Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ayna Seyidova

Ayna Seyidova
@aynbookland_
If you want to get big wealth with little money,buy a book! 777 Founder instagram: instagram.com/aynbookland?igs...
88 syf.
10/10 puan verdi
·
18 saatte okudu
Stefan qələmindən oxuduğum 11 ci kitabdı.“Bu məcburiyyətə boyun əydiyi üçün özünü nədənsə çiyinlərindən yük götürülmüş kimi hiss etdi...” Köləlik və Azadlığın mübarizəsi.. Daxildəki ən incə tellərə belə toxuna bilən bir kitab.O qədər maraqlı idi ki.Dəhşət. Stefan bu əsərinə “Qaçaq” adını qoyacaqmış,lakin son anda “Məcburiyyət”qoymağa qərar
Məcburiyyət
MəcburiyyətStefan Zweig · Parlaq İmzalar Nəşriyyatı · 202061,8bin okunma
Reklam
64 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 saatte okudu
Jack London bu kitabda qəfil ortaya çıxan,insanları sürətlə öldürən,müalicəsi olmayan və xalq arasında”Kızıl Veba”adlandırılan xəstəliyi təsvir etmişdir. İnsanların bu xəstəliklə öz sivilizasiyasını necə itirdiyini,ibtidai həyata qayıtmasını,vəhşiləşmələrini kitabda təsvir edir. Mən bu kitabı oxuyarkən daha əvvəldə oxuduğum 2-kitab Jose Saramago-Körlük və William Golding-Sineklerin tanrısı ile oxşarlığını gördüm. Ölülərin yollarda qalması,insanların sadece özlerini düşünməsi,xəstəliyin yayılması səbəbindən oğurluqların artması-Körlüklə Uşaqların vəhşiləşməsi-Sineklerin tanrısı ilə oxşarlıq təşkil edir.
Kızıl Veba
Kızıl VebaJack London · Kızıl Panda Yayınları · 202332,3bin okunma
80 syf.
·
Puan vermedi
·
3 günde okudu
“...dəlilik və qorxu.” Bu sözlərlə başlayan roman elə ilk sətirdən oxucunu amansız müharibəyə sürükləyir. Rusların ağır məğlubiyyətə uğradığı Rus-Yapon müharibəsini və onun təsirlərini bir əsgər gözündən çatdıran Andreyev müharibənin təkcə cəbhə bölgəsində qalmadığını,bütün məhəllələrə,evlərə,insan münasibətlərinə sızdığını izah edir. Ölümündən sonra H.P. Lovecraftın kitabxanasının yatağının baş ucunda yerləşən Kızıl Kahkaha,Birinci Dünya Müharibəsində baş verəcək dəhşətləri qabaqcadan xəbər verən bir kitabdır.
Kızıl Kahkaha
Kızıl KahkahaLeonid Andreyev · Kızıl Panda Yayınları · 20195,3bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
152 syf.
·
Puan vermedi
·
3 günde okudu
Kitab maraqlı olduğu qədər,maraqlı alıntılarla bol idi. Tek sevmədiyim tərəfi gündəlik kimi olması idi.Bəzi yerlərdə tekrarlar var idi.Amma ümumən yaxşı idi. Ən sevdiyim hissəsi isə “Har ve Kül” ün hekayəsi idi.
Har ve Kül
Har ve KülEzgin Kılıç · Destek Yayınları · 2017705 okunma
200 syf.
10/10 puan verdi
Kitab Moskva şəhərində yaşayan və illərdir öz vəzifəsini layiqincə yerinə yetirən Viktor İvanovun özündən rütbəcə yuxarı rəisi ilə mübahisə etməsi və ani qərarla Vorkutaya göndərilməsiylə başlayır.Baş qəhrəman nə qədər öz həyat yoldaşı Lenadan və Moskvadan ayrılmaq istəməsədə,istefa etməyi gözə almır,Vorkutaya yola düşür. Vorkutaya gəldiyi gündən başlayan cinayətlər çox sürətlə dəvam edir.Kitabı oxuyarkən özümü dedektiv kimi hiss etdim desəm yalan olmaz.Kitabın sonlarına yaxın qatilin düşünmədiyim insan olmasına özümdə təccübləndim,çünki əsla o personajı qatil hesab etmirdim,hətta bundan o qədər əmin idim ki. Kitabı bitirdikdən sonra bəzi səyfələrə tekrar göz gezdirdiyim də əslində müəllifin bəzi detaylar ilə bizə qatilin kim olduğunu əvvəldən işarə etməsini sezdim.”Kitab da ən sevdiyin obraz kim oldu?”desəniz heç düşünmədən “Mixailov”deyərdim.Həm xarakteri həm də işinə bağlılığı ilə əsər boyu məni həm özünə heyran etdi,həm güldürdü,həm də ağlatdı...Kitabda elə bir hissə yox idi ki,hadisələr ilə əlaqəsiz olsun.Hadisələr elə detallandırılıb ki,oxuyarkən özmüzü Vorkutada hesab etdim...Mətndə bəzi orfoqrafik səhvlərin olmasına baxmayaraq,ümumən kitab gözlədiyimin üstün də oldu.Sonunu belə gözləmirdim.
