Dini hekayələrə fərqli baxış
Puan vermedi·139 syf.··
2026 14. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Haziran 2026 10:00
Müqəddəs Tarixin Üsyankar Şahidi.     Jose Saramago "Qabil" Jose Saramago ilə Adəm və Həvvanın yaradılışına doğru səhayətə çıxıb, Nuh Peyğəmbərin insanlıq yox olarkən gəmi ilə xilas etdiyi seçilmişlərin hekayəsinə fərqli baxış bucağı ilə baxırıq. Jose Saramago sorğulayıb: Tanrı özü narsistlik edərkən, haqsızlıq edərkən, niyə yaratdığı bəndələrinin günahlarına göz yummur...?! Dini kitablardan bildiyimiz xarakterleri daha fərqli təsvir edib yazıçı və hətta bəzi yerlərdə təhqirdəndə istifadə edib... Tanrını, dini inancları, dini kitablardakı müqəddəs sayılan xarakterləri insest əlaqələr və pornoqrafiya üzərindən sorğulamaq insanların, müqəddəs inanclarına savaş açmaqdır. Kitabda sevdiyim və sevmədiyim qisimlər oldu. Kitabın əsas qəhrəmanı Qabil qardaşını öldürdükdən sonra Tanrı tərəfindən cəzalandırılır və zamanda səyahət edərək bir çox hadisələrə şahid olur. Qardaşını öldürərkən belə günahı Tanrıda görür. Hər bir insan azad iradəli olaraq yaradılıb və bu iradəmiz ilə etdiyimiz mənfi hərəkətlərin günahını Tanrının üzərinə atmaq məsuliyyətdən qaçmaqdır... Həqiqi iman kor-koranə inanmaqla deyil, sorğulamaqla başlayır. Amma nəyi və necə sorğulayırıq , ən əsas olan necə anlayırıq...?! İlahi ədalət ilə insani ədalət üst-üstə düşməyəndə, İnsan bəzən inandığı ilə mübarizə aparır. Bəsit və Ağrılara hesablanmış baxış prizmalardından baxdıqda, kimisə günahlandırmaq o qədər asan gəlir. Xüsusən də, "Tanrı və Şeytan"ı. Emosiya və Histeriyaya görə edilən hər hərəkətin, işlədilən hər ifadənin kvantik təsirləri və qarşılıqları var. İnsanın Tanrıçılıq oynamaq həvəsi, qarşisı alınmaz fəsadlara yol açıb daima. Hal-hazırda dünyada baş verən proseslər buna bariz nümunədir.
KabilJosé Saramago · Kırmızı Kedi Yayınevi · 201814,3bin okunma
9/10
·240 syf.··
Beğendi
·
2026 19. kitabı
·
11 günde okudu
·
Okunma: 13 Haziran 2026 00:18
Kitabı oxuyub bitirdim, çox bəyəndim və bu haqda fikirlərimi yazmaq istədim; çalışdım ki, bacardığım qədər qısa tutum. Prometheus filmində eşitdiyim "Cəhənnəmdə hökm sürmək, cənnətdə xidmət etməkdən yaxşıdır" sözü, məni Con Miltonun İtirilmiş Cənnət əsərinə aparan ilk addım oldu. Kitab oxumaq öncələri sıxıcı olsa da, daha sonra çox daha axıcı oldu. Əsəri bitirdiyimdə məni ən çox düşündürən mövzu, insan təbiətinin o böyük çıxmazı oldu: Məcburi bir bağlılıq, yoxsa azad iradə? ​Əsərdə Şeytanın azad iradəyə yanaşması, sərhədləri öncədən çəkilmiş bir mükafat-cəza oyununa şərik olmaq deyil, o oyunun qaydalarını kökündən rədd etməkdir. Tanrı tərəfi, hər şeyin yaxşı qalması üçün mütləq bir nizamı və tabeçiliyi tələb edərkən; Şeytan, Cənnətin gətirdiyi o hazır rahatlıqdan imtina edir və başqasının yazdığı ssenaridə iradəsiz bir varlıq olmağı qəbul etmir. Bu baxımdan, kitabda təsvir olunan Şeytan obrazını Yevgeni Zamyatinin "Biz" əsərindəki I-330 xarakterinə çox bənzədirəm; hər ikisi mütləq və məcburi bir nizamın gətirdiyi "xoşbəxtlikdən" imtina edərək, fərdi azadlığın xaosunu seçən üsyankarlardır. ​Adəm üzərindən qurulan azad iradə anlayışı isə tam bir ziddiyyətdir. Tanrı insana ağıl və məntiq verib onu seçimlərində sərbəst buraxdığını söyləyir; ancaq nəyin