Susub durmaq çətindir, danışmağa nə var?
Bağrında yanan közü alovlamağa nə var?
Hünər yanğını gizlətməkdədi,
Bağıra-bağıra imdad diləməyə nə var?
Aynada gördüyüm içimdəkidir.
Bəs çöldə-bayırda dolanan kimdi?
Görəsən, məndən başqa hamı belədi?
Onda evdəkilər kimdi, çöldəkilər kimdi?
Yalan danışmaqda mahirdi insan.
Kimi dindirirsən, hər şey yaxşıdır.
Ilahi, dövr nə dövrdür, verdiyin dərddən
Hər kəs xoşbəxtdir, hər kəs razıdır.
Zəmanə adamı deyiləm sanki.
Özüm özümdən şikayətçiyəm.
Sənin yanında da xəcalətliyəm,
Neynəyim, mən də belə bir bəndəyəm.
Işim düşəndə gəlirəm, qapına sənin,
Məni dinləyirsən, sakitləşirəm.
Bağışla, dərdimlə dururam hüzurda,
Söz, sonrakında sevgiylə əyiləcəm dərgahında.
~M.Hacızadə🦋