Vorkuta Əkizləri
Vorkuta ƏkizləriBəhram Əhməd · Kaspi Nəşriyyatı · 20237 okunma
Reklam
320 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Bütün ölkənin gündəmində olan və böyük sirrlərlə dolu olan Ağ Ev araşdırmasını aparan polis Emris yeni dəlillər aldıqdan sonra istintaqı dərinləşdirməyə başlayır və İnterpolun dəstəyi ilə xaricə çıxarır.O,Ağ Evin yeni sahibi Eren və əvvəllər Ağ Evlə bağlı cinayətləri açan Atlas,Dəmir və Ala üçlüyü də daxil olmaqla xüsusi bir qrup yaradır. Ortadan yox olmuş Arden’i xaricdə axtarmaq onlar üçün çox çətin olur.Ən çox da Eren üçün.(Arden ve Eren sevgili idi). Olaylar çox maraqlı gedirdi sonuda maraqlı bitti.Mütləq oxumalısız..
Çatı Katı
Çatı KatıIşıl Işık · Yediveren · 0557 okunma
304 syf.
·
Puan vermedi
İstanbul Boğazı’nın sahillərində boynunda qızıl boyunbağı ilə çarmıxa çəkilmiş qadın cəsədi tapılır.Qısa müddətdə bütün ölkə bu müəmmalı qətldən danışmağa başlayır.Aradan keçən günlərdə oxşar cəsədlərə müxtəlif yerlərdə rast gəlməyə başlayırlar.Əhali təşvişə düşür.Lakin ən çox qorxan Atlas’ın bacısı Talya olur.Çünki cəsədlərdə tapılan boyunbağı və digər əşyaların eynisi onda da olur. Atlas Talya və dostları ilə cinayətlər arasındakı əlaqəni tapmağa çalışarkən,yolun ataları Enzel’ə çıxması onları alt-üst edir.
Bodrum Katı
Bodrum KatıIşıl Işık · Yediveren Yayınları · 2022883 okunma
176 syf.
·
Puan vermedi
·
12 günde okudu
Kitabın adı Cinayətlər Oteli olduğundan hər səhifədə bir qətllə rastlaşacağımı gözləyirdim,amma təəssüf ki,bu gözləntim qarşılanmadı. Hadisələr çox ləng və sanki xaos varmış kimi danışılır.İlk 90 səhifədə heç nə başa düşmədim,çaşqınlıq olmasın deyə hətta tekrar-tekrar oxudum bəzi səifələri və qeydlər apardım.Kitabdakı bəzi hissələr də mənə əhəmiyyətsiz gəldi.Lakin ümumən maraqlı idi.Sonda qatilin gözləmədiyim adam çıxmasına çox təccübləndim. "Detektiv kitablar insana heç nə ôyrətmir"düşüncəsi səhv imiş.Bu kitaba kimi mən də elə düşünürdüm.Ancaq bu kitab mənə bir doğrunu xatırlatdı. "O,bunu etməz"dediyimiz insan əslində bu işi edəcək patensiala sahib bir insan ola bilər.Ancaq biz bunu görə bilmərik. Sonda başqa bir qısa hekayə daha var idi.Qısa da olsa,bu hekayəni daha çox bəyəndiyimi deyə bilərəm. Əgər siz hələdə Agatha Christie-nin kitablarını oxumamısınızsa və haradansa başlamaq istəyirsinizsə,sizə bu kitabla başlamamağı məsləhət görürəm.
Cinayetler Oteli
Cinayetler OteliAgatha Christie · Altın Kitaplar · 20052,562 okunma
304 syf.
·
Puan vermedi
Cinayət və Polisiyə kitabları sevdiyim üçün bu kitabı dəhşət sevərək oxudum.Kitab Erenin babasının ölüm xəbərini alıb İstanbul’a gəlməsi ilə başlayır.Onun gəlməsiylə başlanan paranormal hadisələr,polis olan Emris və Sedat tərəfindən araşdırılır.Mən oxuyarkən çox sevdim tövsiyyə edirəm. Ps:Kitab 3’lü set halındadırrrr.
Tünelden Önceki Beyaz Ev
Tünelden Önceki Beyaz EvIşıl Işık · Yediveren Yayınları · 20211,516 okunma
80 syf.
