzaqgörənliyində, bu kosmik dini duyğular az-çox olmuşdur, ancaq dinlər bu duyğulara önəm verməyərək, özlərini ehkamlar çevrəsinə qapatmış, insanabənzər tanrılar yaratmağa uymuşlar.
Din ve Bilim
Etimoloji Defteri
Mücellit Nedir ?

Anar

, bir kitap okudu
10/10
·240 syf.·
Beğendi
·
2022 55. kitabı
Grigory Petrov
8.4/10 · 124,8bin okunma

Anar

, bir kitap okudu
10/10
·208 syf.·
Beğendi
·
2022 50. kitabı
Jean-Paul Sartre
8.2/10 · 1.860 okunma
Sofokles - Filoktetes
Filoktetəm: həmin əzəmətli şikəst heç bir şərt qoymadan ox-kamana qədər hər şeyi verdi; amma inanın, o, gizlicə mükafat gözləyir.
Edebiyat