Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
494 syf.
·
Puan vermedi
·
6 günde okudu
Kitabı bitirənə qədər ağlımda keçən illərdə izlədiyim "Fury" adlı müharibə filmindən bir səhnədəki replikalar keçdi ancaq. "-Gözlə və gör. -Nəyi? -Bir insanın bir insana nələr edə biləcəyini" 2 şəhərin hekayəsi 3 kitabdan ibarətdi, H.A.Y klasikində 3 kitab da 1 kitab içərisində yer alır. XVIII əsrdə Paris və İngiltərə, bu 2
İki Şehrin Hikâyesi
İki Şehrin HikâyesiCharles Dickens · Türkiye İş Bankası Kültür Yayınları · 202259,2bin okunma
196 syf.
10/10 puan verdi
·
Beğendi
Merhaba arkadaşlar! Bugün sizlere, hayatımın en faydalı kitaplarından biri olan "Uşaqla necə ünsiyyət saxlamalı?" kitabından bahsedeceğim. İncelememi hem Azerbaycan Türkçesi'nde hem de Türkçe çevirisi ile birlikte sunacağım. Salam dostlar! Bugün sizlərə mənə ən faydalı kitablarımın birindən bəhs edəcəm - "Uşaqla necə ünsiyyət
Uşaqla necə ünsiyyət saxlamalı?
Uşaqla necə ünsiyyət saxlamalı?Yuliya Borisovna Qippenreyter · Qanun Nəşriyyatı · 09 okunma
Reklam
266 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Dünyayı istiyordum ben, aşağısı kesmiyordu beni.
Postane kitabı Charles Bukowski 'nin qələmindən oxuduğum ilk kitab oldu. Yaxşı ki, oldu:) Postane kitabını oxumazdan əvvəl çox önyarğılı idim, "kitablarında qadınları həddindən artıq alçaldır", "onun kitabları vaxt itkisidir", "gününü fahişələrlə keçirib, tək əyləncəsi içki içmək olan birinin yazdıqları sənə heç nə öyrədə
Postane
PostaneCharles Bukowski · Parantez Yayınlar · 20191,308 okunma
144 syf.
10/10 puan verdi
·
3 günde okudu
Bir Noel Şarkısı ♡
Uzun zamandır oxumaq istədiyim bu kitabı nəhayət alıb oxumağa başladım. Bu kitab adətən insanı qış üçün darıxdırır, bu səbəbdən kitabı qış fəslində oxumaq daha xoş olar :) Mənim kimi dondurmayla oxumaq kimi bir səhvə düşməyin :D Yazıçı bu əsərində ruh fəlsəfəsini çox gözəl şəkildə ortaya qoyur. Qısaca bəhs etsəm, simic bir insandan söhbət gedir. O qədər simic ki qarı belə sizə pulu ilə satar. Zamanında simic, paxıl, gözü ac olan dünyadan köçmüş insanların ruhu ona dərs olur. İbrətlik olan bu hekayəni hər kəsin oxumağını tövsiyyə edirəm. Kitab insana mənəvi zənginlik qataraq, düşünmənizə və anlamanıza imkan yaradır. Kitabın animasiya filmi kitabı çox təsirli şəkildə ifadə edir. Animasiya deyib keçməyin, insanın duyğularını çox dərindən işləyir. Bu kitab hər yaş kataqoriyasına daxildir. Uşaqların belə oxuyacağı üslubda yazılmışdır. Uşaqlarınıza alıb rahatlıqla da oxuya bilərsiniz. Not: Filmini izləmək istəsəniz, 2019'a aid olan seriyasını izləməyi məsləhət görürəm. Xoş mütaliələr diləyirəm! ♡
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,4bin okunma
122 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Xoşbəxtlik axtarışında olanlar üçün...