10/10 puan verdi
·
1 saatte okudu
Emil Zolyanın bu əsəri 1870-1871-ci illər Fransa-Prussiya müharibəsinin dramatik epizodlarından biri haqqında söhbət açır.Həmin müharibə öz yumruğunu dinc və zəhmətkeş bir yer üzərinə qaldırmışdı.Merlye dayının fransız əsgərləri tərəfindən müdafiə olunan dəyirmanı qalaya çevrilir.Müharibə dinc adamları silah götürməyə məcbur edir. Romanı dilimizə mərhum yazıçımız Ənvər Məmmədxanlı çevirib.Prussiyalılar hücuma keçib dəyirmanı mühasirəyə alırlar,əcnəbi gənc qoca dəyirmançının qızına vurulub,və bu sevgi də qarşılıqlıdır.Prussiyalılar dəyirmançını da,onun qızının sevgilisini də öldürürlər.Bu zaman fransız əsgərləri "qalibiyyət!" deyə hayqıraraq dəyirmana gəlib çıxırlar,atasının və sevdiyi oğlanın meyiti üstündə ağlını itirməkdə olan zavallı qızı görürlər.Bu məqamda “qalibiyyət" sözü nə qədər miskin görünür. "Ah, bu uşaqlar! Qəlbin səsinə tabe olaraq onlar bütün işləri korlayırlar.” “Heç bir şey gəncliyə məhəbbət qədər ilham verə bilməz.”
Dəyirmanın mühasirəsi
Dəyirmanın mühasirəsiEmile Zola · Qanun Nəşriyyatı · 047 okunma
Reklam
416 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Əsər Zülfü Livaneli tərəfindən yazılmış,Türk ədəbiyyatı və oxucuları tərəfindən sevilmiş,çox əhəmiyyətli bir əsərdir. Bu kitabda II.Dünya Müharibəsi zamanı soyqırıma məruz qalan yəhudi xalqının nələrdən keçdiyini fərdi prizmadan oxuya bilirik. Biz kitabı oxuyarkən görə bilərik ki,dövlətlər arasında olan əsas problemlərdən ən çox insanlar təsirlənir.Önəmli olan insanların hansı millətdən olması deyil.Əsil insan ola bilməsidir. "Benim tezim, bütün halkların, bütün kültürlerin birbiri hakkında önyargılara sahip olduğudur. Eğer bir gün bu önyargı kelimeleri, yani Avrupa dillerindeki barbar, Japon dilindeki gaijin, Müslümanlardaki kâfir, Almanlardaki Ari olmayan gibi önyargı sıfatlarını kaldırabilirsek, amacımıza ulaşabiliriz. Amaç nedir derseniz, bence tam olarak şudur: İnsanın değerinin sadece insan oluşundan geldiği; din, milliyet, cinsiyet, renk, cinsel tercih, siyaset gibi birtakım ön sıfatlarla ayrımcılığa uğratılmadığı bir hümanizm anlayışı."
Serenad
SerenadZülfü Livaneli · İnkılap Kitabevi · 2021136,4bin okunma
10/10 puan verdi
Bəzən insanın özünə nə qədər yad olduğunu düşünürəm. Özümüzə bu qədər yadikən hisslərimizi niə göz ardı edirik? Biz özümüzü robot şəklində eyni şeyi təkrar-təkrar edərkən görürük.Niə? Zweig “ Olağanüstü Bir Gece’’ əsərində özünə tamamilə yad olan bir fərdin mənəvi oyanışının təsviri əks olunub. “Gülerek, sohbet ederek dalgalanan bir insan kalabalığın ortasında ben kendi kendimi arıyordum, içimdeki o yitik insanı arıyordum.” Həyatımızın hansısa məqamında bizi dəyişən,insan olduğumuzu hiss etdirən kiçik də olsa bir an olduğunun fərqinə varırıq. Təqvim həmin “olağanüstü bir gece” ni göstərən də qəhrəmanımız yenidən özünü tapır. O,bu günə qədər həyatının nə qədər boş və mənasız olduğunu aşağıdakı cümlələrlə izah edir: "Beni bırakan insanlar, gelen giden kadınlar oldu, her defasında odada oturmuş camın dışındaki yağmuru seyreden biri gibi hissettim kendimi; doğrudan yakınımda olan şeylerle bile aramda camdan bir duvar vardı ve kendi irademle onu yıkacak gücü bulamıyordum." Var-dövlət və izdiham arasında tənha qalan,içində heç bir emosiyanı hiss edə bilməyən, özünü daim ətrafa xoşbəxt kimi göstərmək məcburiyyətində qalan bir insanın hekayəsidir. Qısa olmasına baxmayaraq həyat və yaşananlar ilə bizi qarşı-qarşıya qoyur.Hal-hazırda oxumayan hərkəsə tövsiyyə edirəm.
