Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
96 syf.
·
Puan vermedi
Lev Tolstoy Eserlerinde insanlığın çeşitli meselelerine değinen Tolstoy'un dünya ölçüsünde bir sanat ve fikir değeri vardır. Kendi ülkesinin toplumsal siyasal çalkantılarını, halkının yaradılışını, yaşayışını büyük bir ustalıkla yansıtmıştır. Gerçekçi edebiyatın en büyük temsilcilerinden olduğu kadar, bir filozof ve bir eğitimci olarak da ün
İtiraflarım
İtiraflarımLev Tolstoy · Antik Kitap · 201623bin okunma
352 syf.
·
Puan vermedi
·
5 günde okudu
Alqış sədaları hələ də Orxanın qulaqlarında guruldayırdı.. Lenoid Brejnevin müəmmalı ölümü üzərinə qurulan dedektiv-macəra və bir az da romantizm olan axıcı bir roman. Romanında Brejnev kimi Rusiyanın bir sıra tarixi şəxsiyyətlərini mövzu seçən yazarımız, siyasi düşüncələrini də əks etdirmişdir. Tarixi oxumağı sevən biri olaraq, mənim üçün olduqca axıcı və maraqlı idi. Çox təəssüflənirəm ki, bu əsər çox az oxucu tərəfindən oxunur. Onu da bildirim ki, kitabdan çox maraqlı film çəkmək olardı.. Əsərdə ən çox bəyəndiyim xüsusiyyət, yazarın azərbaycanlı mədəniyyətini, qadına hörməti dialoqlarda maraqlı, bəzən də gülüş yaradan motivlərdən istifadə etməsi oldu. •Brejnevin müəmmalı ölümü barədə gündəmə gələn jurnalist Orxanın gerçəyi ortaya çıxarmaq cəsarəti və amerikalı polis Nani Midlerin həyatda özünü doğrultma mübarizəsi məni əsərə bağlayırdı. Yazarın qələmindəki doğmalığı çox hiss edirdim. Qətiyyən plagiat və s. kimi ünsürləri olmadığı üçün daha da məmnun oldum. (Təəssüflə qeyd edirəm ki, bəzən müasir yazarlarımızdan bu halla rastlaşırıq) ~Əsəri kitabxanaçının tövsiyəsi ilə oxudum və məmnun qaldım. Düzünə qalsa, əsərin sonunda bir Azərbaycanlı kimi qəbul etmədiyim nüans oldu. Bu haqda müəlliflə danışacağam. :) 23 dekabr yazar ilə görüş olacaq, müəllifə maraqlı suallar verməyi düşünürəm. Xoş mütailələr.
Havay Tətilləri
Havay TətilləriƏyyub Qiyas · Qanun Nəşriyyatı · 20214 okunma
Reklam
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
64 günde okudu
ÇÜNKİ POXA ÇEVRİLDİN!
Hər bir azərbaycanlının mütləq oxuması gərəkən kitab! Bu kitabı oxumağım bir təsadüf idi. 2019'un dekabr ayında Xalamoğlundan oxumaq üçün almış, bəzi problemlərə görə yarım qoymuş və əlbəttə ki, yenidən başlayıb, oxumaqda gecikməmişdim. Elə təsadüfə bax ki, müəllif kitabını özü hədiyə etmişdi ona. Kitabı oxuyub, son səhifəsinə gəlib çatanda
MediaMən
MediaMənCavid Osmanov · 05 okunma
83 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Svayqın qələmi elədir ki, ilk 10-20 səhifə qarışıq gəlir, anlamağa çalışırsan. Ortalarında məsələni anlayırsan, axırına 10-20 səhifə qalmış elə bir nəfəsə oxuyursan ki, bir də gördün bitdi və sən boşluğa düşdün. Bu 93 səhifəlik kitaba 27 dekabr başlamışdım, əvvəli o qədər maraqlı deyildi, o ki, Dr. B mövzuya daxil oldu bir də gördüm ki, kitab bitdi... Müəllif Gestaponu elə təsvir edir ki, bir anlıq insanların fiziki və mənəvi ağrılarını hiss edirsən, sanki özün yaşayırsan. Sona yaxın "Remember!" deyilən epizodda çox ürpərdim, oxuduqca elə bil Dr. B ilə mən də həmin isterikanı, həyəcanı, paranoyanı yaşayırdım. Qısa olsa da, elə dərin cümlələr, elə təsvirlər var idi ki, yaxşı tərcümə edilməməsinə, redaktədə qüsurlar olmasına baxmayaraq bir nəfəsə oxunub sonrasında uzun müddət düşündürəcək əsərdir.
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020237,5bin okunma
268 syf.
·
Puan vermedi
Hədəf Nəşrlərinin “Xatirə ədəbiyyatı” seriyasının 52-ci kitabı 2020-ci ilin 14 iyulunda ermənilərin #Tovuz təxribatı zamanı şəhid olmuş general-mayor Polad İsrayıl oğlu Həşimov haqqındadır. İyul hadisələri zamanı Polad Həşimovda daxil olmaqla 12 şəhidimizin xəbəri Azərbaycanda soyuq su effekti yaratmış, İkinci Qarabağ müharibəsindəki “ Dəmir
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202082 okunma
184 syf.