yaxşı, nəyin pis olduğuna öncədən yenə özü qərar verir. Əgər bir seçimin sonunda ağır cəzalar gözləyirsə, orada gerçək bir azadlıqdan bəhs etmək çətindir. Üstəlik, Başmələk Mikayılın Adəmə gələcəkdə nəslinin çəkəcəyi acıları göstərdiyi hissədə bu ədalətsizlik daha da dözülməz bir hal alır. Bir nəfərin səhvini hələ doğulmamış məsum nəsillərin ödəməsi hansı ədalət sisteminə uyğundur? Günahın irsi olduğu bir nizam quran güc gerçəkdən "ədalətli" sayıla bilərmi? ​Miltonun bu əsəri tamamilə Xristianlığın "İlk Günah" (Original Sin)
Kayıp CennetJohn Milton · Pegasus Yayıncılık · 20151,443 okunma
Reklam
Özgürlük
Puan vermedi·200 syf.··
2026 5. kitabı
·
6 günde okudu
·
Okunma: 09 Haziran 2026 16:50
Osho çərçivələrdən kənar düşünmə bacarığını bu kitabda da nümayiş etdirir. Oshoya görə azadlıq anlayışı heç bir dindən, ideologiyadan asılı deyil. Azad insan özünü heç bir qrupa, cəmiyyətə, dövlətə aid hiss etməməlidir, çünki bütün bunlar insan üçün məhdudiyyətlər yaradır. Osho deyir ki, insan yeni doğulanda müsəlman, xristian, yəhudi, hindu və s. kimi doğulmur, hətta adı belə olmur, bunların hamısı insana sonradan proqramlaşdırılır. Əsl azadlıq elə bunlardan azad olmaqla başlayır, amma sadəcə bu mərhələ ilə bitmir. Nələrdənsə azad olduqdan sonra əldə etdiyin azadlığı yaradıcılıq üçün istifadə etməlisən, deyir Osho. Yaratmaq üçün istifadə edilməyən azadlıq insana kədər gətirir. Həmçinin, sənin azadlığın digər insanların azadlığına mane olmamalıdır. Deyir ki, nə vaxt ki, davranışlarının, fikirlərinin proqramlaşdırılmış olduğunu, sənin robotdan fərqlənmədiyini başa düşsən, elə o gündən azadlıq üçün ilk addımı atmış olacaqsan. Maraqlı kitab idi, tez-tez düşündüyüm mövzulara toxunulub deyə yorulmadan oxudum.
Özgürlük - Kendin Olma CesaretiOsho · Butik · 2021773 okunma
Puan vermedi·88 syf.··
Beğendi
·
2026 116. kitabı
Acınacaqlı durum, yoxsulluq,yaşamı və ölümü sorğulama, həqiqət axtarışı Çexovun bu kiçik hekayəsində də müşahidə edilir. Kitab özünü yalnız hiss edən Andrey Yefimiç ilə universitet oxuyan lakin dəlixanaya atılmış bir "dəlinin" fəlsəfik mövzular üzərində söhbətindən ibarətdir. (yəni əsas məqam budur.) Andrey Yefimiç İvan Dmitriçin danışdığı məsələləri bəyənir və onunla söhbət etmək istəyir lakin ilk başda İvanin qorxuları olduğu üçün onunla söhbət etməkdən çəkinir və şübhələnir,lakin sonrakı söhbətləri olduqca maraqlı davam edir. İvanin həkim Andreyə "mən xəstəyəm amma yüzlərlə dəli azad şəkildə gəzib dolaşır, siz nadan olduğunuz üçün onları ayırd edə bilmirsiniz" cümləsi kitabın əsas ideyasıdır. Ümumiyyətlə cəmiyyət dərk edən, həqiqəti anlayan və onu insanlara təbliğ etməyə çalışan yaxud axtarışında olan insanları qəbul etmir və dəli adlandırır, Çünki cəmiyyət həqiqəti duymaq istəmir,həqiqtsə acıdır. Andreyin də dediyi kimi həyatdakı ən yüksək 2 nemət budur. 1) Həyatı dərk etməyə çalışan azad və dərin təfəkkür 2) dünyanın mənasız qayğılarına tam bir həqarətlə baxmaq Həyatı dərk etmək lazımdır,həqiqi nemətdə onu dərk etməkdir. Kitabda əsas sual isə budur ki əgər hər şey torpağa gömüləcəksə yaşamın nə mənası var?insan yaratmaq sonra da onu sanki lağa qoymaq üçün torpağa çevirmək nəyə lazımdır. Həyatınızı nə qədər gözəl bir şəfqət işıqlandırsa da yenə axırda sizi tabuta qoyub aparacaqlar.
