O korumayı kaldırın, kadınları aynı etkinlik ve uğraşlara maruz bırakın, asker, denizci, şöfer ve liman işçisi yapın. O zaman kadınlar erkeklere göre öylesine genç ve hızlı ölecekler ki insanlar eskiden "Bugün bir uçak gördüm" dedikleri gibi artık "Bugün bir kadın gördüm" diyecekler. Kadınlık korunan uğraş olmaktan çıktığında her şey ola bilir diye düşündüm, kapıyı açarken.
Bu kitabı oxumazdan öncə kitabı sevənlərdən eşitdiyim bir cümlə var idi. "Hamı Martin Edendə özündən nəsə tapır". Bu fikir məni özünə çox çəkirdi. Görəsən, məndən nə var idi Martində? Bu sual elə məni vadar etmişdi oxumağa. Kitaba başladığım andan elə gördüm ki, burda özümdən nəsə yox, özümdən çox şey tapacağam. Oxuduqca anladım ki, Jack Londonun Martinində olan mübarizə, yüksəlmək arzusu, ideal həyat istəyi çoxumuzun ürəyindən keçib. Hamımız nəyəsə görə onlara yiyələnmək istəmişik. Martinin səbəbi onun sonsuz, saf və qürurlu eşqi idi. Bu eşq onu yeni-yeni məcaralara atdı, ağrılı olan həyatına biraz da qəm qüssə gətirdi. Bir sözlə, illərdir yaşadığı həyatın boş və mənasız olduğunu anlatdı. Baş qəhraman qarşısına çıxan hər çətinlikdə daha da inkişaf etdi. Getdikcə mənəvi baxımdan böyüyən obrazın həyata baxışı da dəyişdi. Baş verənlərə reaksiyası, yaşadıqlarına münasibəti tamam fərqli oldu. Eden sonda durmadan özünün keçmiş həyatını xatırlayır, öncəki illərdə olan arzularına bir də baxırdı. Aradakı uçurum onu təəccübləndirirdi. Oxuduğu kitablar, dostlaşdığı insanlar və olduğu mühit onu tamam fərqli insana çevirmişdi. Və uğrunda özünü dəyişdiyi qız buna dəyər idimi? Dəydimi? Eşq bu qədər qurbana layiq bir hiss idimi? Bu sualların cavablarını kitabı oxuyanda özümüz tapırıq. J. London kitabda bizə konkret hansı duyğuları bəsləməli olduğumuzu demir. Onu oxucu özü tapır. Sanki oxucu da Martinlə birgə böyüyür, inkişaf edir və həyatı dərk edir.
Bir gün nə vaxtsa yenidən Martin Edeni oxuyacağam. Onun həyatını yenidən gözdən keçirəcəyəm. Bəlkə o zaman fikirlərim fərqli olar, amma indi mənim üçün çox əziz və ideala ən yaxın baş qəhrəmanımsan, Martin