Bu kitabın incələməsini yazmaq mənim üçün çox dəyərli bir andı. Səbəbi isə yazıçısının ən yaxın dostumun olmasıdı. Gözlərimin önündə yazılmış bir hekayədi bu. Amma tam səmimi fikirlərimi bölüşəcəm sizinlə, bir qram belə yalan olmayacaq. 118 səhifəlik kitabımız başlarda sıradanlıqla başlayır, oxucuya elə gəlir ki hər zamanki hərb mövzulu bir kitab daha. Amma çox çəkmir hekayəmizin fərqliliyinə varmağımız. 8 anonim ölkənin 8 anonim xüsusi təyinatlısı birlikdə xoşbəxtliyi axtarır. Bu yolda Allahın varlığı, Sevginin nə olması, insanlığın varlığı, irqi ayrı-seçkilik və bu kimi neçə-neçə aktual mövzuya toxunulur. Amma ən önəmlisi toxunulmaqla qalmır bunlar cavablandırılır. Burdakı kütlə, yəninsiz kitab sevərlərsiz və bilirsiniz ki son zamanlar ölkəmizdə ateistliyi təbliğ edən bir neçə kitablar yazılır. Təbii ki buna bir sözüm yox. Amma Hərbistan bu kitablara qarşı ayaqda dura biləcək qədər Tanrıdan bəhs edən bir əsərdi. Bunu tam dəqiqliklə deyə bilərəm. Və mənim fikrimcə cəmiyyətimizin belə kitablara və yazıçılara ehtiyacı var. 9 xal verməyimə səbəb nə hekayənin mövzusu nə də dili oldu. Buna səbəb həcminin kiçikliyi oldu bu qədər. Dostum, qardaşım Asəf, qəlbin rahat olsun, istədiyini çatdıra bilmisən kitabında. Və adına çox sevinirəm, uğurların və qələmin bol olsun. Və unutdum. Kitabxanaçı Ays xanıma da çox təşəkkürlərimi bildirirəm. Çox yardımçı oldu kitabın burada yerləşdirilməsinə.
Ays
Ays
Hərbistan
Hərbistan
Asəf Hüseynov
Asəf Hüseynov
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202342 okunma
128 syf.
6/10 puan verdi
·
6 günde okudu
Uşaq ədəbiyyatı ayı :D
İyun ayı mənim üçün Uşaq ədəbiyyatı ayı idi (#150936137). Bu ay bütün oxuduğum kitablarımı Uşaq ədəbiyyatından oxumaq istədim :D Kitabı bəyəndim, amma sevilməyən məqamlar həmişə olur. :D Kitabın qısa məzmunu; Kitabda, kosmik qəza nəticəsində Yer planetinə düşən 12 yaşlı Lemi'dən və ona kömək etməyə çalışan dostlarından bəhs olunur. Başlayaq;
Reyhan Yusifqizi
Reyhan Yusifqizi
'dan oxuduğum ilk kitabdır. Yazı tərzini sevdim, amma: 1. Fikirlər zəif qalmışdı. Bədii təsvir vasitələrindən az istifadə olunub. 2. Uşaq ədəbiyyatına aid olmasına baxmayaraq, bəzi hərəkətlər/hadisələr artıq idi. Tamam, məlumatlandırıcı kitab idi, kosmos haqqında maraqlı və hətta mənim bilmədiyim bəzi məlumatlar da, var idi. Bilmirəm niyə amma kitab məni sarmadı. Sanki, nəsə əskik, tamamlanmamış bir şeylər vardı. " 'Yaşıl gözlü qız' müəllifin elmi-fantastika janrında yazılmış birinci kitabıdır. 2009-cu ildə Ankarada (Türkiyə) beynəlxalq müsabiqədə üçüncü mükafata layiq görülüb. " Elmi-fantastika janrında yazdığı ilk kitab olduduğuna görə normaldır. ^_^ Amma 2009-cu ildə Ankarada (Türkiyə) beynəlxalq müsabiqədə üçüncü mükafata layiq görülməsinə bir anlam verə bilmədim :D Yaxşı kitabdır, oxuyub-oxumamağınız sizə qalmış :') Sağ olun, kitabla qalın !