·
Puan vermedi
Dekabr ayının ilk kitabını bitirdim. Yazardan oxuduğum ikinci kitab idi. Ümumiyətlə yazarın qələmini bəyənirəm, çox axıcıdı. Bu gün oxuyub bitirdiyim kitab isə Corc Oruellin "Heyvan respublikasi" kitabıdır. Mülkadar fermasının heyvanları üsyan qaldıraraq ferman sahibi qovurlar.Və beləliklə özləri üçün əkib-becərib,yaşamağı,azad olmağı ümid edirlər.Azad olan Heyvan fermasinda 7 Hökm qəbul edilir. 1. IKİ AYAĞI ÜSTƏ GƏZƏN NƏ VARSA DÜŞMƏNDIR. 2. DÖRD AYAĞI ÜSTƏ GƏZƏNLƏR VƏ YA QANADI OLANLAR DOSTDUR. 3. HEÇ BİR HEYVAN PALTAR GEYMƏMƏLİDİR. 4. HEÇ BİR HEYVAN ÇARPAYIDA YATMAMALIDIR 5. HEÇ BİR HEYVANALKOQOLİÇMƏMƏLİDİR. 6. HEÇ BİR HEYVAN BAŞQA BİR HEYVANI ÖLDÜRMƏMƏLİDİR. 7. BÜTÜN HEYVANLAR BƏRABƏRDİR. Lakin heyvanlara başçılıq etməyə başlayan Napoleon adlı domuz heyvanlara əmrlər verməyə, onları ağır işlər görməyə məcbur edir.Napoleon isə əlini işə vurmur,ferma sahibinin evində,taxtinda yaşayır.Zaman keçdikcə ya hökmlər dəyişdirilir,ya da unudulur.Bir müddət sonra isə Napoleon fermanı Respublika elan edir.Və təbiki başcı yenə özü olaraq qalır.Və sonları isə vəziyyət dəyişir heyvanlar bu zülmə dözəcəklər yoxsa yenidən mübarizə aparacaqlar? Bütün heyvanlar bərabərdir.Lakin bəzi heyvanlar digərlərinə nisbətən daha bərabərdir. "Varlılar kasıbları necə istismar edirsə, insanlar da heyvanları o cür istismar edir".Corc Oruell
Heyvan Respublikası
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0246,9bin okunma
Reklam
168 syf.
9/10 puan verdi
·
28 saatte okudu
Xatirələrini oxuduğum ən möhtəşəm insanlardan biri oldu Ömər Faiq Nemanzadə. XX əsrin cahalət mühitinin yetişdirdiyi nadir şəxsiyyətlərdən, vətənsevər maarifpərvərlərdən biri idi, o. Həsən bəy Zərdabinin xatirələrini oxuyanda bu qədər həyəcanlandığımı xatırlayıram, bir də indi. Bütün həyatını cahil xalq kütlələrinin maariflənməsinə adamış, Azqur,
Xatirələrim
XatirələrimÖmər Faiq Nemanzadə · Xan Nəşriyyatı · 201512 okunma
216 syf.
9/10 puan verdi
·
Beğendi
·
29 saatte okudu
Məhmət Nüsrət (Əziz Nesin) 20 dekabr 1915-ci ildə Heybəliadada dünyaya gəlib. 1925-ci ildə imtahan verərək təhsilinə birbaşa 3-cü sinifdən başlamışdır. 12 yaşında ikən cavan anasını (26) itirmişdir. 1937-ci ildə Hərb məktəbini bitirən Nesin zabit olur. İkiillik peşə təhsili üçün Maçka Hərbi Fənn Təlim orta məktəbinə gedir. Eyni zamanda həm İstanbul İncəsənət Akademiyasının Şərq bəzək fakültəsinin tələbəsi olur, digər tərəfdən də rəssamlıqla məşğul olur. 3 dəfə evlənir. Birinci həyat yoldaşı Vedia xanımdır, ondan Oya və Atəş adlı iki uşağı dünyaya gəlib. Sonrakı iki evliliyi də Meral Çələnlə olub. Ondan isə Əli və Əhməd adlarında iki oğlu olub. Ömrünün çox hissəsi ayrılıqla, işsizliklə, həbslə keçsə də, digər yarısı mükafatlar, kitablar və açdığı vəqflə keçir. 1995-ci ilin iyul ayının 6-da vəfat edən Əziz Nesinin cənazəsi öz istəyinə uyğun olaraq, dini mərasim keçirilmədən və məzardaşı qoyulmadan Nesin Vəqfinin həyətində dəfn edilmişdir. "Xan" nəşriyyatının layihəsi olan "Xatirə Ədəbiyyatı" ilə ilk dəfə tanış olurdum. Əziz Nesin kitabı ilə tanış olmağıma şadam. 20 nömrəli xatirə ədəbiyyatı demək olar bir günə bitdi. Bioqrafiya, avtobioqrafiya, gündəlik, xatirələr-sənədlər və məktubdan ibarət olan kitabda ən sevdiyim iki hissə oldu; gündəlik və məktublar. Gündəliklər yazıçını daha səmimi tanımağıma səbəb olarkən, kitabda, sadəcə, ortancıl uşağı Əli ilə məktublarında da onun valideynliyinə şahid oldum.
Belə Gəlmiş, Belə Getməz
Belə Gəlmiş, Belə GetməzAziz Nesin · Xan Nəşriyyatı · 2016586 okunma
456 syf.
·
Puan vermedi
·
239 günde okudu
“Sapiens: bəşəriyyətin qısa tarixi” kitabının həmən ardından onun davamı olan "Homo deus. Sabahın qısa tarixi" kitabını oxumamaq, mənə görə natamamlıq hissi yaradardı. Çünki insan maraqda qalır, görəsən, keçmişimizi fərqli fikirləri ilə qələmə alan bu tarixçi gələcəyimizə necə baxır, necə proqnozlaşdırır, bugünümüzlə gələcəyi necə
Homo Deus: Yarının Kısa Bir Tarihi
Homo Deus: Yarının Kısa Bir TarihiYuval Noah Harari · Kolektif Kitap · 201712,2bin okunma
11 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.