Kitablar var ki, oxuyursan sadəcə. Kitablar var ki oxuyub məhz öyrənirsən. Kitab da var ki, sadəcə hiss edirsən. Bu kitabda isə hər birini eyni zamanda yaşayırsan.
Əsərdə rus hakimiyyətinin inqilabdan sonra kommunizm hakimiyyətini daha da möhkəmləndirmək məqsədi ilə insanları xüsusi nəzarət altına almalarından bəhs olunur. Çöllümehmandar kəndinin yerli sakinlərinə qarşı da eynilə bu şəkildə repressiya tətbiq edilir.
Kənd sakinləri toplu şəkildə Türkiyəyə keçmək istəyirlər ancaq yarı yolda qarşıları kəsilir.
Bundan etibarən 15 yaşlı Tahirin gözündən hadisələr qələmə alınır. Əsərdə görmək istədiyim məqamlara və hisslərə yazıçı o mənanı ötürməyi, təzahürü bacarıb. Qısacası əsir düşmənin, çətinliyin, həyatda qalmanın, bəzən qala bilməməyin, hadisələrin fiziki və psixoloji tərəflərinə şahid oluruq.