Yaşıl Gözlü Qız
Yaşıl Gözlü QızReyhan Yusifqizi · Altun Kitab · 2010118 okunma
Reklam
360 syf.
7/10 puan verdi
·
38 günde okudu
Theodore Dreiser'in qələmindən gənc qızın iztirablı həyatı...
Kitabı "2022 Cinciva Oxu Marafonu"nda (#150936137) mövzuya uyğun olaraq, aprel ayında (oxuyacağam deyə-deyə qocaldılanlar) oxumaq üçün seçmişdim.
Theodore Dreiser
Theodore Dreiser
'dən oxuduğum ilk kitabdır və nədənsə çox "maraq" göstərilən kitablarından biridir. Kitabın qısa məzmunu; Kitabın baş qəhrəmanı Cenni Herhardt gənc yaşlarından anası
Cenni Herhardt
Cenni HerhardtTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014440 okunma
344 syf.
6/10 puan verdi
·
3 günde okudu
Bu kitabı oxumazdan əvvəl dünyanın hər yerində qadınların çətin həyatı olduğunu bilirdim. Amma kitabı oxuduqdan sonra bu çətinliyin coğrafiyadan asılı olaraq daha da əzablı, dözülməz hal aldığını öyrəndim. Səhra çiçəyi kitabında Somalili balaca bir qızın dünyaca məşhurlaşan güclü qadına , güclü şəxsiyyətə çevrilməsindən bəhs edir. Amma bu çevriliş Varis üçün heç də asan olmayıb. Müxtəlif zamanlarda düşdüyü müxtəlif çətinlikləri oxuduqca tərif edə bilməyəcəyim hisslər keçirdim. Kitabın xoşbəxt sonluqla bitməyinə sevindim . Lakin nağıllarda və bu kitabda olduğu kimi hər zaman xoşbəxt sonluqlar olmur . Qadınlar yaşından , yaşadığı ərazidən , işindən asılı olmayaraq həmişə çətinliklərlə üzləşirlər . Həyatın " acı gerçəklikləri" adlanan bu mövhumla barışmaq yerinə , mübarizə aparmağa mən öz adımdan daim hazıram.
Səhra Çiçəyi
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 20142,983 okunma
576 syf.
9/10 puan verdi
·
3 günde okudu
Elias Kanettinin 30 illik zəhmətinin bəhrəsi olan “Kütlə və Hakimiyyət” sosioloji, antropoloji, psixoloji və s. cəhətlərə toxunan, amma bunlarla məhdudlaşmayan bənzərsiz bir əsər kimi tanınır. Kanetti bu kitabında “kütlə” və “iqtidar”ın bir-birlərinə tə­si­rindən, insanlar arasında “əmr” və “itaət” əlaqəsinin necə for­malaşmasından bəhs edir. İkinci Dünya müharibəsinin şahidi olmuş Kanettiyə görə kütlə “dağıdıcı”, iqtidar “öldürücüdür”. İnsan “iqtidar” istəyi ilə Tanrının qiyamət və dəhşət təhdidini oğurlamışdır. Ölümə qarşı müqavimət göstərməyin yolu isə əmrlərdən boyun qaçırmaq və yaratmaqdır. Kanetti “Düşünmək israr etməkdir” deyərək, “Kütlə və Hakimiyyət”i qələmə aldığı 30 il ərzində bu əsəri kölgələyəcək ölçüdə başqa bir əsər yazmadı. Çox sayda araşdırmaya və hər il Vyanada keçirilən bir simpoziumun mövzusu olan bu kitabdan sonra insan təbiətinin kütlə və iqtidarla əlaqəsini bu qədər əhatə edən başqa bir əsər də yazılmadı. Beləcə, “Kütlə və Hakimiyyət” zamana qarşı dirənən insanı anlamaq üçün misilsiz qaynaqlardan biridir. Bunu dərk etmənin bəxtiyarlığını hiss etmək istəyənlər üçün… 
Kütlə və Hakimiyyət
Kütlə və HakimiyyətElias Canetti · Qanun Nəşriyyatı · 2016559 okunma
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.