Olağanüstü Bir Gece
Olağanüstü Bir GeceStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2023144bin okunma
160 syf.
·
Puan vermedi
Kitab real həyat həyat hekayəsi əsasın da yazılmışdır.Kitabı əlinizə alan kimi onu bir anda bitirmək istəyi yaranacaq.“Bəzən elə şeylər yaşayırsan ki,onların reallığına inana bilmirsən.Ya öz gözlərinizlə görərsən,ya da özün yaşayarsan."Yox,yox,bu qədər də olmaz!" deyərsən,amma olar.Mən də kitabı oxuyarkən oxşar cümlələrdən istifadə etdim.Kitabı oxuyarkən bir daha şahidi oluruq ki,həyata baxış tərzimiz bütün həyatımızı istiqamətləndirir,edilən xeyir də, şər də öz yerini tapır. Erkut kitabın əvvəlində yeddi yüz nəfərlik konfrans zalında “Size bir hikaye anlatacağım” deyərək səhnədə yerini alır.Deniz və Merve bacılarından tutmuş bütün hekayəni bizlərə ötürür.Hekayəsində o,bizi fiziki qüsurlu balaca bir uşaqla tanış edir.Fiziki qüsuruna görə ailəsinin, ətrafının,məktəbdəki dostlarının və ilk sevgisinin reaksiyalarına və yanaşmalarına diqqət çəkir.Bizə bu,qüsurların yalnız “beynimizdə”olduğunu anlatmağa çalışır.
Kader Gayrete Aşıktır
Kader Gayrete AşıktırEthem Emin Nemutlu · Olimpos Yayınları · 2023641 okunma
53 syf.
9/10 puan verdi
·
3 saatte okudu
Müasir ədəbiyyatın ən təsirli yazıçılarından biri olan Stefan Zweig bu əsəri üç fərqli hekayədən ibarətdir: “Liyon’da düğün”, “Alaca Karanlık Öyküsü” və “Unutulmuş Düşler”. "Lyon’da düğün" Fransa İnqilabının qarışıqlıq və terrorla dolu günlərində sevgiləri ümid yayan iki gənc sevgilinin hekayəsindən bəhs edir; "Alaca Karanlık Öyküsü”obsesif düşüncələri və emosional dalğaları ilə gələcəyini dəyişən bir gəncdən bəhs edir; "Unutulmuş Düşler" isə illər sonra görüşdükləri villada keçmişləri ilə üz-üzə gələn ağıl və ürək arasında qalmış iki böyükdən bəhs edir. Bu hekayələrdə oxucu ayrı-ayrı insanların həyatları ilə sevgi və ümid səyahətinə çıxır.
Lyon’da Düğün
Lyon’da DüğünStefan Zweig · Kapra Yayıncılık · 202030,9bin okunma
·
Puan vermedi
Kitab haqqın da yaza biləcəyim o qədər söz var ki,bəlkədə yazsam bura sığmaz. Fransada Dartanyan adlı gənc Qaskondakı ailəsini tərk edir və Parisə səyahət edərək, Qvardiyanın muşketyorlarına qoşulur. Bu hadisə 1625-ci ilə-Kral XIII Lüdovikin hökmranlıq etdiyi dövrə təsadüf edir. Dartanyan kral muşketyorlarının komandanı cənab de Trevilin hüzuruna
Üç Silahşor
Üç SilahşorAlexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 20218,8bin okunma
108 syf.
·
Puan vermedi
"Ağ zanbaqlar ölkəsi” Finlandiya haqqında kitabdır. Kitabda bataqlıqlar və qayalar arasında yerləşən,təbii sərvətləri olmayan bu kiçik ölkənin “yoxdan varlığı” təsvir edilir;Yəni onun yoxsulluqdan xilas olub,siyasi,iqtisadi və mədəni cəhətdən inkişaf etmiş ölkəyə çevrilməsi hekayəsi danışılır. Bu çevrilmənin memarları,yəni kitabda müəyyən edildiyi kimi "həyatın memarları";O, cəmiyyətin bütün təbəqələrindən olan,ürəyi vətən eşqi,xidmət eşqi ilə döyünən hüquqşünas,memar,din xadimi, müəllim,kəndli,fəhlə və mərmər ustasıdır.Bu bir ovuc ziyalı bütün mürtəce qüvvələrə qarşıdır;Onlar vətənini sevən,ancaq yalandan, saxtakarlıqdan,əxlaqsızlıqdan, korrupsiyadan başqa heç nəyin arxasınca getməyən insanlara qarşı böyük bir savaşa girirlər.Lakin bunu qan tökməklə deyil,sevgi,təhsil və səbirlə edirlər.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · İzə Nəşriyyatı · 202199,3bin okunma