- Abolla?
- Hə.
- Mən böyüyəndə də səninlə yaşayacağam?
Abdulla narıncı rəngə çalan günəşin qürubuna, üfüqə dirənməsinə
tamaşa
etdi.
-Əgər istəsən. Amma onda istəməyəcəksən.
- İstəyəcəyəm!
- Böyüyəndə öz evin olmasını istəyəcəksən.
- Onda qonşu olarıq.
- Bəlkə də.
- Sən uzaqda yaşamazsan, hə?
- Birdən məndən bezsən?
Dirsəyi ilə qardaşının böyrünə vurdu.
- Bezmərəm
Abdulla dişlərini ağartdı.
- Onda yaxşı.
- Sən yaxında olacaqsan.
- Hə.
-Biz qocalana qədər.
- Qocalana qədər.
- Lap qocalana qədər.
- Həmişəlik.
- Hə, həmişəlik.
Çevrilib geri baxdı:
- Abolla, söz verirsən?
- Lap axıra qədər...