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201887,2bin okunma
“Səni sevirəm, çünki sənə ehtiyacım var”
8/10
·218 syf.·
2026 9. kitabı
“Səni sevirəm, çünki sənə ehtiyacım var. Sənə ehtiyacım var, çünki səni sevirəm.” (Erich Fromm) Bu kitaba rəy yazmağı çox istəyirdim, amma kitab özü deyiləcək hər şeyi o qədər aydın ifadə etmişdi ki, nə obrazları tədqiq etmək, nə də hekayəsindən bəhs etmək marağımı çəkmədi. Amma sırf hekayəsini “özümküləşdirmək” üçün qısa da olsa, fikirlərimi yazmaq istəyirəm. Skandinav ölkələrinin soyuq iqliminin sakinlərinin münasibətlərinə də əks olunduğunu bilirik. Azərbaycan modelindəki ailədə böyümüş insanlar üçün başqa mədəniyyətin ailə strukturu qəribə gəlir. Bunu bilirsiniz nəyə oxşadıram, məsələn, ilk dəfə dostunuzun evinə getmisiniz, ailəsiylə vaxt keçirirsiniz. Görürsünüz ki, ailə modelləri bir-birindən nə qədər fərqlidir. Həqiqətən də, Tolstoyun dediyi kimi “bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.” Çoxumuzun ailəsi elə bir cür bədbəxt olduğu üçün başqasının xoşbəxtliyinin özü də zidd gəlir adama. Fərqlidir, “normal” deyil, qəribsəyirsən, amma əsas onu görürsən ki, mövcuddur, belələri də var imiş. Başqa mədəniyyətlərin ailə daxili münasibətləri barədə oxuyanda və ya nəyəsə baxanda eynilə o hissi keçirirəm. Bu kitab da məndə kiminsə evinə gizlincə girib qapının arasından içəri boylanırmış hissiyyatı vermişdi. Ən bəyəndiyim şeylərdən biri Yana obrazının özü idi. Harrietlə Oskarın münasibətindəki çatların uşağa yansıdılmasının onun gələcəkdəki xarakterinə, şəxsi münasibətlərinə, hətta görünüşünə və sağlamlıq problemlərinə əks olunmasının təsvir edilməsi əsəri emosional intellekt cəhətdən güclü edir. Həmçinin, hər obrazın perspektivindən müəyyən qədər oxuyub görmək imkanı olduğu üçün daha yaxşı empatiya qura bilir, onları qınamaqda çətinlik çəkirdim. Təkcə Oskar barədə daha çox oxumaq istəyərdim. Kitabda Harrietin ciddi
Malma StansiyasıAlex Schulman · Fabula Kitab · 20255,4bin okunma
Puan vermedi·63 syf.··
2026 1. kitabı
·
2 saatte okudu
·
Okunma: 03 Haziran 2026 21:58
Əslində sıradan bir hekayə kimi görünür. Cavan, anasından qorxan oğlan və yaşadığı fantastika. Qoca kişi, qoyun adam, dilsiz qız. Bir də qaranlıq zirzəmi. Kitabı oxuyanda öz ürəyim sıxıldı qapalı məkanda. Hər şey bir qırağa kitab bizə mesajlar da verir. Hər şeyin bir bədəli olduğunu. Çoxlu kitab oxuyub bilikli olursan amma qoca beynini yeyəcək. Kitabxanadan qaçıb azad olursan, bir müddət sonra anan ölür və tənhalıq səni tapır. Yəni maraqlı, "çerezlik" kitab idi
Tuhaf KütüphaneHaruki Murakami · Doğan Kitap · 20173,556 okunma
Reklam
Reklam