Hamımızın istəyi ibadət etdiyimiz və məhəbbət bəslədiyimiz Allahı tanımaq. Onun necə varlıq olması barədə məlumat əldə etməkdir. Görəsən, bizim kimi naqis və məhdud bir varlığın kamil və sonsuz bir varlığı layiqincə tanıması nə qədər mümkündür?! Allah Özünü naqis insanların vasf etməsindən pak bilir və bizə Özünü necə vəsf etməyimizi öyrədir. Məsum imamlar(ə) bizi Allahın zatı barədə fikirləşməkdən çəkindirmiş, lakin sifətlərini tanımağı tövsiyə etmişlər.
Bu dərsimizdə böyük və əzəmətli Allahın bəzi sifətləri qeyd olunmuşdur. Quranın birinci ayəsində Allah bizə Özünü "bağışlayan" və "mehriban"sifətilə tanıtdırmışdır:
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ»
-Bağışlayan və mehriban allahın adı ilə.
O, izzətli (məğlubedilməz) və hikmətlidir:
«لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ»
-yoxdur İlah ondan başqa izzətli və hikmət sahibidir.
Biz hər bir şeyi eşidən və görən Allaha ibadət edirik:
إِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْبَصِيرُ»
-Həqiqətən Allah eşidəndir görəndir.
Allah Öz sonsuz elm və qüdrətilə varlıqları yaradır:
إِنَّ اللَّهَ عَلِيمٌ قَدِيرٌ»
-Şüphəsiz Allah hər şeyə alimdir, qadirdir.
Heç bir bəndəsi Onun nəzərindən qaçmır və bəndələrinin halından xə bərdar Odur:
«إن الله بعباده الخَبِيرٌ بَصِيرٌ»
-Həqiqətən Allah öz bəndələrindən xəbərdardır, görür.
Bizə həyat bəxş edən Allah - həyatın özüdür. Diri və əbədi olan da məhz Odur:
اللهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ»
-Allah yoxdur ondan başqa İlah, diridir ,qoruyandır.
Uca və əzəmətli olmaq yalnız Allaha məxsusdur. Əzəmət axtarışında olan hər bir kəs yalnız Ona sığınmalıdır:
«وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ»
-Və O ucadır əzəmətlidir.
Allah sonsuz qüdrət və əzəmət sahibi olmaqla yanaşı, həm də bəndələrinə qarşı mehriban və rəhmlidir:
إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