9 yaşlı qızcığazın danışdığı bu həyat hekayəsi məndə yalnız saf və ülvi hisslər oyatmaqla qalmadı. O həmdə ədalətin, vicdanın, mərhəmətin və bərabərliyin bir uşaq gözündə necə canlandığını ən incə detalına qədər anlatdı. Harper Lee bu əsərində dövrünün ən qlobal problemi olan irqçiliyə toxunub. O, həmin dövr Amerikası üçün məxsus olan adətlərdən və ənənələrdən çoxlu nümunələr göstərib. Ağ dərili insanların qaradərililərə qarşı olan münasibəti kitabın əsas motivi olsa da, yazar cəmiyyətin digər problemlərini də bizə göstərib. Anasını itirmiş və atasının himayəsində böyümüş iki az yaşlı uşağın özünə məxsus tərbiyəsi xüsusi diqqət cəlb edir. Həmin dövr üçün kifayət qədər qeyri adi olan uşaqlar - Skaut və Cim ətrafda baş verənlərə verdikləri reaksiya ilə necə də gözəl və nümunəvi böyüdüklərini kitabın hər sətirində sanki sübut ediblər. Kaş bütün uşaqlar eyni tərbiyə və sevgi ilə böyüdülsə...Kitabdan yazmaq çox olar, çox danışmaq olar. Amma gözəllik və saflığını yalnız bu sözlərlə ifadə edə bildim. Tərcümə səhvləri həddindən artıq çox olsa da, onlar kitabın gözəlliyin arasında itə bilib. Tövsiyə edirəm